adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Noyabr 2016 18:00
87179
RUBRİKA

"Efirdə söz verib aradan çıxırlar"

Adalet.az-ın "Hər şeyə rəğmən" rubrikasının növbəti qonağı məşhurreper Bəhlul Tufan oldu. Azərbaycanda kifayətqədər rep sənəti ilə məşğul olan tanınmış reperlərimiz var. Onun bir-birindən maraqlıvə zövqlü çoxlu sayda repləri müasir həyatın tempini tutmağı bacarıb. Fiziki məhdudiyyətiona heç bir əngəl yarada bilməyib. Öz yaradıcılığı ilə zövqlərə oxşayan replər ifaedir. Reper Bəhlul Tufanla müsahibəmizi təqdim edirik:

-Özünüzü replə kifayət qədərifadə edə bilirsinizmi?

-10 ilə yaxındır replə məşğulam.İlk repim duyduğum bir minusa öz həyatım haqqında yazmışam. Bu repin adı "Şükürelə dostum" adlanır. Replərimdə də bilindiyikimi mən pessimist insan deyiləm. Yaşamağı sevirəm və bu da replərimdə düşünürəmki, hiss olunur.

- Döyüş sizə nə verdi?

- 2002-ci ildə hərbi xidmətdəolduğum vaxtda Yeni il axşamı dekarbrın 31- tarixində düşmənlə aramızda atışma oldu.Bu zaman dostumu xilas edərkən xəsarət aldım.

-Şou biznes əhli ilə münasibətləriniznecədir?

-Şou biznes əhli ilə münasibətiməladır. Amma efir arxasında çox pis. Çünki onlar özlərini sadəcə reklam edirlər.


-Mediada onları tənqid etmişdiniz,xüsusən də Manaf Ağayevlə bağlı fikriləriniz diqqəti çəkdi. Onlar xeyriyyəçilikləbağlı verdikləri sözləri yerinə yetirmirlər?

-Bəli, Bibisi.az saytındaverdiyim açıqlamada Manaf Ağayev haqqındasöylədiklərimin arxasında dayanıram. Manaf Ağayev gecə-gündüz efirdə xeyriyyəçilikdənbəhs edir. Mən də bir gün bu insanlığına güvənərək ona zəng etdim. Məqsədim o idi ki, bir müğənni kimi ondan bəzitövsiyələr alım. Lakin o mənə dedi ki, birdə zəng etmə. Sİzə Miri Yusifdə də danışmaqistəyirəm. Zauf Baxışəliyevin verilişinə dəvət olunmuşdum. Həmin verilişə Miri Yusif də qonaq olmuşdu. Guyamən onu görmək istəyirəm deyə yanıma gəldi və canlı verilişdə dedi ki, birlikdə duet ifa edəcəyik. O deyən dedi, getdi, sonragözümə görsənmədi. Mən verilişdən çıxanda Miri orada yox idi. Mən heç kəsdən nəsəistəməmişəm, sadəcə efir naminə söz verib aradan çıxırlar. O şəxslərdən min bir sifət göstərməkdənsə mərdolmalarını istəyərdim.

-Sizə dəstək olan insanlarolubmu?

-Məni dəstəkləyənlər anam,qardaşlarım, bacım və məni sevən dostlarımdır. Mənəvi dəstəyi onlardan gördüyümüçün özümü güclü hiss edirəm. Çətin vaxtlarım var idi, lakin mənə nəhayət eşqi verənhəyatımı gözəlləşdirən bir-birindən gözəl xanımlardır. Yazdığım replərimin və şeirləriminmənbəyi onlardır.

-Fiziki məhdudiyyətli insanlaradövlət qayğısı göstərilirmi?

- Birinci qrup Qarabağ əliliyəm.Dövlət vaxtında mənə dəstək olub. Dövlət başçımız mənə ev, maşın verib və 380 manatpensiya ilə təmin edir. Amma aldığım neft ölkəsi olan məmləkətdə heç nədir, indikişərtlərə görə çox azdır.

-Rep sənətində Azərbaycandakifayət qədər istedadlı gənclərimiz var. Onlardan hansılarını daha çox dinləyirsiniz?

- Açıq deyim ki, replə məşğulolan gənclərimiz çoxdur. Azərbaycanda hər 100 nəfərdən biri rep deyir. Bu əslindəsevindirici haldır. Mən özüm yazar olduğuma görə reperlərimizi dinləmirəm. Çünkiheç kimin sözlərinin beynimdə həkk olunmasını istəmirəm. Bu da repə xas olan ənənədir.Dost-tanış bəzən rep göndərəndə dinləyib fikirlərimi bildirirəm. Yalnız rəhmətlikHüseyn Dərya ilə dostluğum olub. Hal-hazırda nə rəqibim və nə də rəqib kimi gördüyümreper var.

-Yaşlı nəsil niyə repə qulaqasmır?

- Mən bu sualla razılaşmıram.Repi ən çox ona görə sevirəm ki, iştirak etdiyim yarışlardan sonra ağsaqqallarımızın,əsgərlərimizin sevgisinin şahidi oldum. Onlar müsabiqələri sırf mənə görə izləyəntamaşaçılar idi.

-Gələcək planlarınız nələrdir?

-Gələcək planlarım deməyim,lakin arzularım çoxdur. Əsas hədəfin albom çıxarmaqdır. Məsələ orasındadır ki, bunlarıarzulamaqla olmur. Sponsor olmasa həyata keçirmək çətinləşir. Amma Azərbaycandasənətçiyə deyil, başqa dəyərlərə qiymət verilir. Bir sözlə, biz kişiyik deyə, bizədəstək vermək sərf eləmir.

-Təşəkkür edirəm.

-Mən sizə təşəkkür edirəm.Vaxt ayırıb mənimlə həmsöhbət oldunuz, hisslərimin tərcümanı oldunuz. Mən dediyim sözlərin arxasındayam. Sizə və "Ədalət"qəzetinin kollektivinə təşəkkür edirəm. Uğurlar arzu arzulayıram.

Rüfət Soltan