adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Oktyabr 2017 15:54
44066
MÜSAHİBƏ

“Ədəbiyyat kütlənin qəbulu yox, fərdlərin qəbuludur” - MÜSAHİBƏ

İnsanlar var ki,Tanrını SÖZdə axtarır. Söz bütün gözəlliklərin tablosudur. Öz Tanrısını sözdəaxtaran tablo şairlərindən biri də müsahibim, AYB-nin üzvü, gənc şair EmilRASİMOĞLUdur. Gənc yazar söhbətimizdə müasir ədəbi mühitdə baş verənlərdən,xüsusi ilə də poeziyadan və yaradıcı baxışından səmimi söhbət açdı.

- Salam, Emil bəy!

Salam!

- Yaradıcılıqdanə var, nə yox?

- Yaradıcılıqdıda... öz axarında davam etməkdədir.

- Çox zaman şeirəvicdanla dəyər verilməməsindən gileylənirsiz... Nə deyə bilərsiz bu barədə?

- Bilirsən, sənhazırki ədəbi mühitin, hətta belə deyərdim, ən qlobal və həllini hələ dətapmayan bir probleminə, mənimsə belə desək yaralı yerimə toxundun. Bu hərbirimizə bəllidir ki, bu gün istənilən bir ədəbi nümunə haqqında yazıyazılırsa, istənilən bir şairin, yazıçının yaradıcılığı ilə bağlı fikir sərgilənirsədemək olar ki, o zaman meyar bədii keyfiyyət yox, şəxsi münasibət götürülür.Bax onda yaradıcılıq şəxsi münasibətlərə məğlub olur. Axı ədəbiyyat dostluq,yoldaşlıq, doğmalıq eləcə də din, sərhəd, hətta düşmən belə tanımır. Ədəbiyyatbədii mətn tanıyır, bədii mətn! Nəinki yazılarda, mətbu orqanlardan tutmuşşifahi nitqlərə qədər bu münasibətlərdən qaynaqlanan ədəbi vicdansızlığı görməkolar. Bəlkə də bu həm də bir insanlıq problemidir.

- Həmin bu kimiqələm adamlarının ədəbiyyata dəxli var ki?

-Təbii ki, əgər istedad sahibidirsə var. Bilirsən, biri var şairin, yazıçınınyaratdığı bədii mətn, biri də var, həmin şəxslərin ədəbi mövqeyi. Bunlarıbir-biri ilə qarışdırmaq lazım deyil. Ona görə ki, ən ciddi ədəbiyyat nümayəndəsibelə mövqeyində vicdansız ola bilər.

-Ciddi ədəbiyyat demişkən, ümumiyyətlə, ciddi ədəbiyyat anlayışı məqbuldurmusizin üçün?

-Maraqlı mövzuya toxundun. Həmin bu ifadəni mən də istər şifahi nitqdə, istərsədə yazıda işlədirəm. Çünki ümumilikdə elə qəbul edilib. Ancaq açığı belə hesabedirəm ki, əslində, nə ciddi ədəbiyyat, nə də qeyri-ciddi ədəbiyyat var. YalnızƏDƏBİYYAT var. Bəs soruşa bilərsən ki, bu anlayış necə yarandı? Düşünürəm ki,ciddi ədəbiyyat anlayışının özü elə qeyri-ciddi ədəbiyyat anlayışından yaranıb.Belə deyək də, ədəbiyyat nümunəsinə bənzəyən nələrsə ədəbiyyat adından taminkar edilməyib yenə ədəbiyyat adı altında qeyri-ciddi ədəbiyyat hesab edildikdəəksiliyində ciddi ədəbiyyat anlayışı yarandı.

-Şeirlərinizdə bədii fəlsəfə daha çox duyulur... Nə deyə bilərsiz?

-Bir az təvazökarlıqdan kənar çıxmasın, bu, istedad, düşüncə və orijinal baxış vəhdətindənirəli gəlir. Yeri gəlmişkən onu deyim ki, yaranan əsər bir ədəbi hadisəolmalıdı, ədəbiyyat düşüncəsində inqilab etməlidi. Buna novatorluq da deyirlər.

