adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Mart 2018 15:16
16438
ƏDƏBİYYAT

Ədəbiyyatın tərs təsir göstərdiyi hökmdar

Ədəbiyyatın insanı, onun mənəviyyatını yonub formalaşdırdığını deyirlər.Əlbəttə, ədəbiyyat zövq verdiyi kimi həm də maarifləndirir. Amma qəribəorasındadır ki, dünyanın ən manyak, qəddar insanları məhz ədəbiyyata, incəsənətəmeyilli olurlar. Bunu elə ədəbi nümunələrin özündən, filmlərdən, tarixdən bilməkolar. Görünür ədəbiyyat bu adamları o qədər yonub-yonub ki, ən dərində olanqorxunc tərəflərini, sinir sistemlərini üzə çıxarıb. Ya da tərs tərəfdən təsirgöstərib. Biri elə Rusiyanın ən qorxunc çarlarından olan İvan (İohann) Qroznı.Öz oğlunun gözünü çıxarmaqla yanaşı, qəzəbinə tuş gələn hər kəsin başına eləoyunlar açdırıb ki, bu işgəncə növlərindən elə ayrıca ədəbiyyat yaratmaqolar.

Ədəbiyyat aşiqlərindən, hətta xəstələrindən olan İvan Qroznı ləqəbininhaqqını vermədiyi, yəni hiddətindən coşub-daşmadığı vaxtlarda mütaliəylə məşğulolurmuş. Sarayın ən gözəl otağı məhz kitabxana imiş. Və bu kitabxanada dünyanınən nadir kitabları, dahilərin əlyazmaları yer alırmış. Üstəlik onlar sadəcə bəzək-düzəkxatirinə kitabxanaya düzülməmişdi. Çar öz kitabxanasının 80%-ni oxuyub əldənkeçirmişdi. Zamanının ən bilikli, savadlı, məntiqli şəxslərindən hesab olunurduki, dəfələrlə onu əqli xəstə hesab edən avropalıları da ədəbi düşüncələri, fəlsəfibaxışları və tarixi bilgiləri ilə təəccübləndirib.

Sarayının zirzəmisindəki məhbuslar üzərində işgəncə metodlarınıisti-isti təcrübədən keçirən Qroznı qəribədir ki, ən çox dini ədəbiyyatısevirmiş. Onun kitabxanasında bütün dinlərə dair kitablar olub. Müqəddəskitablardan tutmuş, dini rəvayətlərə qədər olan bu kitablar demək olar ki,çarın stolüstü kitabı imiş. Əsasən də ali ruhanilər olan Yaroslav Mudrıy vəİvan Zlataustun əlyazmalarına üstünlük verirmiş. Müasirlərinin sözlərinə görə,çar bu kitablardan bəzilərini hətta əzbər bilir, vaxtaşırı sitatlar gətirirmiş.Eyni zamanda "İncil”də əzabkeşlərə verilən işgəncə növlərini həvəslə öz düşmənlərininüzərində keçirərək dini kitablara bu cür "minnət borcu”nu qaytarırmış.

Bundan başqa, çar yunan ədəbiyyatının ən sadiq oxucularından olub.Xüsusən də Homerin qələmindən nə çıxıbsa, onu maraqla ruhuna çəkib. Qroznı həttaHomerin ən nadir əlyazmalarını da tapdıraraq kitabxanasının gözəl güşəsindəonlara yer verib. Təbii ki, ədəbiyyatı sevən onun təşəkkülünə də şəraityaradar. Odur ki, çar bilmədiyi dillərdə yazılmış kitabları rus dilinə tərcüməetdirərək öz kitabxanasına, həmçinin ali məktəb kitabxanalarına yerləşdirməküçün əmr vermişdi. Xüsusən də Nikola Makiavellinin "Dövlət”, Qay Trakvillinin"12 böyük hökmdarın tarixçəsi”, Homerin bir çox əsərlərinin tərcüməsini sifarişverib. Hesab olunur ki, hazırda bədii tərcüməçilikdə dünya birincilərindənsayılan Rusiyada bu sahənin çiçəklənməsi elə məhz İvan Qroznının zamanındaolub.


Şəfiqə ŞƏFA