adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Sentyabr 2019 09:45
9245
MƏMLƏKƏT

Ədliyyə nazirinin müavini İmişlidə vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti cənab İlhamƏliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraqAzərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirov tərəfindənsentyabrın 12-də İmişli rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

İmişli regional ədliyyəidarəsində (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi, bina 12a) keçiriləcəkqəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula İmişliregional ədliyyə idarəsi (əlaqə telefonu: (02124) 6-26-94, 050 449-59-57),habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəlitelefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə yazılabilərlər.

Eyni zamanda, vətəndaşlarınrahatlığı üçün nazir müavinin həmin gün keçiriləcək qəbuluna elektron qaydadabirbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektronxidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.