adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 May 2020 09:00
91758
MÜSAHİBƏ

“Ədəbiyyatı jurnalistikaya uduzdurmaqla məşğulam” - MÜSAHİBƏ

Müsahibimiz Azedu.az saytının baş redaktoru ElminNuridir.

-AYBüzvüsən.Ədəbiyyat müsahibələri və bu ətrafda gedən söhbətlər… Bəs, özünsırf hansı bədii mətnləri ortaya qoymusan?

-2010-cuildən bu yana baş verən bəlkə də bütün ədəbi proseslərdən xəbərdaram. Jurnalistfəaliyyətimi də ədəbiyyat, mədəniyyət sahəsi üzərindən qurdum. Amma təəssüf ki,uzun müddət jurnalistikanı ədəbiyyata uduzdurmaqla məşğul oldum. Bu hələ mənəazlıq edib, indi də bu gözəl dünyanı jurnalistika ilə birlikdə təhsilə də məğlubetdirməklə məşğulam. Amma Emin, xahiş edirəm ki, bu cümləni başlığa çıxarmazsan(gülür). İnanırsan, ədəbiyyat bir başqadır e…Ya da ki, bunu sənə deməyə gərəkyoxdur ki… Ədəbiyyatı yaşamaq…Həyatın ən möhtəşəm anları, çəkisizlik vəziyyəti,fiziki dünya ilə metafizik aləmin tən ortasında var-gəl etmək… O yazıçı, o şairxoşbəxtdir ki, bu "gediş-gəliş”in zövqünü yaşaya bilir, özünün xəyali "xilas məkanı”navarmağı bacarır. Ədəbiyyat- mənə görə, nə sənətdir, nə elmdir, nə xüsusi birsahədir, o, yalnız bu "xilas məkan”ının özüdür. Yazılan nəhəng və ölümsüz əsərlərisə böyük ədiblərin bu xəyali, şəfası, səfası və cəfası ilə müqəddəs olan məkandanpıçıldadıqlarıdır… Bəli, "Don Kixot” Servantesin, "Karamazov qardaşları”Dostoyevskinin, "Muncuq oyunu” Hessenin, "Qətl günü” Yusif Səmədoğlununpıçıltısıdır…

Emin,səninlə çox söhbətlərimiz olub, tez-tez oxuduqlarımızdan danışmışıq, ammabugünkü Azərbaycan ədəbiyyatında dediyim o "pıçıltılar” çox az gözə dəyir.Yəni, oxuduqlarım arasında deyirəm.

Özüməgəlincə isə mən hələlik bu xəyali, müqəddəs məkanın səsini dinləyirəm.Bütün səsləri özümdən təcrid etmişəm. Ancaq Ədəbiyyat zonasının səs dalğalarınıqəbul etməkdəyəm… İndi bilmirəm, bu "pıçıltılara” çevriləcəkmi, ya yox…

-Deyirlər, korona AYB-nin lap ürəyincə oldu, qurultay təxirə salındı…

-Həə,yenə də gəldik bu söhbətə… Amma kaş ki, bir az da ədəbiyyatdan danışsaydıq. Birneçə ay bundan öncə, dünyanın koronavirusa yoluxmamış halından əvvəl HüseynCavid parkında və onun qarşısındakı Akademiya bağında səninlə bu barədə xeylisöhbətləşdik. Söhbətimiz metroda da davam etdi – bu arada, metro üçün elədarıxmışam ki -amma bir sonuca vara bilmədik. Düşünürəm ki, AzərbaycanYazıçılar Birliyi üçün qurultay keçirmək çox da problemli məsələsayılmamalıdır. Doğrudur, müxtəlif səbəblərdən ləngimə ola bilər və olur da,amma bu o demək deyil ki, koronavirus pandemiyası sırf bu səbəbdən AYB rəhbərliyininürəyincə olan bir meyara çevrilsin.

