adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Avqust 2019 15:57
37177
ƏDƏBİYYAT

ƏDƏBİ MÜHİT

1970-ciilin ortalarında rayonun bir qrup yaradıcı ziyalısı «İşıqlı yol» (indiki «Şərurunsəsi») qəzetinin nəzdində ədəbi birlik yaratmaq təklifi ilə o vaxtkı redaktor RafiqHəsənova müraciət etdi. Rafiq müəllim özü də ədəbiyyatın vurğunu olduğundan bu təklifiməmnuniyyətlə qəbul elədi. Bir neçə gündən sonra qəzetdə dərc olunmuş elanı oxuyanqələm sahibləri redaksiyaya toplaşdılar. Qızğın müzakirələrdən sonra rayon qəzetininnəzdində «Şərur qönçələri» adlı ədəbi birlik təsis edildi və tanınmış pedaqoq-şairAltay Tağızadə ədəbi birliyə rəhbər seçildi.

Az vaxt ərzində rayonun müxtəlif yaşayış məntəqələrində olan yazarları öz ətrafındabirləşdirən «Şərur qönçələri» ədəbiyyat həvəskarının ilk qələm təcrübəsini araya-ərsəyəgətirdiyi ünvan oldu. Bir vaxtlar ədəbi birliyin məşğələlərində ürək çırpıntısıilə öz yazılarını oxuyanlar, «dəmiri isti-isti döyərlər» devizi ilə tənqid olunanlar,ilk yazılarını qəzet səhifələrində görəndə sevincdən quş kimi qanadlananlar bu günmüxtəlif yerlərə pərvazlansalar da, ədəbi birlikə əlaqələrini yenə də üzmürlər.

«Şərur qönçələri» Ədəbi Birliyinin yaradıcılarından biri, «Şərur» Ədəbi BirliyiNaxçıvan Yazıçılar Birliyinin Şərurdakı yaradıcılıq bazasıdır», -- deyən AzərbaycanMilli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəylisonralar «Ədəbiyyat» qəzetində dərc olunmuş «Şərurun poetik səsi» adlı məqaləsindəyazırdı: «Şərur qönçələri» Şərurda pöhrələnən şeir-sənət qönçələrinin yaradıcılıqdərnəyi idi. Bir çox istedadlar «Şərur qönçələri»ndən çıxdı, qönçələndi, çiçək kimiaçdı. «Şərur qönçələri» bu Oğuz yurdunda ədəbi mühitin formalaşması mərhələsidir...».

Dorğurdan da, «Şərur qönçələri»nin (1990-cıildən «Şərur» adlanır) üzvü olmuş qələm sahiblərinin adlarını xatırladıqcaqəlbimizdən iftixar hissi keçir: Filologiya elmləri doktorları, Azərbaycan MilliElmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu, həmininstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev, filologiya elmləri doktorları,akademik Vəli Nəbioğlu, Akif İmanlı, Əbülfəz Əzimli, fəlsəfə doktorları Sona Vəliyeva,Vaqif Məmmədov, Seyfəddin Eyvazov, Vahid Rzayev, Həsənəli Eyvazlı, tanınmış şairvə yazıçılardan Asim Yadigar, Əhməd Sədərəkli, Telman Ağrıdağ, Hüseyn Əsgərov, BudaqTəhməz, Kəmaləddin Qədim, Kəmalə Nəsrin, İnqilab Orxan, Rafiq Oday, Allahverdi Aqil...və onlarca digər qələm sahibləri «Şərur» Ədəbi Birliyinin yetirmələridir.

Həqiqi ədəbi məktəb kimi fəaliyyət göstərən «Şərur» Ədəbi Birliyi üzvlərinin30 nəfərdən çoxu Azərbaycan Yazıçılar və Curnalistlər birliklərinin üzvüdür. Onlarınmüxtəlif illərdə qələmə aldıqları 300-dən artıq müxtəlif mövzulu kitab nəşr olunuboxuculara çatdırılmışdır. Ədəbi toplularda, «Ulduz» və «Azərbaycan» curnallarında,Naxçıvan Muxtar Respublikasında yazıb-yaradan qələm sahiblərinin əsərlərindən ibarət«Araz» seriyalı almanaxlarda, «Dünyanın bəzəyi», «Dostluq töhfəsi, «Uşaqlar və Günəş»,«Təmsillər», «Hekayələr», «Poemalar və pyeslər» adlı kitablarda, «Naxçıvan» curnalındailk dəfə «Şərur» Ədəbi Birliyinin məşğələlərində oxunan və bəyənilən bədii əsərlərdərc olunmuşdur. İkicildlik «İlhamla çağlayır «Şərur» bu gün də» və ədəbi birliyin35 illiyinə həsr edilmiş «Yaşadığın yaşa dəyər» adlı almanaxlar da oxucu marağınıçəkən çap nümunələrindəndir.

