03 Iyul 2020 13:26
87448
ƏDƏBİYYAT

Ədəbiyyatımızın düşünən beyni - Vaqif Aslan

Professor Fərman İsmayılov:"Vaqif! Özünü qoru!

Sən ədəbiyyatımızın təkcə yazanəli yox, həm də düşünən beynisən"

Tanınmış, görkəmli, dahiadamlar haqqında yazmaq, onların fəaliyyətinə, dediyi sözə qiymət vermək həyatdaən çətin, ən məsuliyyətli və ən qorxulu işdir. Səbəbi də budur ki, beləinsanların həyatı, məşğuliyyəti, gördükləri iş həddindən ziyadə çətin və mürəkkəb,cəmiyyətdə tutduqları mövqe isə çox yüksəkdə olur. Ona görə də onlar haqqında həryazılan sözü, hər cümləni dəfələrlə ölçüb-biçdikdən sonra qələmə almaq lazımdırki, ictimaiyyətin qınağına tuş gəlməyəsən.

Belə insanlardan biri dəhaqqında söhbət açmaq istədiyim, təxəllüsünü soy adından götürmüş, müasir ədəbiyyatımızdaözünəməxsus və təkrarolunmaz yeri olan şair-dramaturq, yazıçı-puplisist VAQİFASLANDİR. O, həm də tarixçi, folklorşünas, türkoloq olmaqla yanaşı, fransızdili mütəxəssisidir. Eyni zamanda O, gələcəyimizin qarantı olan gənc nəslin təlim-tərbiyəsində,savad almasında böyük rolu olan pedaqoqdur. İndi özünüz deyin, belə şəxsiyyəthaqqında nə isə deməyə, yazmağa necə cəsarət edəsən?! Amma bu cəsarəti mənə qəhrəmanımızınbu yaxınlarda qeyd edəcəyimiz 70 illik yubileyi verdi. Yəni tam əminəm ki,yazıda səhvlərim, yerində olmayan cümlələrim, "artıq-əskik" ifadələrimolsa da, Vaqif müəllim yubileyi ərəfəsində irad tutub məni utandırmayacaq vəsadəcə, qeyri-peşəkar bir jurnalistin təbriki kimi qəbul edəcəkdir. Elə bilirəmböyük tərəddüddən sonra başlamaq istədiyim məqalə-təbrikin ən çətin hissəsinibir təhər də olsa başa çatdırdım.

İndi isə Azərbaycanoxucularının əksəriyyətinin tanıdığı yubilyar haqqında qısa tanışlıq: VaqifCumay oğlu Aslanov 1950-ci il iyulun 5-də Azərbaycanın ən qədim diyarı olan Şəkininən qədim və safalı kəndi olan Kişdə dünyaya göz açıb. Orta təhsilini doğma kəndindəvə qonşu Oxud kəndində ana dilində başa vurduqdan sonra, nədənsə fransız dilinəmeylini salıb və Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Fransız və Azərbaycandilləri" fakültəsində ali təhsil alıb. Şeir, poema, roman, dram əsərləriçap edilmiş çoxsaylı kitabların, elmi-publisistik məqalələrin müəllifi olanVaqif Aslan hazırda Azərbayğan Pedaqoji Universitetinin şəki filialının baş müəllimivə Azərbaycan Yazıçılar Birliyininin Şəki filialının rəhbəridir.



Var-dövlət, ad-san, şan-şöhrətardınca heç vaxt qaçmayan, hətta tutduğu vəzifəyə görə yaşadığı və işlədiyiregionda ədəbi mühitin təmsilçiləri və ədəbiyyat sevərlərlə görüşlər keçirməküçün bir otaq belə tələb etməyən Vaqif Aslanı tez-tez Şəkidə M.Füzulinin vəB.Vahabzadənin adlarını daşıyan istirahət parklarında, Şəhidlər Xiyabanında, Xan Sarayının həyətindəoxucularla, şair və yazıçılarla görüşlər keçirdiyinin şahidi oluruq. Özündənsoruşanda ki, niyə görüşlər, rəsmi tədbirlər, poeziya gecələri keçirmək üçün məkanıyoxdur? - cavab verir ki, insanlarla təbiətin qoynunda görüşməkdən böyük zövqalır.

