ƏƏSMN-nin əsasnaməsində dəyişiklik edildi
Prezident İlham Əliyev “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Adalet.az xəbər verir ki, fərmana əsasən, əsasnamənin 5.8-ci bəndinin birinci abzasından “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən” sözləri çıxarılıb.
Qeyd edək ki, əsasnamənin 5.8-ci bəndində nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirindən, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət Nazirliyin kollegiyası yaradılması nəzərdə tutulurdu.
Digər Xəbərlər
26 May 2026 20:47
Arayikgilin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb - FOTOLAR
26 May 2026 20:39
Azərbaycanda istehsal olunan mallar Ermənistana göndərildi
26 May 2026 16:58
“Azərpoçt”un adından dələduzluq: saxta SMS-lər göndərilir
26 May 2026 16:20


Bakı -°C

