adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Iyul 2019 16:39
21420
ƏDƏBİYYAT

Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz...

Müsahibim AzərbaycanDillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiyaüzrə fəlsəfə doktoru Dilbər Zeynalovadır.

- Dilbər xanım,öncə sizi yaxından tanıyaq.

- Mirzə FətəliAxundov adına Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı (indiki SlavyanUniversiteti) İnstitutunu fərqlənmə diplomu ilə bitirmişəm. Universiteti bitirəndənsonra Elmi Şuranın qərarı ilə aspiranturada təhsilimi davam etdirmək barədə qərarverilmişdi. Lakin təhsil alacağım fəlsəfə üzrə həmin il Bakıda ElmlərAkademiyasının uyğun şöbəsində qəbul yox idi. Təhsilimi ya Moskvada, ya daLeninqradda (Sankt-Peterburqda) davam etdirməliydim. Ailəm bunu çox həssaslıqlaqarşıladı. Bir sözlə, gedə bilmədim. Təyinatla Cəlilabad rayonunun Andreyevka(Qarazəncir) kəndində rus dli və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başladım.On beş ilə yaxın orta məktəbdə rus dili və ədəbiyyatını tədris etmişəm. 90-cıillərin sonunda ailə vəziyyətimlə əlaqədər Bakı şəhərinə köçdük. Beləliklə, əvvəlcəfəlsəfə kafedrasında loborant, sonra ədəbiyyat kefedrasında müəllim kimi fəaliyyətimidavam etdirdim. 2005-cı ildə "İsmayıl Şıxlı yaradacılığında milliözünüifadənin bədii inikası (yazıçı və folkor problemi əsasında)"mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmər namizədi alimlik dərəcəsinialdım. Hazırda Azərbaycan ədəbiyyatı kafedrasında dosent kimi çalışıram. Özümübaşqa heç bir sahədə görmürəm.

- Elmi fəaliyyətinizlətanış olduqda ilk olaraq milli mənəvi dəyərlər estetik düşüncə işığında, ədəbiyyatşünaslıqdajanr nəzəriyyəsi kimi işlər diqqəti çəkir.Bu sahədə sizi maraqlandıran və elmi fəaliyyətinizə təsir edən amillərhansılardı?

- Bayaq dediyimkimi, dissertasiya mövzum ədəbiyyatda millilik, milli mənəvi dəyərlərlə bağlıidi. Mövzu ətrafında araşdırmalaraparanda bir şeyi yəqin etdim ki, ədəbiyyatın nəzəri problemlərinə başvurmadan, sanballı elmi əsər ortayaqoymaq mümkün deyil. Elə o vaxtdan dünya ədəbi-nəzərifikrində baş verən proseslərlə maraqlanmağa başladım. Ona görə də elmiyazılarım da əsasən ədəbiyyatşünaslığın elmi-nəzəri problemləri ilə bağlıdır.Əslində Azərbaycan ədəiyyatşünaslığında həllini gözləyən bir sıra ciddi məsələlərvar. Azərbaycan ədəbiyyatının dövrləşdirilməsindən tutmuş, bədii mətnin təhlilmetodologiyasına qədər... Mən müəlliməm, vaxtımın çoxunu auditoriyada keçirirəm,amma çalışıram ədəbi prosesi, yeni istiqamət və tendensiyaları izləyim. Azərbaycanədəbiyyatşünaslığını azacıq da olsa, elmi yazılarımla zənginləşdirməyəçalışıram.

- Freydə görəyuxulardakı obrazların çoxu dünyadakı hadisələrin eşidilməsindən, qoxusundanyox, görünüşündən alınmış obrazlardır. Sizin "Yuxugörmə-bədii diskurskimi" adlı elmi məqalənizdə yuxu ilə bədii əlaqə hansı prizmadan nümayişolunur?