Vaqif Aslan poeziyası VIIsinifdə oxuyanda yazdığı ilk şeiri olan "Mən sizə vuruldum, a qarlıdağlar"la başlayıb, sonra isə onun qələmi "istirahət" nədi bilmədənşeirdən poemaya, poemadan pyesə, pyesdən isə tarixi romanlara qədər gedibçıxıb.

Bu gün Vaqif Aslan yaradıcılığıilə tanış olmayan Azərbaycan ziyalısı tapmaq çətin olar...

Vaqif Aslan şair olmasının səbəbinidünyaya göz açdığı doğma kəndinin, yaşadığı Qədim Şəkinin səfalı təbiəti, əzəmətlidağları, saf insanları ilə əlaqələndirir:

Şair sənsən, şeir deyən dilin -mən,

Sərkərdəsən, qılınc vuran əlin- mən.

Gözəl sənsən, sevgilin - mən, dəlin- mən,

Bilmirsənmi, oğlun Kərəmsayaqdır,

Səndə şair olmamaq da günahdır.

Tanınmış türkoloq, tənqidçi,siyasətçi alim, Vaqif Aslanın həmkəndlisi və yaxın dostu olmuş mərhum Aydın Məmmədovyubilyarın yaradıcılığı haqqında yazdığı məqalədə deyirdi:

"Vaqifin şeirlərinin mərkəzindəhəmişə insan, onun hiss və həyəcanları durur. Səmimiyyət onun şeirlərində nəzər-diqqəticəlb edən əsas xüsusiyyətdir. Toxunduğu mövzudan asılı olmayaraq, onunyazıları dağ çeşməsi kimi saf, uşaq gülüşü qədər səmimidir".

Vaqif Aslan isə gənclik dostuAydın Məmmədovu "Aydın" poeması ilə əbədiləşdirdi, tarixdə onun adınadaha bir səhifə əlavə etdi.


Mərhum professorumuz YaşarQarayev poema haqqında yazırdı: "bütün əsər boyu şair özü -əzabkeşliyi,qeyrət-dərd yanğısını qəhrəmanla bölüşən "yaman gün", çətinyol yoldaşına çevrilir və bizə iddiaya əsas və haqq verir ki, əbədiyyətəqovuşan Aydına son anda ənböyük sədaqəti iki şəxs göstərdi:müştərək ölümü onunlaqoşa qarşılayan axirət bacısı -Dilarəxanım və bupoemanı ilk dəfə qəbrə, məzara oxuyan, onu göz yaşı ilə baş daşınayazan axirət qardaşı - Vaqif Aslan!"...

Burada Vaqif Aslan haqqındaAydın Məmmədovun hələ 44 il əvvəl "Şəki fəhləsi" qəzetində yazdığı məqaləyədiqqət çəmək yerinə düşərdi:

"QƏLƏM DOSTUMUZ VAQİFASLAN

Adlı-sanlı şairlər, ədiblərhaqqında yazmaq nə qədər asandırsa, sənət aləminə yeni qədəm qoyan, özünəməxsussənət cığırı seçməyə çalışan gənclər barədə danışmaq bir o qədər çətindir. ŞairVaqif Aslanov belələrindəndir. O, yetkinliyini, dolğunluğunu hələ tam kəsb etməsədə, böyük ümid verir.

Səmimiyyət onun şeirlərində nəzər-diqqəticəlb edən əsas xüsusiyyətdir. Gözünü açan gündən ətrafda gördüyü mühit, təmtəraqdanuzaq zəhmətkeş kənd həyatı ona qəlbin çırpıntılarını, duyğu və düşüncələrini səmimiifadə etmək üçün ilham vermişdir:

Çəkilir qızların göyə insafı,

Qoymurlar hal qala gəncdə,cavanda.

Ay zalım,onsuz da yanıram axı,

Ələfsər zurnasıhavalananda.