-Ədəbi gəncliyin şeirlərində imitasiya hədsiz şəkildə duyulur. Mənə elə gəlirki, bu imitasiya elə bir-birlərini oxumaqlarından irəli gəlir. Siz necədüşünürsüz?

-Bəli, səbəblərdən biri də sənin vurğuladığın amildi... Ancaq mənə elə gəlir ki,bunun ən başlıca səbəbi kütləviləşməkdi. Bu günün ədəbi gəncliyi kütləviləşməkdədi.Kütləviləşməksə fərdi və fərqli düşünmək, görmək təfəkküründən məhrum olmağa gətiribçıxarır. Kim o kütləviləşməyi inkar edə bilirsə yaradıcılıqda özünəməxsusluğuifadə edə bilir. Əks halda yox...

-Sizin üçün şeir yazmaq nədir?

-Həə... Maraqlı sualdı (gülür). Mənim üçün şeir yazmaq Tanrıyla, kağızlaehtiraslanmaqdır.

-Tanrı demişkən, yaradıcı adam üçün keçilməz bir qüvvə ola bilərmi?

-Yenə bu suala hardasa öz tərəfimdən cavab verəcəm. Belə hesab edirəm ki,yaradıcılıq kütləvilik xarakteri yox, bəşərilik xarakteri daşıyır. Ona görə dəyaradıcı insanın düşüncəsi heç bir qüvvə qarşısında aciz qalıb, o qüvvəni özünəbütləşdirməməlidi.

- Sizin bucavabınızdan məndə maraqlı bir sual yarandı. Emil Rasimoğlu üçün Allah var?

-Zaman-zaman mübahisə predmeti olan bir sual verdin (gülür). Bəlkə də o ən böyükhəqiqi yalandır, bəlkə də ən böyük uydurduğumuz həqiqətdir. Bilmirəm... Ancaq gəlsənə bir nüansı deyim də... Mən on dörd əsrdən çoxdu Allahı yuxuda görürəm. Həmişədə nədənsə əlləri qanlı, gözləri intiqam hissi ilə dolu, özü isə müharibəgeyimində. Yuxuyasa qəti inamım yoxdu, yoxdu, ay Məhəmməd! Nə bilim e...

Birdəki, vicdanı olan adamın Allah nəyinə gərəkdir axı...

-Əyalətlərdəki ədəbi mühitlə bağlı nə deyə bilərsiz?

-İlk öncə onu deyim ki, ədəbiyyat üçün zaman və məkan anlayışı yoxdur. Ancaqbütün bunlarla yanaşı, yaradıcı insanın inkişafı üçün mühit və şərait mütləqdiraxı. Bu mənada əyalətlərdə çağdaş ədəbi mühit zəifdi, bəlkə də heç yoxdu desəmyanılmaram.

-Mühitdən söz düşmüşkən, paytaxtdakı ədəbi mühitdə çirkin qruplaşmalar da var...Nə düşünürsüz?

-Vallah, mən özüm o qruplaşmalardan uzaq olduğum üçün içindən xəbərim yoxdur,çölü də hər kəsə məlumdur.

-Bayaq Allahın varlığı ilə yoxluğunu şübhə altında saxlayırdız, amma indi isə"vallah” deyirsiz. Bunu necə başa düşək?

-Sən də heç nəyi gözdən qaçırmırsan ha... (gülür). Bilirsən, adam bəzən cəmiyyətindilində də danışır. Həm də bunun kökündə sadəcə insan təhdəlşüuru dayanır.

-O zaman yaradıcı insanın kütlə təsirinə düşmək ehtimalı da var?

-Mən elə deməzdim. Sadəcə yaradıcı insan da digər tərəfdən kütlənin bir üzvüdüaxı. Ona görə də düşüncədə olmasa da, ünsiyyətdə bəzən kütlə ilə ortaq olur.

-Ədəbiyyat kütləyə xidmət etmir ki?

- Qətiyyən! Ədəbiyyatkütlənin qəbulu yox, fərdlərin qəbuludur.


Məhəmməd TURAN