adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Aprel 2019 15:30
7463
GÜNDƏM

Ədliyyə Nazirliyi və Mətbuat Şurası birgə brifinq keçirdi

Ədliyyə Nazirliyivə Mətbuat Şurasınınbirgə təşkilatçılığı ilə Bakı BiznesMərkəzində "Qeydiyyatvə notariatfəaliyyəti, İKTvə informasiyasiyasətimövzusundabrifinqkeçirilib.

Ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılmasını təmin etmək məqsədi ilə keçirilən tədbirdə nazirliyin aidiyyəti struktur qurumlarının, Mətbuat Şurasının rəhbərliyi, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və digər vətəndaş cəmiyyəti, eləcə də çoxsaylı KİV nümayəndələriiştirak ediblər.

Tədbirdə çıxış edən nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəismüavini Aynur Sabitova açıq hökumətin təşviqiprinsipindən irəli gələrək əhalinin mütəmadi maarifləndirilməsi işində vətəndaş cəmiyyəti institutları və kütləvi informasiya vasitələrininmühüm rolunu qeyd edib, tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, fəaliyyətini hər zaman şəffaflıq və aşkarlıq prinsipləri əsasında quran Ədliyyə Nazirliyi media orqanları ilə əməkdaşlığa daim xüsusi önəm verir və nazirliyin bütün fəaliyyət istiqamətləri barədə brifinqlərin keçirilməsi mütəmadi xarakter daşıyır.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə qeyd edib ki, Ədliyyə Nazirliyi ilə Mətbuat Şurası ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılması və əhalinin hüquqibiliklərinin artırılması məqsədi daşıyan birgə layihələrə start verib. Bildirilib ki, artıq 1 aydan çoxdurMətbuat Şurası ilə nazirlik bu istiqamətdə fəaliyyət göstərir. Layihənazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə silsilə tədbirlərin, mətbuatkonfranslarının və brifinqlər keçirilməsini nəzərdə tutur. Bu baxımdan martın6-da keçirilən ilk tədbir Ədliyyə Nazirliyinin icra, probasiya, istintaq vəazadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsindəfəaliyyətinə və yeniliklərə həsr olunub. Martın 12-də isə ƏdliyyəAkademiyasında "Probasiya xidmətlərinin yaradılması, qarşıda duranvəzifələr” mövzusunda seminar keçirilib.


Bugünki tədbirin də əhəmiyyətini qeyd edən Ə.Amaşov birgəəməkdaşlığın müsbət nəticələr verdiyini, artıq Ədliyyə Nazirliyinin fəaliyyətiilə bağlı yerli mediada xəbər və məlumatların sayında kifayət qədər artım müşahidəolunduğunu diqqətə çatdırıb.

Sonra nazirliyin Qeydiyyat və notariat baş idarəsininrəisi İlqar Məmmədov, İnformasiya-kommunikasiya texnologiyaları idarəsininrəisi Ağakərim Səmədzadə və Əhalinin Dövlət Reyestri Xidmətinin başməsləhətçisi Abbas Teymurzadə bu sahələrdə fəaliyyətin təşkili, həyatakeçirilən islahatlar və yeniliklər barədə təqdimatla çıxış ediblər.

Tədbirdə ədliyyə və məhkəmə sahəsində tətbiq olunaninnovasiyalarla tanış olan media nümayəndələrinə notariat hərəkətlərininrəsmiləşdirilməsində tətbiq olunan rəqəmsal texnologiyalar, o cümlədən,notariat ofislərini vahid şəbəkədə birləşdirən "Elektron notariat” informasiyasistemi barədə məlumat verilib. Prezident İlham Əliyevin qanunvericiliktəşəbbüsü ilə ötən ilin noyabrında qəbul etdiyi "Notariat haqqında” qanunaedilən əsaslı dəyişikliklərin daha müasir texnologiyaların və innovasiyalarıntətbiqinə geniş imkan yaratdığı qeyd olunub.

Daha sonra məsafədən xidmətlərə tələbatın artması iləəlaqədar və əhalinin məmnunluğunun təmin edilməsi üçün müasir avadanlıqlatəchiz olunan "Elektron notariat” informasiya sisteminə birbaşa çıxışı olannotariusların xüsusi səyyar çantaları, habelə bu yaxınlarda istifadəyə verilmişelektron ədliyyə köşkü barədə məlumat verilib. Bununla yanaşı, ölkə başçısınınrəhbərliyi ilə sahibkarlıq sahəsində həyata keçirilən islahatlar, onlarınsəmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, bu sahədə yoxlamalarındayandırılması ilə bağlı qəbul etdiyi fərman və sərəncamlar, qanunvericiliyəedilmiş mütərəqqi dəyişiklikliklərə əsasən iştirakçısı olduqları müqavilələrüzrə öhdəliklərin notariusun icra qeydi əsasında sadələşdirilmiş elektronqaydada həyata keçirilməsi imkanları xüsusilə vurğulanıb.

Həmçinin, vətəndaşların ailə və mülki hüquqmünasibətlərindən yaranan sənədlərin toplanmasını və mühafizəsini həyatakeçirən Dövlət notariat arxivinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestrixidmətinin fəaliyyəti işıqlandırılıb. Bildirilib ki, hazırda vətəndaşlıqvəziyyəti haqqında akt qeydlərinin avtomatlaşdırılmış qaydada aparılması 15milyona yaxın arxiv sənədlərinin rəqəmsallaşdırılması nəticəsində mümkün olub.

Görülən tədbirlər sırasında ailə-nikah münasibətlərininqorunub saxlanmasına xidmət edən, vətəndaş cəmiyyəti institutları ilə birgəlayihə çərçivəsində qeydiyyat şöbələrində təşkil olunan psixoloqların mediasiyaxidmətlərinin sosial əhəmiyyəti barədə danışılıb.

Qeyd olunub ki, ötən ilin sentyabr ayından verilməsinəbaşlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron daşıyıcısındakıməlumatlar "Əhalinin Dövlət Reyestri” informasiya sistemindən əldə edilir,keçən əsrdə müxtəlif əlifba ilə tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarıbarədə milyonlarla məlumatların eyniləşdirilməsi həyata keçirilməkləmötəbərliyi təmin edilir.

Tədbirdə, həmçinin, ədliyyə orqanları tərəfindən əhaliyə30-dan çox elektron xidmətlərin göstərildiyi, onların səmərəliliyininartırılması və tətbiqinin genişləndirildiyi vurğulanıb. İnnovativ həllərintətbiqinin məhkəmələrin fəaliyyətində də geniş vüsət aldığı, "Elektron məhkəmə”informasiya sisteminin vətəndaşların məhkəmələrə elektron müraciət imkanlarınıyaratdığı, ədalət mühakiməsinin əlçatanlığını asanlaşdırdığı qeyd olunub.

Tədbirdə sual-cavab sessiyası keçirilib, fikir mübadiləsiaparılıb, media ilə əlaqələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi vəəməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub.

Nicat Novruzoğlu