- Bu məqaləmTürkiyədə çap olunmuşdu, maraqla qarşılandı. Bu məsələ ilə bağlı onu deyim ki,hələ antik yunan ədəbi-estetik fikrində həm yuxugörmə, həm də bədii yaradıcılıqilahi qüvvənin təhriki ilə yaranan bir hal kimi səciyyələnirdi. Əlbəttə, sənət əsərininşüusuzluqla şüurun vəhdətindən yaranması şəksizdir. Yuxugörmə ilə incəsənətiyaxınlaşdıran, daha doğrusu, doğmlaşdıran məqamlar çoxdur. Simvoliklik,obrazlılıq, təhtəlşüurun təzahürü və s. Məhşur rus alimi S.Averinsevin qənaətinəgörə, "sənətkar- ictimai yuxugörəndir".Obrazlılıq yuxugörməni söz sənətiilə yaxınlaşdıran yeganə cəhət deyil.Burada digər bir məqamdan da söhbət açmaqyerinə düşərdi. Biz gördüyümüz yuxunu çatdıran zaman istər-istəməz təhkiyəçifunksiyasını yerinə yetirmiş oluruq. Beləliklə, yuxuda gördüklərini danışan hər kəs, şüurlu şəkildə yaradıcılıqaktına qatılmış olur; yuxugörən süjeti, obrazları və gördüyünün mənasınırekonstruksiya edir. Bədii əsərin yaranmasında psixikanın yalnız şəxsi deyil, həm də kollektiv təhtəlşüurqatının fəal iştirakı barədə məşhurpsixoanalitiklər - Z.Freyd və onun davamçısı K.Yunqun maraqlı mülahizələrimövcuddur. Bu kifayət qədər maraqlı və ayrıca bir söhbətin mövzusudur.

- Ədəbi tənqidhaqqında nə düşünürsünüz?

- Mən uzun illərƏdəbiyyatşünaslığa giriş fənnini tədris etmişəm. Ədəbiyyatşünaslığın bölmələrindənbiri də ədəbi tənqiddir. Əslində qədim dövrdən üzü bəri tənqidimizin müəyyən ənənələriolmuşdur. Azərbaycan ədəbi tənqidinin təşəkkülü, bədii-estetik kateqoriyalarlazənginləşməsində isə, əlbəttə M.F.Axundzadəyə borcluyuq. M.F.Axundzadə hələ XIXyüzillikdə yazırdı ki, tənqid subyektiv mülahizələrdən ibarət olmamalıdır. Tənqidifikrimizin ən öncül simaları belə sovet dövrün ideoloji yükündən azad ola bilməyiblər.Ona görə də bədii əsəri dəyərləndirərkən konyuktura,vulqar sosiologizmdən yaxaqurtara bilməyiblər. Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, dəyərləndirməninmeyarları obyektiv ola bilməz. Ədəbi tənqidin məqsədi mətnin özəlliyini, bədii-estetikfunksiyasını üzə çxarmaqdır. Ədəbi tənqid elmi həqiqətə sadiq qalmalı,obyektivliyinə, qərəzsizliyinə, xoşniyyətliliyinə inandırmalıdır. Ədəbi tənqiddəbədii mətnə münasibətdə tənqid və tərif həm estetik inkarın, həm də təsdiqin əsasındaduran prinsipin obyektiv mahiyyətini eyni dərəcədə şərtləndirməlidir. Təəssüfki, həmişə belə olmur.

- Müasir ədəbi tənqidçilərimizinfəaliyyətindən razısınızmı?

- Razıolduqlarım da var, olmadıqlarım da. Ümumiyyətlə tənqid cərrahi əməliyyat kimi həttaməqsədi xeyirxah olsa belə, ağrılı da ola bilir. Tənqidin mümkün qədər ağrısızqəbul edilməsi üçün tənqidçinin elmi biliyindən və prinsipiallığından başqa əxlaqikeyfiyyətlərinin də rolu danılmazdır. Tənqidçi dünən hay-küylə dağ başınaqaldırdığını bu gün eyni şövqlə ordan endirirsə, hansı mənəvi məsuliyyətdənsöhbət gedə bilər? Ədəbi tənqidin müasir vəziyyəti haqqında fikir bildirərkən tənqidçilərimizinistedadının fərdi, subyektiv isitqaməti yox, bütünlükdə dövrümüzə məxsus dahaümumi və obyektiv amilin təsiri nəzərə alınalınmalıdır: "informasiyaaxını" və "texniki tərəqqi" əsrinin öz estetik ehtiyacı və tələblərivardır.

- Ümumiyyətlə, ədəbiyyatbir insana nə verə bilər?

- Ədəbiyyatspesifik bir sahədir, buna görə də insanda elmi informasiyanın bolluğundan dahaçox, daxili-mənəvi mədəniyyətin və əxlaqi-insani kamilliyin səviyyəsini yüksəldəbilər. Ədəbiyyat, yəni bədii mətn, bu şeir də ola bilər hekayə də, roman da, fərdişəkildə mənimsənilir, insanda bədii yaddaşı formalaşdırır. Bir sözlə, ədəbiyyatruhun ehtiyacından doğan nəsnədir.

