adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Noyabr 2017 19:37
54181
HÜQUQ

Ədliyyə naziri yanında İctimai Komitənin tərkibi yenidən formalaşdırılıb

Ədliyyənaziri yanında İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilib.

Bubarədə "Adalet.az"-a Ədliyyə Nazirliyi Mətbuat xidmətindən məlumatverilib. Məlumatda bildirilir ki, 2006-cı ildə penitensiar sisteminfəaliyyətində ictimai nəzarətin həyata keçirilməsi və məhkumların islaholunmasında ictimaiyyətin iştirakının təmin olunması məqsədilə ədliyyə naziriyanında yaradılmış tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindənibarət olan İctimai Komitə 11 ildir ki, uğurla fəaliyyət göstərir.

Ötən dövrdə Komitə tərəfindən penitensiar müəssisələrə 670-dənartıq başçəkmə həyata keçirilərək məhkumların saxlanma şəraiti və islahprosesində, eləcə də cəzadan şərti olaraq vaxtından əvvəl azad etməinstitutunun tətbiqi ilə bağlı yaradılmış Komissiyanın işində fəal iştirakedilib, 2000-dən artıq məhkuma müxtəlif istiqamətlər üzrə hüquqi yardım göstərilib.

2013-cü ildə "İctimai iştirakçılıq haqqında"Qanunun qəbul olunması dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarıarasında əməkdaşlığın dərinləşməsinə təkan verib. İctimai Komitənin səlahiyyətlərihəmin Qanuna uyğun genişləndirilib, o cümlədən səlahiyyət müddəti artırılıb.

Bu gün müxtəlif ədliyyə sahələri üzrə fəaliyyətə geniş cəlbolunan İctimai Komitə nazirliyin daimi monitorinq qrupu ilə birgə ictimai rəyinöyrənilməsində, kollegiya iclaslarında, konfrans və seminarlarda, "açıqqapı" günlərində, habelə qulluğa qəbulla bağlı müsabiqələrdə və digər tədbirlərdəyaxından iştirak edir.

MüvafiqQaydalara uyğun olaraq fəaliyyət göstərən Komitənin növbəti iki illik səlahiyyətmüddətinin başa çatması ilə əlaqədar tərkibi millət vəkillərindən, nüfuzluictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyətiorqanların təmsilçilərindən ibarət olan Seçki Komissiyası ilə hesabat görüşükeçirilib, qurumun fəaliyyəti təhlil edilərək qiymətləndirilib və Komitənin tərkibiyenidən formalaşdırılıb.

Bu günlərdə Komitənin yeni tərkibdə ilk iclası keçirilərək,ötən müddətdə gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunub, Beynəlxalqİnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Qrupunun rəhbəri Səadət Bənənyarlıqurumun koordinatoru seçilib.

Tədbirə qatılan ədliyyə naziri Fikrət Məmmədov ölkə başçısıcənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılanislahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib, dövlət başçısınıncari il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dairSərəncamı ilə bu islahatların yeni mərhələyə keçdiyini və bu mühüm sənədinicrası üzrə görülən işləri qeyd edib.

Nazir ədliyyə fəaliyyətində ictimai iştirakçılıq baxımındanİctimai Komitənin mühüm rolunu vurğulayaraq, əməkdaşlıq üçün geniş imkanlarınolduğunu diqqətə çatdırıb, müvafiq tövsiyələr verib.

Komitə üzvləri Ədliyyə Nazirliyində aşkarlığa və şəffaflığadaim xüsusi önəm verildiyini qeyd edərək nazirliklə əməkdaşlıq modelindən və səmərəliqarşılıqlı fəaliyyətdən məmnunluqlarını ifadə edib, məhkumları şərti azad etməilə bağlı yaradılmış Komissiyanın fəaliyyətini və onun işində ictimaiyyətiniştirakını müsbət qiymətləndirib, həyata keçirilən islahatlara töhfə verməyəhazır olduqlarını bildiriblər.

İclasda İctimai Komitənin işinin daha səmərəlitəşkili, ədliyyənin yeni fəaliyyət istiqamətləri ilə tanış olunması, məhkumlarınsosial adaptasiyası və əməkdaşlığın digər formaları barədə fikir mübadiləsiaparılıb.

Sonda nazir qurumun üzvlərinə cəzaçəkmə müəssisələrinə maneəsizburaxılması üçün xüsusi vəsiqələr təqdim edib və uğurlu fəaliyyət arzulayıb.