adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Noyabr 2019 12:52
9934
MƏMLƏKƏT

Ədliyyə naziri Astara rayonunda vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına vəbölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq AzərbaycanRespublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 6-da Astara rayonundavətəndaşların qəbulu keçiriləcəkdir.

Astara rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Astara rayonu, Azərbaycan küçəsi 26b) keçiriləcək qəbulda Astara, Lənkəran və Lerikrayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula Lənkəran regional ədliyyə idarəsi (ünvan: Lənkəranşəhəri, H.Abdullayev küçəsi 15; əlaqə telefonu: (02525) 4-26-72, 4-07-88, (050)326-99-94), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41nömrəli telefonları və[email protected] poçt ünvanıvasitəsilə, eləcə də Astara rayonuHeydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyənazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaqimkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına(www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.