adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 May 2018 17:06
25956
ƏDƏBİYYAT

Ədəbiyyat dəbdən düşübmü? - SORĞU

Bu gün ədəbiyyatıngetdikcə maraq dairəsindən çıxdığını görürük. İnsanlar internet dövrünün əsirinəçevriliblər. Artıq hər şeyin sürətli olmasını istəyirlər. Ədəbiyyat isə onlaradarıxdırıcı və lazımsız gəlir.

Həqiqətən belədirmi?Adalet.az yazarlardan bu barədə sorğu keçirib. Sizcə, ədəbiyyat indi dəbdəndüşübmü? Ədəbiyyat bu günün insanına maraqlıdırmı?



Yazıçı Səfər Alışarlı: "İndi ədəbiyyatın bir qədər dəbdən düşdüyünü iddia etmək olar. Hər kəsinmobil telefonunda internet, vizual ünsiyyət, canlı yayım-filan insanlarınmaraq, məşğuliyyət və əyləncələrinin əsas hissələrindəndir. Ona görə bu günoxucu defitsitdir. Çapa verdiyim yeni kitabıma ön sözdə günün oxucusununtələbatını belə şərh etmişəm: "Kitab oxumaq üçün insanın təkcə kitab vəçörək almağa deyil, hərdən sadəcə başını açıb kef eləməyə də imkanıçatmalıdır".

Ammaədəbiyyatın yaxşısı, pisi var. Pis ədəbiyyatın dünyaya, insana, toplumaetdiklərini biz gecə-gündüz görürük. Yaxşı ədəbiyyat isə insanın valideynikimidir, ondan heç zaman vazkeçilməz. Görünür, gələcəkdə ədəbiyyat yalnızyüksək zövqlü, dərin bilikli insanların əqli və ruhi qidasına çevriləcək. Sıravilərə internetkifayət edir.



Yazıçı-ədəbiyyatşünasAllahverdi Eminov: "Bədii Ədəbiyyat fərdizövqlə şərtlənir. Elə oxucu var ki, bədii ədəbiyyatı demək olar ki, həmişəmütaliə edir. Bu şəxslər özlərini həmin bədii ədəbiyyatda axtarıb tapırlar. Yaşlarındanaslı olaraq obrazların müsbət psixologiyasını mənimsəməyə çalışırlar. Eləoxucular da var ki. yazıçının fkirini "tuta” bilmirlər. Belə fikir ayrılığıdaha çox tarixi romanlarda olur. Çünki tarixi qəhrəmanlar yazıçının şəxsi təəssüratınınnəticəsi olur. Məsələn jurnalist dostum Faiq Qismətoğlu ilə məhz jurnalistikdanyox bədii ədəbiyyatdan fikir mübadiləsi aparırıq. Söhbət mərhum yazıçımız CəlalBərgüşadın "Sıyrılmış qılınc” adlı tarixi romanıyla bağlı idi. Hər ikimiz həminəsəri oxumuşuq və Babəki tarixi şəxsiyyət kontekstində təsəvvür etmişik. Ola bilsinki, müəllif bir qədər başqa cür yanaşıb. Lakin Babək azərbaycan xalqının böyükoğludur. Yazıçı da elə bu ideyanı oxucuya aşılamaq istəmişdir.

Bədii ədəbiyyatın lazımı dərəcədə oxunmamasının birsəbəbi də yazıçı dilinin mürəkkəbliyi, qeyri-lokanikliyi və müəyyən detallarıobrazlaşdıra bilməməsidir. Yazıçının dili olmalıdır, yazıçı tərcümədən gəlməməlidir.

Digər səbəbi obrazların psixologiyasını müasiroxucuya istənilən səviyydədə çatdıra bilməməsidir. Özümüzə sula verək, nə üçünLev Tolstoy oxunur. Rus oxucusu heç də Tolstoyu birmənalı qarşılamamışdı. Məsələnonun "Anna Karenina” romanı da birmənalı qarşılanmadı. Çünki rus oxucusu Annanıqavramağa hazır deyildi. Bu gün isə Annada olan "anlaşılmamazlıq” müasir qadınpsixologiyasında daha qabarıq nəzərə çarpır.