Şəxsənmənim üçün bu qurumun yeri bir başqadır: AYB mənə ilk növbədə ehtiyacım olanbir şeyi, özgüvəni qazandırıb. Başda gənclər üzrə katib Rəşad Məcid olmaqlaözümə qarşı hər zaman diqqət görmüşəm. AYB sayəsində prezident təqaüdçüsü olub,2017-ci ildə gənclər mükafatına layiq görülmüşəm. Bunlar mənim üçün yuxarıdasadaladığım həmin xəyali, ülvi məkana- ədəbiyyata gəlmək və onu yaşamaq üçünviza rolunu oynayıb. İndi gəldik əsas məsələyə: demək, AYB-nin bilinməyən,gizli funksiyası içində azacıq qığılcım olan şəxsləri məhz bu MƏKANauğurlamaqdır. Yazıçılar Birliyinin mənim üçün funksiyası məhz budur!

Darıxma,qurultay da keçiriləcək, gedib iştirak da edəcəyik, qurultayla bağlı danışmağaxatirələr də olacaq …

-Elmin,bir az reallığa qayıdaq: ədəbi mübahisələr, bir-birini qəbul etməmək,saytlararası ədəbi müharibələr də göz önündədir axı. Sən isə mücərrədlikdəndanışmağa meyil edirsən…

-Evdəxudmani bir iş otağım var: kiçik kitabxanası və yazı masası ilə birgə… Amma ootaq mənim üçün özünün kitabxanası, yazı masası ilə birlikdə bayaqdediyim MƏKANa giriş qapısıdır. İşdə olanda da bəzən ora üçün darıxıram. Ədəbiyyatbir maqnit kimi ruhu özünə çəkir… Bu, mənim real yaşantımdı, mücərrədimdeyil. O ki, qaldı qeyd etdiyin məsələyə, əsl ədəbiyyatda heç zaman mübahisəola bilməz, əsl yazıçı heç zaman mübahisənin mərkəzində ola bilməz… Əsl yazıçı,şair, Emin, özün bilirsən axı, öz dünyasında var-gəl edir, ruhunda gəzişir,çırpışır, beyninin süzgəcindən, ruhunun ən dərin qatından çıxardığı sözlərlə,cümlələrlə birlikdə ağrayır, ağlayır, gülür, sevinir. Heç belə adamın da"filankəs filan saytda barəmdə niyə belə dedi?” söyləməyə vaxtı olar?!

-GənclərŞurası formallıqdır, ya?

-Nəxoş təsadüf ki, ikimiz də Gənclər Şurasının üzvüyük. Dəyər verənlərə bir daha təşəkküredək. İndiki heyət və nəzərə çarpacaq qədərilə görülən işlər, hazırlananproqram hazırkı Gənclər Şurasının formal olduğunu qətiyyən deyə bilməz. Şuranınsədri Fərid Hüseyni, müavin Cavid Zeynallını, yerdə qalan üzvlərin əksəriyyətiniməndən yaxşı tanıyırsan. Bəzilərinin işinə, bəzilərinin istedadınabələdsən. Doğrudur, bir neçə nəfər var ki, onları şəxsən tanımıram. Ammaümumilikdə indiki Gənclər Şurasının fəaliyyəti özündən əvvəlkilərini çox qabaqlayacaq.

-Təhsilsaytı AZEDU.az portalının baş redaktorusan. Təhsildəki xəbərboşluğunu doldura bilirsiniz?

-AzEdutəhsil portal iki ildir ki, həyatımın bir parçasına çevrilib. Özün də müəllimsən,ucqar kəndddə dərs demişəm, indi də evdən xeyli uzaqda bir məktəbdə təhsilverirsən, məni yaxşı anlayarsan: bəzən Ədəbiyyatdan çıxıb Təhsilə varandaburnuma elə xəyali və xoş qoxular gəlir ki… XX əsrin əvvəllərindəki maarifçilərimizinqoxusunu duyuram sanki… Kənd və şəhər məktəblərində dərs deyən Mirzə Cəlil,Üzeyir bəy, Sabir, Nemanzadə, Abdulla Şaiq… AzEdu.az təhsil portal mənim üçünbu missiyanı daşıyır.

