adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 May 2019 17:37
17776
ƏDƏBİYYAT

ƏDİBİN ARZUSU - Ağaddin BABAYEV yazır

Görkəmli Azərbaycandramaturqu və teatr xadimi CəfərCabbarlı ömrünün qısa, lakin mənalı illərini, demək olar ki, əvvəldən axırakimi Bakı şəhərində keçirmişdir. Lakinbuna baxmayaraq o, mütəmadi olaraq əyalət teatrlarının fəaliyyəti ilə dəmaraqlanmış, həmin sənət ocaqlarında çalışan aktyor və rejissorlardan dəyərli məsləhətləriniəsirgəməmişdir. Lənkərana xüsusi məhəbbəti olan ədib bütün ömrü boyu bu əsrarəngizcənub şəhərində olmaq arzusu ilə yaşamışdır.

Köhnə arxiv sənədlərində teatr rejissoru Əli Mənsur Quliyevin CəfərCabbarlı ilə görüşləri barədə xatirələri bu gün də mühafizə olunmaqdadır. "1934-cüildə Lənkəranda işçi-kolxozçu dövlət teatrı yaratmaq haqqında təşəbbüs irəlisürdüm, - deyə Ə.M.Quliyev yazır. – İlk tamaşanı həmin ilin dekabr ayında göstərməliidik. Mən Bakıya gəlib Cəfərlə (C.Cabbarlı ilə - A.B.) görüşdüm. Onu Lənkəranadəvət etdim və dedim ki, teatrın təntənəli açılışı olacaq. Opera teatrından,dram teatrından, xalq maarif komissarlığından da nümayəndələr çağırmışıq. Cəfərgülə-gülə: - Paraxod məni tutmaz? – dedi. Mən isə: - Yox, "Kalantay” çox böyükparaxoddur, - deyə cavab verdim.

C.Cabbarlıbelə məsləhət gördü ki, açılışı yanvar ayında edək. Mən razılaşdım. Ancaq sənətkarınqəfil ölümü bu arzunu ürəyimdə qoydu. Dəfn mərasimindən bir neçə gün sonra Lənkəranaqayıtdım”.

Bununlabelə dramaturqun çox sevdiyi şəhərlə "görüşü” onun əsərinin tamaşaya qoyulmasıilə baş tutdu. 1935-ci il fevralın 14-də Lənkəran teatrı C.Cabbarlının "Almaz”pyesinin premyerası ilə öz pərdəsini qaldırdı. İlk tamaşanın quruluşunu teatrındirektoru və rejissoru Əli Mənsur Quliyev vermişdi. Tamaşada iştirak edənaktyor heyəti rayon xalq teatrının yetirmələrindən və Bakı teatrlarından dəvətolunmuş bir neçə artistdən ibarət idi. Ən təqdirəlayiq cəhət isə onda idi ki, Lənkəranteatrına həm də Cəfər Cabbarlının adı verilmişdi.

Lakin 1940-cı ildə məlum olmayan səbəblərdənC.Cabbarlının adı Lənkəran teatrından götürüldü. İndi artıq bu sənət ocağı azərbaycanıntragik aktyoru Hüseyn Ərəblinskinin adını daşımağa başlamışdı. Bizim fikrimizcə,Azərbaycanın ikinci böyük şəhəri Gəncədə fəaliyyət göstərən teatrın da Cəfər Cabbarlının adına olması kiminsə xoşunagəlmədiyindən belə bir qərar qəbul olunmuşdu. Buna baxmayaraq, görkəmlidramaturqun əsərləri heç vaxt Lənkəran teatrının repertuarından yerə düşməmişdir. C.Cabbarlının yaradıcılığı bu sənət ocağındaçalışan yeni aktyor və rejissor nəslininhəmişə nəzər-diqqətini özünə cəlb etmişdir.

1973-cü ildən fəaliyyətini bərpa edən Nəcəf bəy Vəzirov adına LənkəranDövlət Dram Teatrının kollektivi də əvvəlki ənənəyə sadiq qalaraq dəfələrlə CəfərCabbarlının yaradıcılığına müraciət eymiş, ədibin "Oqtay Eloğlu”, "Aydın”, "Sevil”, "Solğun çiçəklər” kimi dram əsərlərini müvəffəqiyyətlə tamaşayaqoymuşdur. Hazırda isə teatrdra dramaturqun 120 illik yubileyinə tohfə olaraqonun "Vəfalı Səriyyə yaxud göz yaşları içindəgülüş" dramının məşqləri gedir. Rejissor, Əməkdar artist AdilZeynalovun quruluş verdiyi bu tamaşa ilin ortalarında sənətsevərlərə təqdimolunacaq.