Zamanın 1988-ci ildən başlayan sərt sınaqları, ziddiyyətli həyat ədəbi məclisüzvlərinin uzun illər müraciət etdikləri mövzuların səmtini dəyişdi, xain qonşularınvəhşiliyi onların qələmini süngüyə çevirdi. Əhməd Sədərəklinin «Haray», Vaqif Məmmədovun«Danışır torpaq», Kamran Əliyevin «Sədərək döyüşləri», bu yazı müəllifinin «Məniminamımı güllələdilər», «Ölümü Tanrıdan gələnlər», «O günü göylərdən kədər yağırdı»adlı kitabları, digər şairlərin döyüşkən şeirləri yazıldı. Bu sənət əsərlərininçoxunun əlyazması ilk dəfə ədəbi birliyin məşğələlərində oxunub müzakirə edildikdənsonra «Şərurun səsi» qəzeti vasitəsi ilə oxuculara çatdırılırdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışıbütün sahələr kimi, ədəbiyyatımızı da fəlakətlərdən xilas etdi. O böyük insanınyazarlara, onların yaradıcılığına göstərdiyi diqqət və qayğının sayəsində Azərbaycanədəbiyyatı yenidən öz axarına düşdü. Naxçıvan Yazıçılar Birliyi yaradıldı, «Şərur»Ədəbi Birliyi isə, akademik İsa Həbibbəylinin təbirincə desək, təzədən onun bazasıkimi fəaliyyətini davam etdirdi.

25 ildən çoxdur ki, ədəbi birlik üzvlərinin yaradıcılığında qurub-yaradan insanlararəğbət, ana Vətənin tərənnümü, lirik duyğular yenidən geniş yer tutur. AzərbaycanYazıçılar Birliyinin üzvlərindən Sürəyya Nəsibin, Elmira Rzayevanın, şairlərdənPüstə Gülsevənin, Xədicə Təbəssümün, Ümbülbanu Musayevanın, Yeganə Bağırovanın yaradıcılıqlarındakövrək hisslərlə yanaşı anaya, doğma torpağa, təbiətə, qəlb sirdaşına təmiz, ülviməhəbbət duyulmaqdadır.

Aramızdan vaxtsız getmiş Səyyad Əzizoğlunun hər bir şeiri mövzu baxımından təzə-tərvə oxucu qəlbində özünə daim yer tutandır. İlyas Fərəməzoğlu və Əziz Kərimoğlu məhsuldaryazan birlik üzvlərindəndir. Yeni mövzu axtarışı, yazılanları təkrar etməmək, şeirlərdəkiaxıcılıq onların yaradıcılığına xas olan xüsusiyyətlərdir.

Mehman Cəfəroğlu lirik şeirlərlə birgə, qəzəlləri ilə də diqqəti çəkir. Sözə, şeirəhörmətlə yanaşmaq Mehmanın qəlbinin dərinliklərindən gələn ülvi hisslərdir. Oxucularınabir neçə kitabını təqdim edən Qafar Alışarlının mövzusunun mayasını qoşmalar, gəraylılar,sevgi və məhəbbətlə dolu şeirlər təşkil edir. Qurban Məhərrəmoğlunun satirik şeirlərtoplanmış kitabları da maraqla oxunur. Yaşar Cəliloğlu isə sərbəst şeirləri ilə öz poetik fikirlərini tam çatdıra bilir. Ömrünümüəllimliyə həsr etmiş Siyafər Xələclinin şeirlərində müsiqi ilə poeziya vəhdəttəşkil edir.

«Şərur» Ədəbi Birliyinin məşğələlərində yaradıcı gəncliyə geniş yer verilir.Qılman Mərdanoğlu, Araz Məmməd, Prezident mükafatçısı Humay Nur, Mövlan Əliyev,əsgəri borcunu bu il başa vurmuş Əli Rüzgar, bu il orta məktəb məzunu olmuş SeyidrazaSalehoğlu kimi gənc yazarlar bir neçə kitablarını oxuculara təqdim etmişlər. Respublikamızda,onun ayrılmaz hissəsi olan Naxçıvanda aparılan geniş quruculuq işləri və sosial-iqtisadiinkişaf ədəbi birlik üzvlərinin əsərlərində bədii dillə tərənnüm olunur. Bunun nəticəsidirki, «Şərur» Ədəbi Birliyinin bir neçə üzvü bu mövzularda keçirilən müsabiqələriniştirakçısı və qalibləri sırasında olmuş, mükafata layiq yerlər tutmuşlar.

50 illikyubileyiniqeydetməyə hazırlaşdığımız «Şərur» ƏdəbiBirliyibugündə ilhamlaçağlamaqdadır. ƏdəbibirliyinilküzvlərindənolanİsaHəbibbəylininbirlikhaqqındadediyiaşağıdakı fikirlərlə yazını bitirməkistəyirəm: «Azərbaycanınayrılmazparçası, Naxçıvandiyarınınbənzərsizbölgəsiolanqədimvə həmişəcavanŞərurunbədiiobrazı, nağıllı-əfsanəliArpaçayınpoetiksəsi, elmi-publisistsalnaməsi «Şərur» ƏdəbiBirliyində formalaşıb. «Şərur» ƏdəbiBirliyiDədə QorqudyurduŞərurunsabahınadagurişıqsalır…».

İbrahim YUSİFOĞLU,

AzərbaycanYazıçılar Birliyinin üzvü,

«Şərur»Ədəbi Birliyinin rəhbəri,

«Qızılqələm» mükafatı laureatı, Prezident mükafatçısı