adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Yanvar 2019 13:03
76894
MÜSAHİBƏ

Ədəbiyyatdan əlinizi üzün - Abbas Kiyarüstəmi ilə müshaibə

Aktyor, rejissor, ssenarist, redaktor, prodüser, fotoqraf, şair, rəssam,qrafik dizayner… Müstəlif sahələrlə məşğul olan Abbas Kiyarüstəmini dahaçox filmlərilə tanıyırıq. İran kinosunda 1960-cı illərin sonlarında başlayan vəFüruğ Fərruxzad, Sohrab Şahit Sales, Bəhram Beyzayi və Pərviz Kimyavi kimirejissorların da daxil olduğu İran Yeni Dalğa studiyosu rejissorlarındanbiridir. Bu studiyo rejissorlarının səciyyəvi xüsusiyyəti bəzilərinin poetikdialoqlardan istifadəsi, siyasi və fəlsəfi mövzularla bağlı alleqorik hekayələrizah etmə tərzidir. Uşaq obrazlarından istifadə etmək, sənədli filmtərzindənəqletmə, kənd bölgələrində cərəyan edən hadisələr, maşınların içində olandialoqlarvə adətən sabit kameradan istifadə Kiarostaminin ən əsas xüsusiyyətlərindəndir.Müsahibəsində ədəbiyyatdan qaçmağı tövsiyə etsə də, dialoqlarında, filmadlarında və mövzularındaİran ədəbiyyatından, İran şeirindən geniş istifadəedir.



Onun bu yaxında dərc olunan müsahibəsini sizə təqdimedirik.



"Mənim indi ən böyük hədəfim özüm, başqaları və yavar olduğum mühit haqqında yeni bilgilər verməkdir. Mənə görə həyat haqqında ortayayeni bir şey qoyan film yaxşı bir filmdir”.

Abbas Kiyarüstəmi



- Hər hansı bir film ya da sənət əsəri, film çəkənbiri olaraq istiqamətinizə təsir etdimi?

- Məncə,bizim sahəmizdə həyatın özü başqalarının filmlərinin təsir daha çox dəyişiklikyaradacaq. Bəlkə də çoxlu filmə baxanlarbu təsirləri digər filmlərdən əldə edə bilirlər, amma mənə gəlincə, gözlərimhəyatın özünə fokslandığı və duyğularım yaşadığım dünyaya uyğunlaşdığı üçünşübhəsiz deyə bilərəm ki, film çəkən biri olaraq məni ən çox təsirləndirən şeyhəyat təcrübəsi və ətrafımdakılar oldu, nəinki film ya da ədəbiyyat.

- İllər keçdikcə sizə təsir edən film çəkənlər vəya sənətçilər oldumu?

- Əslindəgeridə qoyduğumuz 40-50 il içində işlədiyim insanlardan bəzilərinin adını çəkməyimiistəyirsinizsə, təbii olaraq bu ad, insanların zövqləri dəyişdiyi üçün dəqiqdeyil. Yenə də çox vaxt təsirləndiyim insanların adlarını çəkməyi sevmirəm. Əvvəllərmənə təsir edən iki insanın adını çəkdiyimi xatırlayıram. Biri Ozu, o birisi isəBuster Keaton idi. Amma axır vaxtlarda onların əsərlərini görəndə, başqalarınınadlarını çəkməməyin ədalətsiz olduğuna bir daha qərar verdim. Buna görə sizə hərhansı bir ad deməyəcəm. Amma bunu deyə bilərəm ki, indiyə kimi gördüyüm qədəriləpis filmdə yaxşı bir hissə varsa, ya da nisbətən az tanınan bir bəstəkarın bəstəsi,həyatımıza təsir etmiş hər hansı ədəbi axın... Bunlar mənə təsir edə bilir.

- Hansı yaşda film çəkməyə qərar verdiniz?Anladınız ki, siz bu sahədə uğurlu ola bilərsiniz.

- Mən heçvaxt film çəkmək arzusunda olmamışam. Ağlımda həmişə rəssam olmaq var idi. Rəsmçəkməyə başladım, amma universitetdə də uğurlu bir rəssam deyildim. Bu səbəbdənrəsmdən qrafika dizaynerliyinə keçdim. Sonra oradan özümü reklam filmləri çəkərkəntapdım, reklam filmlərindən də uşaq kitablarına rəsmlər çəkməyə başladım. Sonranə oldusa, bilmirəm, bir də gördüm ki, film sahəsindəyəm. Filmlər və qrafikaişləri üçün başlıqlar və posterlər düzəltdim, amma əsla film çəkən biriolacağıma inanmadım. İndinin özündə də professional bir film çəkən olmadığımıdemək üçün çox gec olsa da taxta üzərində işlərlə, rəsmlə və fotoqraflıqla məşğuloluram. Bunlara baxmayaraq, yenə də film çəkməyin aktiv olduğum sahələrdən biriolduğunu deyə bilərəm.

- Yaxşı, niyə film çəkirsiniz?