Yazıçı Nəriman Əbdülrəhmanlı: "Məncə, ədəbiyyat, ümumiyyətlə sənət heç vaxt dəbləbağlı olmayıb. Sadəcə, cəmiyyətin müəyyən dövrlərində yaranmış mənəvi mühitdənasılı olaraq bir qədər geniş və dar çərçivələrdə yayılıb. İndi ədəbi nümunələrsəviyyəsindən asılı olmayaraq, daha çox yazılır və çap olunur, amma kütləviinformasiya vasitələrinin, xüsusilə elektron məlumat vasitələrinin çoxluğu, həmdə əyləncə növlərinin izafiliyi ədəbiyyata meyli azaldıb. Məncə, bu keçiddövrüdür, xeyli uzun çəksə də, ədəbiyyat üçün münbit zaman da gələcək.”



Yazıçı Şərif Ağayar: "Bu gün kitaboxunur, lakin yetərli sayda yox. Ədəbiyyatsa, mən deyərdim, heç vaxt dəbdəndüşmür. Ancaq neçə nəfər və kimlər üçündür bu dəb - bu başqa söhbətdir. Ədəbiyyatsözün yaxşı mənasında həmişə dəbdə olan bir sahədir. İçindəki "DƏB” hissəciyi dəgörünür təsadüfi deyil.”





Şair Aqşin Yenisey: "Ədəbiyyat və dəb. Bu sözləri yan-yana təsəvvür etmək üçün ikisindən birinə çox uzaq adam olmalısan. Dəb kütləni ifadə edən bir məfhumdu, ədəbiyyat fərdi və ədəbiyyat çox vaxt kütləvi dəblərə nifrət faktı kimi yaranır. Ədəbiyyatı dəbə çevirən siyasətdir. Məsələn, Nəsimin dövründə hər bir dövlət başçısının öz təriqəti var idi, Şirvanşahlar da hürufiliyi saray təriqəti seçmək istəyirdilər. Hürufilərin qəzəllərini təbliğ edir, yayırdılar. Əmir Teymur imkan vermədi. Yaxud sovet hökuməti şairlərinin populyarlığını indiki Aygün Kazımovanın populyarlığı ilə müqayisə etmək olar. Yaxşı ədəbiyyat bütün dövrlərdə az oxunub. Sadəcə, bu gün ədəbiyyata gələnlər kapitalizmin döşündən süd əmmiş şou təbiətli adamlardır. Onlar ədəbiyyata şöhrət dalınca gəliblər, ancaq heç kim onları barmaqla göstərmir deyə "şeir oldu", "xalq bizi oxumur" kimi bəhanələrə əl atırlar. Şəxsən mənə atamdan var-dövlət qalsaydı, ədəbiyyata vaxtımı yox, həyatımı həsr edərdim. Amma nə edim ki, onu pula çevirmək üçün yazdıqlarımı çap etdirməyə məhkumam.”



Yazar Xalid Kazımlı:"Ədəbiyyat dəbdəndüşməyib. Ümumiyyətlə, ədəbiyyat heç vaxt dəb olmayıb, həmişə zərurət olub.Düzdür, bir zamanlar kitab oxumaq çox dəb idi, bir kitab növbəylə yüzlərlə adamtərəfindən oxunurdu. Hazırda isə bu xüsusda intensivlik azalıb. Çünki kitablarıseriallar (onlar da hansısa kitabların əsasında çəkilir), filmlər əvəz edib. Həmdə ədəbiyyat xeyli şaxələnib. Ona görə də hər kəs öz maraqlandığı sahə üzrəkitablar tapır oxuyur. Ədəbiyyat əyləncədən öncə, bilik xəzinəsi, məlumatbazası deməkdir və dünya durduqca insanlar kitab oxuyacaqlar - ya kağızdan, yada elektron formada.”