- Yazıçılaroxucuların azlığından gileylənir, oxucular isə sanballı əsərlərinyazılmamasından. Siz necə düşünürsünüz, bu sahədə vəziyyət necədi?

- Baxır hansı yazıçı və hansı oxucu. Məsələn,bir zamanlar modernistlər bəyan etmişdilər ki, biz yazdıqlarımızı oxucularınmarağına qurban veməyəcəyik. Bilirsinizmi, yaradıcılığın məxsusi birpsixologiyası vardır. O, "laboratoriya"nın sirlərini yazıçıdan başqakimsə sona qədər izah edə bilməz. Doğrudur, müasir ədəbiyyatşünaslıqda bu barədəmüxtəlif mülahizələr mövcuddur. Bütün hallarda, məncə, yaradıcılıq aktında ikibaşlıca imperativ iştirak edir: daxili səs və sosial sifariş. Əgər yazıçı buiki imperativə söykənirsə, zənnimcə, aktuallığını qoruyacaq. O ki qaldıoxuculara, bu həm intellektlə, həm də zövqlə bağlı məsələdir. Aydınlaşdırmaqlazımdır, görək, oxucu sanbal deyəndə nəyi nəzərdə tutur?

- Çağdaş ədəbiyyatımızdankimləri oxuyursunuz?

- Janr bölgüsüilə yanaşsaq, daha çox nəsr nümunələrini oxuyuram. Şübhəsiz, poeziya da,dramaturgiya da diqqətdən kənarda qalmır. Ad çəkməyə başlasam, o qədər də uzunsiyahı alınmayacaq.

- Əsərlərin bədiiyükünü və səviyyəsini müəyyən edən əsas kriteriyalar nələrdi?

- Klassik ədəbiyyatşünaslıqkontekstində bu bədii əsərin məzmunu və formasıdır. Ədəbiyyat bütün dövrlərdəyeni məzmun yaratmır. Sənətkar odur ki, hətta ənənəvi mövzuya da yeni formatapa bilsin. Məsələn, Azərbaycan ədəbiyyatında mifə, folkora maraq hər zamanolub. Nizaminin "Xəmsə"sində nə qədər desəniz, nümunələr tapmaq olar.Amma Kamal Abdulla "Yarımçıq əlyazma"da mifi elə sənətkarcasınadekonstruksiyaya məruz qoydu ki, çoxları "Dədə Qorqud" eposunun yenibir nüsxəsinin tapıldığı qənaətinə gəldilər. Yazıçı intellektual olanda oxucunubelə mat vəziyyətlərə asanlıqla sala bilir. Sözlə oynamaq məharəti, süjetinkontrapunkt axarla inkişafı, alogizmlər... bütün bunlar bədii mətnin səviyyəsinimüəyyənləşdirən kiriteriyalar sırasındadır. Bilirsizmi, yazıçı gərək özüslubunu yarada bilsin. Oxucunu sözün sehrinə salmaq hər yazıçıya nəsib olmur."Unutmağa kimsə yox"... Kamal Abdullaya məxsus bu ifadənin semiotikyozumunda açar sözlər kimi "xatırlamaq, unutmaq" göstərilir. Məncə,bu sıraya açar söz kimi sevmək sözü də daxil edilməlidir. Çünki unutmaq həmişəxatırlamaqla assosiasiya olunmur. Unutmaq istəmədiyin, yaxud xatırlamağaçalışdığın bir zamanlar sevdiyindir, yəni "Sevməyə kimsə yoxdur".

- Gənc alimlərə,xüsusən ədəbiyyat sahəsində çalışan gənclərə hansı tövsiyələriniz var?

- Əvvəla, gənc tədqiqatçılaraelmi araşdırmanın bütün pillərində uğurlar arzulayıram. Gənc tədqiqatçılaratövsiyəm budur ki, Azərbaycan ədəbiyyatını tədqiq etməklə kifayətlənməsinlər,dünya ədəbiyyatına bələd mütəxəssis kimi yetişsinlər. Müasir ədəbi prosesi öyrənib,yeni tendensiya və istiqamətləri bədii mətin təhlilinə tətbiq edə bilsinlər.Siz də gənc jurnalistsiniz, ciddi, məsuliyyətli bir sahəyə üz tutmusuz. Sizə dəmaraqlı müsahiblər, obyektiv, qərəzsiz olmağı arzu edirəm.

-Təşəkkür edirəm,Dilbər xanım.

Söhbətləşdi:

Tural Cəfərli