- Bu sualabir dəfə cavab vermişəm, amma indi yenə də başqa cür cavab verəcəm. Çünki bəhsetdiyimiz kimi bəzən bir şairə çevrilməkdə günahkar oluram. Yaratmaq üçün bəllişərtlər olmalıdır. İşim var olan ehtimallarla bağlıdır. Bir film çəkmək üçün bəsedən şərtlərin mümkün olduğu zamanlar var. Film olmağa layiq bir fikirortaya çıxanda, əyər mənimlə eyni düşünən başqa bir film çəkən varsa bu yaxşıhaldır. Bu şərtlərdə yaxşı bir film çəkən oluram, amma çox vaxt filmlərinarasında iki illik bir məsafə var. Bu iki il müddətində işıq olanda vəkameranın önündə qəribə bir mövzu görəndə foto çəkməyə meyillənirəm. Fəqət işıqolmayanda, foto çəkməyim də mümkün olmur və bir fikir məni narahat edirsə şeiryazıram. Bütün etdiklərim bunlardır: taxta üstündə işlər, rəsmlər, şeir,fotoqraflıq və film... Amma bunların heç biri professional işim deyil.

- Filmləri kimin üçün çəkirsiniz?

- Ən azındanbu günlərdə düşündüyüm qədərilə gördüyüm işlərin çoxusu özümü tətmin etməküçündür. Ən vacib olan da budur. Bəlkə də burdan-ora, ordan-bura qaçmağımın səbəbidə budur. Bir iş məni yorduğu vaxt o birisinə keçirəm. Mütləq ki, mənim üçün önəmliolan duyan və ya görənlərin düşüncələri. Amma məncə işimdə mənə motivasiya verənhəqiqi meydana çıxma məsələsidir. İşin sonunda istəyim və enerjim bitməyəyaxınlaşdığı vaxt bunun haqqında başımı çox da yormuram. Ondansa başqa bir şeyetməyi üstün bilirəm.

- Bir film çəkən olaraq, ya da bir sənətçi olaraqnecə bir miras qoymaq istəyirsiniz?

- Özümdənsonra nələri qoyub getmək haqqında nəsə demək mənə çətindir, çox çətindir. Şübhəsizki, yırtıb atmadığım, parçalamadığım və üzərində imzam olan işlər olmalıdır.Mütləq ki bu işlərin bir təsdiqini almaq və onları geridə qoymaq istəyirəm. Birgün var olmayacağımı, amma işlərimin daima qalacağını düşünsək, bu mövzuda heç nədüşünməmişəm. Çünki zövqüm öz varlığımın içində məndən qalacaq olan işlərdədeyil. Əgər bu özümdən bir şey miras qoymam həqiqətinə və özümün yox olacağımazidd bir düşüncə olmalıdırsa, o zaman öz həyatımı seçirəm, gördüyüm işlərin yaşamasınıyox.

- Gənc rejissorlarla birlikdə sadəcə bir dəqiqəyəsahib olsaydınız, onlara nə tövsiyə edərdiniz?

- Bu günlərdəbir dəqiqədən də çox vaxtım var. Yaratdığım işlərdən biri də bir çox insanla bərabərfərqli yerlərdə atelye çalışmalarında birlikdə olmaqdır. Zamanım dar deyildi,onlarla keçirmək üçün on günüm var idi və mütləq ki cürbəcür şeylər haqqındadanışmalıydım. Amma sadəcə bir dəqiqəm olacaqsa, film yaradıcılğı sahəsindəyeni bir tələbə olaraq ətrafınıza baxın, digər filmlərə baxın deyərdim. Amma özfilminizi çəkərkən başqa filmlərə baxmayın, ədəbiyyatın sizə çox köməkolacağına inanmayın, ondan əlinizi üzün. Bundan da əlavə ətrafınızda nələrin baş verdiyini görmək, ədəbiyyatdan filmə, ya da digər filmlərdən təsirlənən filmlərə gətirməkdənsə, ətrafınızdan, öz təcrübənizdən yararlanın, bunlardan istifadə edin və filmə çevirin. Bir dəqiqədənartıq oldu, amma ilk hissəsini kəsə bilərsiniz.

- Tələbələr üçün yaxşı bir universitet sizcə nə qədərvacibdir?

- Çoxyaxşıdır. Məncə bir filmi anlamağın ən yaxşı yollarından biridir. Xüsusilə filmyaradıcılığına can atan bir tələbənin bir film yaradıcısının ortaq əsərlərinitanımağıdır. Festivallar filmlərin təbliğində, tanınmasında çox böyük təsirediciqüvvədir. Ancaq filmi öyrənən tələbənin şübhəsiz ki, filmi çəkənin harabaxdığını və nə qədər uzağa çatdığını bilməyi üçün kollektiv işlərini görməyivacibdir. Bu başlanğıc dövrü film sahəsində olmaq istəyən və ya filmi sevən hərhansı bir tələbə üçün yaxşı bir dərsdir.Tələbələr 30-40 il rejissor olmaq üçün çalışanda həm özlərini, həm dəfilm çəkməyi anlaya bilərlər.



Müsahibəni dilimizə çevirən Eminquey