Ədəbiyyatşünas İradə Musayeva:"Ədəbiyyat heç vaxt dəbdən düşmür.Sadəcə bəzən elə ölkələr və elə zamanlar olur ki, həmin zamanlarda həminölkələrin adamları öz yazdıqlarını yox, dünya ədəbiyyatını oxuyası olur. Yəni,istehsalçı yox, istehlakçı olur. Yazıçı statusundan daha çox oxucu missiyasındaolur. Biz bu gün o durumdayıq. Çünki bütün sahələrdə bir itirilmiş dəyərlər vəmeyarlar, pis bir meyarsızlıq hökm sürdüyü üçün bu məqamın insanı böyük işlərgörə bilmir. Dünya ədəbiyyatına da ona görə əliboş çıxır.

Əslində bizdaha çox ədəbiyyat axtaran xalqlardanıq. Bəlkə də bütün dövrlərdə belə olub.Bütün dünyada isə ədəbiyyat ona görə dəbdən düşə bilməz ki, incəsənətinmaterialını ədəbiyyat verir. Kino, teatr, rəssamlıq, opera, balet, ümumiyyətləbütün mədəniyyət sahəsi və s.”




Yazar Rəbiqə Nazimqızı: "Əgər ədəbiyyata dəb kimi yanaşsaq, bəli, demək olar ki, dəbdən düşüb. Amma bizim kimi adamlar üçün ədəbiyyat dəb məsələsi deyil axı, həyat fəlsəfəsidir, ya həyat tərzidir. Bu günün insanına, ola bilsin, maraqlı deyil, onun bədii ədəbiyyat üçün vaxtı, həvəsi, enerjisi yoxdur, amma bu məni narahat eləmir. Çünki eyni zamanda çox maraqlı, intellektual, dünya ədebiyyatının bir çox nümunələrini orijinaldan oxuyan, bəzən adını eşitmədiyim əsərlərdən danışan gənclik də yetişir. Bu mənada sadəcə kəskin qütbləşmə gedib. Oxucu ya çox biliklidir, ya da ümumuiyyətlə, oxucu deyil. Orta səviyyə yoxdur."





Telejurnalsit ElçinƏlibəyli:"Ədəbiyyat dəb hadisəsi deyil. O mənəvi durulma və maariflənməfenomenidir. Ədəbiyyatdan uzaq düşən cəmiyyəti yalnız zövqsüzlük və cəhalətgözləyir. Katarsis məhz ədəbiyyar hesabına baş verir. Son illər ölkəmizdə kitabbumu sevindirici haldır. Amma oxunma statiskası təəssüf yaradır. İntellekti vəzövqü dəbə mindirməyi bacarmalıyıq. Bizim qövm isə kitabdan və oxumaqdanqorduğu kimi heç nədən qorxmur. Bu mənada dəbdən düşüb deməzdim, ədəbiyyatdanqaçış baş verib. Y.Heyzinqanın "Oynayan adam" əsərində verdiyisosioloji portretin acı mənzərəsini yaşayırıq. Ədəbiyyatdan uzaq düşdüyümüzdənfikirlərimizi ifadə də edə bilməyirik. İcma adamı kimi söyüşü yeganə yolgörürük.”




Yazar Sevinc Elsevər: "İncəsənətin müxtəlif sahələri, o cümlədən ədəbiyyat da müxtəlif vaxtlarda dəbə minir, düşür. Bir müddət əvvəl ədəbiyyat dəbdən düşmüşdü. Mütaliə edən adama az qalırdılar gülələr. Halbuki Sovet dövründə kitab oxumayan adama birtəhər baxırdılar. Alimindən tutmuş fəhləsinədək, hamı oxuyurdu. Son vaxtlar kitab oxuyanların sayı artıb. Misal üçün , Kitabsevərlər qrupu var feysbukda. Kifayət qədər tanınmış qrupdu, üzvlərinin sayı minlərlədi. O qrupda hər yaşda adamlar oxuduqları kitabları şərh edir, tövsiyyə eləyir, müzakirəyə çıxarır. Bu, sevindiricidir. Düzdü, mən arzulayardım ki, kitabı insanlar dəb xatirinə oxumasınlar. Daxili ehtiyac duyduqları üçün oxusunlar. Bu, onların gündəlik mənəvi qidası olsun. Amma heç oxumamaqlarındansa, dəb üçün oxumaları da yaxşıdı. İndi xarici ədəbiyyat moddadı. Oxucular xarici müəllifləri oxumaqlarıyla öyünürlər. Bir az da klassik və müasir yazıçılarımızın əsərlərini oxumaqlarıyla, tanımaqlarıyla öyünsünlər. Kədərli haldır ki, gələcəyin bir çox filoloq aliminin belə müasir qələm adamlarından xəbərləri yoxdu. Ədəbiyyatı izləmirlər. Heç dəb xatirinə də izləmirlər."