Əhatədairəmiz çox böyükdür, minlərlə insanın bizdən faydalandığının fərqindəyik.Telefonlarımız, vatsap mesaj və zənglərimiz, səhifələrimizə gələn məktublarbitib-tükənmir. Daim bizdən nəyisə öyrənməyə çalışırlar. Ona görə ki,yazdığımız hər kiçik xəbərdə belə az öncə dediyim o qoxunu axtarmışıq. AzEdu.azbu gün yüzlərlə müəllimin yaxın dostuna çevrilib, mübaliğə etmirəm.Abituriyentlər, valideynlər bizə çox güvənirlər. Amma yenə də görüləsiçox işlər var. Baş direktorumuz Elşad Eyvazlı başda olmaqla, komandamızlaonların bir qismini yerinə yetirəcəyik. Bizdən hələ çox sürprizlər gələcək,gözləyin (gülür)

Müəllimlərin bir çoxu qəlibdən çıxa bilmirlər

-Tez-teztəhsil işçilərindən, müəllimlərindən açıqlama , müsahibə alırsınız. Belə desəmhəmin müəllimlərin cavabları şablon, əttökən olur adətən. "Bəyin oğurlanması”filmində deyilən kimi bir az diri olmaq lazımdır. Düzdü, bu izin günahınız deyil.Amma müəllimlər niyə belə cansıxıcı, şablon danışır? Belə şablon danışanlara cəmiyyətniyə inansın və istedadı olan şəxs belə əttökən ola bilərmi?

-Çoxtəəssüf ki, burada səninlə razılaşmalıyam. 2 il ərzində elə bir gün olmayıb ki,müəllimlərlə təmas qurmayaq, onlarla çalışmayaq. Müəllimlər əsasauditoriyamızdır. Böyük rezonans yaradan və mükafatlandırılması Milli Məclisdəkeçirilən "İlin gənc müəllimi” müsabiqəsinə müraciət edən elə müəllimlər gördükki, adam yaxşı mənada dəhşətə gəlirdi. İştirakçıların fəaliyyət göstəricilərihamımızı yaxşı mənada təəccübləndirirdi. Axı necə olur ki, bir kənd müəllimidərsini keçməklə yanaşı, bu qədər işlər görə?! Müsabiqələr keçirə, layihələrapara, müxtəlif oyunlar qura, yarışmalar təşkil edə, hələ üstəlik dərslərindənzəif olan şagirdləri də əlavə olaraq hazırlaya… Belə müəllimlərimiz çoxdur, həqiqətən!Amma dediyində də həqiqət var. Müəllimlərin bir çoxu qəlibdən çıxabilmirlər. Hətta bunların arasında gənclər də var və heç də azlıq təşkil etmirlər.Kreativ yanaşma, yaradıcı düşüncə, xarakter, işıqlı ruh, aydın zəka bəzilərindənəzərə çarpmır. Bəlkə də bunu ətrafa yansıda bilmirlər, amma reallıq odur ki,çatmır.

Bəzən,problemini bildirmək istəyən müəllim fikrini elə sistemsiz, elə yöndəmsiz və əsassızizah edib ki, onun yerinə yazını özümüz yazmışıq. Bəzən, müəllim çox bəsit,işinin əlifbası sayılan elə sadə məsələlərlə bağlı bizə müraciət edib ki, matqalmışıq…

Bəziləriniisə sadəcə, anlamaq mümkün deyil: özlərinə o dərəcədə qapanıblar ki, başlarınısinif otağından çölə çıxarmaq istəmirlər. Nə isə, gerisi mənə qalsın…

-Koronavirusagörə birbaşa təhsil dayandırılıb . Siz bu çətin durumda müəllim, şagird,valideynlərə necə yardımçı ola bilirsiniz? Nələr edirsiniz ki, onların çətinliyiəksinə azalır…

-AzEdu.aztəhsil portalı martın ortalarından bu yana, ev şəraitində olsa da belə daha dagücləndirilmiş iş rejiminə keçib. Təhsilin bütün pillə və istiqamətləri üzrəmateriallar hazırlamağa, müəllim-şagird-valideyn üçbucağı ətrafında maarifləndirməişləri aparmağa çalışırıq. Görülən işlər barəsində çox danışmaq istəməzdim.Arzu edərdim ki, bu müsahibəni oxuyan hörmətli oxucu portalımıza baş vursun. Buzaman görülən işlərlə özü tanış ola bilər.