Vaqifin şeirlərinin mərkəzindəhəmişə insan,onun hiss vəhəyəcanları durur. Xalq şairi Səməd Vurğunun dediyikimi, "...bu canlı insan bəzən sevir, sevilir, bəzən iztirab çəkir, xəyallaradalır, bəzən müxtəlif təbiət gözəlliklərindən daha saf, daha dərin təsirləralır". İnsanda yaxşılığı, xeyirxahlığı axtaran gənc şair bəzilərinin mənsəbpərəstliyinəirad tutur.

Ağac gördüm, sarmaşıqlar içində-

Alçaq, uca, hamısı da yan-yana,

Ağac gördüm, bir boyda, birbiçimdə,

Ağaclar da bənzəyirmiş insana.

("Ağaclar da insankimidir")

deyən şair hələdə qəlblərdəyuva salmaqda olan pis hisslərə qarşı barışmazdır.

Vaqif gəncdir. Lakin onunaddımları uğurludur. Belə başlanğıc isə Pifaqor demişkən, "bütövünyarısına bərabərdir". Sənə uğurlar arzulayırıq, qələm dostumuz!

"Şəki fəhləsi" qəzeti,

9 oktyabr, 1976-cı il."

Yubilyarın anadan olmasının 65illik yubileyi ərəfəsində onunla birlikdə mərhum

professorumuz Fərmanİsmayılovla çay stolu arxasında oturmaq mənə də nəsib oldu. Fərman müəllim qəzetimizinhər sayında Vaqif Aslanın yazılarını dərc etdiyimizi böyük maraqla qarşıladı vətövsiyyə etdi ki, gələcəkdə şairin çap olunmayan əsərlərinə daha çox yerayıraq. Ayrılanda professor bir anlıq dayandı və üzünü şairə tutub:"Vaqif, özünü qoru, sən ədəbiyyatımızın təkcə yazan əli yox, həm də düşünənbeyinisən." - dedi.

Onu da qeyd edim ki, VaqifAslanın əsərləri həm də Türkiyədə və İranda işıq üzü görür. Məhz onun məqalələrisayəsində "Şəki bələdiyyəsi" qəzeti də Türkiyə mətbuatında təbliğolunmuş və türk oxucusu tərəfindən bəyənilmişdir. Son illərdə, ilk dəfə bizim qəzetdəişıq üzü görən və silsilə şəklində dərc etdiyimiz "Türk xalqları ədəbiyyatı"yazısı isə Türkiyə ədəbiyyatşünas və tarixçilərində böyük maraq oyatmışdır.

Vaqif Aslanın"Aydın", XVII əsr fransız səyyahı Şardendən tərcümə etdiyi "Səyahətnamə","Ruhlarla söhbət", "Oğuz elinə salam", "Qanımdam rəngalan gül", "Hüseyn xan Müştaq", "Bizim dünya adlı birevimiz var" (əski əlifba ilə Təbrizdə) adlı kitabları və 4 cilddə "Əsərləri"nəşr olunub.

Yubilyar haqqında yazdığım bukiçik məqaləni onun özünün şair Ramiz Orsərlə hələ 1999-cu ildə olan və"Ocaq" qəzetində dərğ olunmuş müsahibəsində bir suala verdiyi cavablatamamlamaq istəyirəm:

R.Orsər: - Bu gün iqtisadi məhrumiyyətlərhamını öz içinə çəkilməyə, öz ocağının külünü "üf"ləməyə vadar edib.Hərə bir cürə tüstülənir.

Ancaq hamının tüstüsü Azərbaycanadlı məmləkətin başı üzərində dairələnib bir addım da o yana getmir. Belə birvaxtda Vaqif Aslan özünü necə hiss edir?

V.Aslan: - Özünü hiss etməkyaşamaqdır. Necə hiss etmək necə yaşamaqdır. Dünən bir cürə narahat idim, bugün bir başqa cürə. Şəkililər demişkən: - Adam dağdan ummaz, daşdan ummaz. Adamadamdan umar. Mənim də öz-özümdən qəribə umacaqlarım var. Özgələrin umacaqlarıda bir yandan. Nə özümə umac ova bilirəm, nə də özgələrinə əriştə doğraya bilirəm.Narahatam, qardaş, narahatam.