Yazar Günel Natiq: "Yaxşı ədəbiyyat həmişə dəbdədir. Deyirlər, gənclərkitab oxumur, məncə bu fikir doğru deyil. Əgər kitab oxunmursa, nəşriyyatlarkimlər üçün çap edir? Fakt odur ki, bu kitablar alınır. Sadəcə olaraq bəsitkitablar oxunmur. Onlar da çoxluq təşkil etdiyi üçün belə bir fikir var ki, bu günkitab oxunmur. Dünya ədəbiyyatının klassikləri- Tolstoy, Dostoyevski, Çexov vəs. həmişə aktualdır və bu kitablara tələbat var. Nəşriyyatlar təkrar-təkrar bu əsərləriçap edir və oxucuları da tapılır. Kitab oxumaq heç vaxt kütləvi olmayıb.Əhalinin bir qismi kitab oxumağa meyl edir. Adətən ziyalılar dünya ədəbiyyatınınseçilən əsərlərini oxuyurlar. Bir qism oxucu zümrəsi də var ki başlarını qatmaqüçün yüngül ədəbiyyata meyl edirlər. Belələrinin arasında tutaq ki, Elxan Elatlınınoxucuları çoxdur.

Ədəbiyyatbu günün insanına o qədər də maraqlı eyil. Çünki çağdaş insan başqa cürdüşünür. Ona texnoloji yeniliklər daha çox maraqlıdır. Amma yenə təkrar edirəm,yaxşı ədəbiyyata həmişə tələbat var və bu kitablar gec-tez öz oxucusunu tapır.”



Yazar Ayxan Ayvaz:"Məncə, hə, ədəbiyyatartıq insanların maraq dairəsində deyil. Dünyamız indi elm və texnologiyanın sürətli inkişafı iləiç-içədir. Belə yerdə ədəbiyyat nağıl danışan qocanı xatırladır. Sözsüz ki, butexnologiyanın sürətli inkişafı ədəbiyyatın üstünə kölgə salır. İnsanlar dahatez informasiya almaq istəyirlər, uzun romanlar oxumaqdansa, bir-iki cümləlikstatusa üstünlük verirlər. Görünür, bu gün qısa hekayələr dəbə minəcək. Təbiiki, ədəbiyyat Lyosanın dediyi kimi, dünyadakı az saylı intellektuallarınmarağındadır. Bu həmişə belə olacaq. Ədəbiyyatın kütləvi hal alması bir azağılasığan məsələ deyil. Folknerin dediyi hardasa məni həmişə rahatladıb:"Ədəbiyyat yalnız fərdləri xilas edəcək". Ona görə də ədəbiyyatınçoxluğun marağında olmaması məni qətiyyən narahat etmir. Robota çevrilməyəgözüyumulu razı olan insana heç bir kitab fayda verməz. Biz kitabları oadamlara yazırıq ki, onlar bu dünyadan razı deyillər və başqa bir dünyanınaxtarışındadırlar. Bu dünya ilə razı olan və hislərini bir aparat kimi bədənindənçıxarıb kənara qoyan adamlar dindarlar demiş, bizdən deyillər. Amma bir məsələnidə deyim. Bu tip adamlar da ədəbiyyat üçün materialdır. Və indi yaşadığımız butexnologik dünya yazarlar üçün yaxşı xammaldır. Yəqin ki, yaxın tarixlərdə yaranacaqgözəl əsərlər üçün münbit şərait olacaqlar.