Şəhərinmərkəzində də sufi olmaq mümkündür

-Tez-tezsufiyanə paylaşımlarının, yazılarının şahidi oluram. Bakının mərkəzində-"Tarqovı”daişləməklə, kompüter qabağında rahat yazmaqla sufi, dərviş olmaq mümkündür?

-Bu barədə də səninlə dəfələrlə müzakirə,hətta mübahisəmiz də olub. Bu arada, mənə Nəsimi ilə bağlı bağışladığın dəyərli,fundamental kitaba görə çox sağ ol, dəyərli mənbədir. Sufiyanə paylaşımlar,yazılarla əslində öz dünyama varıb, ruhum boyunca gəzdiyim zaman apardığımqeydlərdir. Öz ruhunun ən dərin qatlarından, idrakının ucqarlarından qopardığınmateriallarla bu İşıq dünyasını özün üçün yaradır, səhmanlayırsan. O zamanartıq fərqi yoxdur ki, sən şəhərin mərkəzində, kiçik ofisdə kompüterqarşısındasan, ya geniş düzəngahda, ya da intəhasız bozqırdasan… Bunlarınheç birinin fərqi yoxdu: Çünki hər bir halda öz İşıq dünyamızda oluruq. Sonucu Ali Haqqa, Küllə gedib varan işıqlı dünya…

-Bu istiqamətdə nələri oxuyur, nələriyazırsan?

-Seyid Yəhya Bakuvini oxuyuram… Həyatı, əsərlərihaqqında daha da bilgilənmək fikrindəyəm. Doğrudan da möhtəşəm bir şəxs olub. Dünyayaçıxarmaq gücündə olan bir fikir sistemin -xəlvətiyyəni fəlsəfə, sufi tariximizəo bağışlayıb. Gündəlik oxu proqramımda təsəvvüfə aid mütləq nəsə olmalıdır.Hazırda yazı masamın üzərində Yunus Əmrə Divanı, bir Qərb aliminin – UilyamÇittinq - təsəvvüflə bağlı "Təsəvvüfə giriş” kitabı və təbii ki, təsəvvüfterminləri lüğəti var.

Yazıya gəldikdə isə, təsəvvüf, eləcə də Şərq fəlsəfəvə elm tarixinin ən görkəmli nümayəndələri haqqında portret yazılar, bioqrafikhekayələr yazıram.

Sufiyanə mövzularla bağlı silsilə esselər yazmağıdüşünürəm. Sağlıq olsun!

-Yenidən ədəbiyyata qayıdaq: Gənc ədiblərMəktəbi -2 -nin üzvü olmusan. Məzunlar arasında səncə, kimlər öz fəaliyyətiilə xüsusi fərqlənir?

-Gənc Ədiblər Məktəbinin, xüsusən də birinci və ikinciburaxılışlarının uğurlu məzunları var. Sual "ikinci” üçün ünvanladığı üçün konkret cavab verəcəyəm:Emin Piri, Ramil Əhməd, İntiqam Yaşar, Taleh Mansur…

Başqa uğurlu yetirmələr də var.Adlarını unutdumsa, üzrlər. Həm də kiminsə adını unutmağım onun ədəbiyyatdakıyerinə, istedadına qəti xələl gətirmir. Odur ki, istedadı olan gənc yazarlar yalnız bu talantınecə realizə etmək barəsində düşünsünlər…

-Jurnalistkimi müsahibə, araşdırma və təhlillərin məlum, bəs, dediyin esse, eləcə dəbaşqa hekayələrini nə zaman oxuyacağıq?

-Esse və hekayələrimi bir kitab halındaçap etdirmək fikrim var. Mən heç zaman lovğalığı sevməmişəm, amma bütün məsuliyyətimlədeyirəm: O hekayə və nəsr əsərləri ilə ədəbiyyatımız çox şey qazanacaq!

Söhbətləşdi: Emin Piri