adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Dekabr 2017 14:22
15840
ƏDƏBİYYAT

ƏDƏBİ ADLAR: Haruki Murakami

Müasir dünya ədəbiyyatında ən çox oxunanyazıçılardan biri – Haruki Murakamidir. Yapon yazıçısı kimi təqdim etmək istərdim,amma sətrə yerləşməyən böyük sual işarəsi yarana bilər. Çünki yaponların özlərininqəbul etmədiyi, qərbin isə tam mənimsəmədiyi bu yazıçı arafda qalıb, yəni hələyol ayrıcındadır. Yaponlar onu sevmirlər, özlərindən biri hesab etmirlər, həttayadlaşdığı üçün irad tuturlar. Köhnə nəsil yaponlar onu "yağ iyi verən yazıçı”adlandırırlar. Məsələ burasındadır ki, ənənəvi yapon rasionunda süd və süd məhsulları,xüsusən kərə yağı yeyilmir. Murakaminin belə adlandırılması da onun qərbmeyilli,qərbtərzli olmasındadır. Amma buna baxmayaraq qəribə bir ziddiyət də var,Yaponiyada ən çox oxunan yazıçı hazırda Haruki Murakamidir. Onun "1Q84” əsərisatışa çıxarıldığı günün son iş saatına qədər tamamilə rəflərdən alınıbqurtarmışdı. Yüzlərlə kitabının bir gündə satılması hər yazıçıya müyəssərolmur, xüsusilə sağlığında. Dünya ölüləri qiymətləndirməyə həvəslidir. Gərək,bu dünyadan nakam, səfil halda köçəsən ki, illər sonra bəşəriyyət öz qiymətinimaddi və mənəvi verə bilə. Ancaq nə fərqi? Ya vəlvələdən, ya zəlzələdən – bugün yapon ədəbiyyatında ən çox müzakirə olunan, satılan, rəfləri bəzəyən, lağolunan, irad tutulan məhz Murakamidir. Təkcə Yaponiyadamı? Bütün dünyada! Bugün Murakamini oxumaq bir stildir, dəbdir. Xüsusən də gənc nəsil Murakami adlıyazıçı tanımırsa, deməli ədəbiyyatdan xəbəri yoxdur. Murakamini ədəbiyyatın dəbikonası edən nədir? Mənə görə elə ən çox fikir ayrılığına səbəb olması.Başqalarına "görə”ni isə araşdıraq:

Qeyd etdiyim kimi, Murakamini ənənəvi yaponyazıçısı adlandırmaq olmaz, hər halda 40 minlik caz valları kolleksiyası olan(gündə 6-8 saat caz dinləyir), qərb mətbəxinin qurmanı olan, buddistata-babasından fərqli olaraq dünyəvi inanclarla yaşayan, pivəxana işlədən, əsərindəkiqəhrəmanları cins geyinib, xarici maşınlara üstünlük verən, ingilis dilindəyazan bir yazıçının qələmindən yapon qoxusunu almaq müşkül məsələdir. Ona görədə onu elə bu cür təqdim edirlər: ingilis dilli yapon yazıçısı. Lakin diqqətlioxucu və ya tənqidçi Murakaminin öz yapon kökünə bağlı olduğunu anlaya bilər.Çünki onun əksər qəhrəmanları həyatın faniliyini anlayır, özünün nəhəng dünyadabir zərrə olduğunu dərk edir. Bu da yapon mədəniyyətində, ideologiyasında əsasməna kəsb edir. Bir növ sufilər kimi. Cismani və maddi olaraq nələri əldə edirsənet, yenə də sonda qazandıqlarının sahibi deyilsən və özünlə axirətə apara bilməyəcəksən.Güman ki, bu düşüncə ona buddist məbədinə ömrünü adamış babası və atasındanmiras qalan bir qənaətdir. Yapon zeni təklikdə dinclik tapır, sükutda fikirləriniitilədir. Şərqlilər özlərinin axtarışına inzivada çıxa bilirlər. Dərvişlikonlara özlərini tapmaq üçün ən rahat üsuldur. Bu, müasir dərviş olan Murakamidədə var. Buddist geni onun üzündə də əks olunub. Murakaminin nurani simasındankahin dincliyi və toxluxu oxunur. Qərb insanı isə təkliyi tənhalıq hesab edir,özünü təklikdə deyil, izdihamda tapa bilir. Bəlkə də bu üzdən Murakami yaşayışyerini tez-tez dəyişdirməli olub? Hər ev, hər ölkə ona içinə sızdığı qərbhay-küyündən dincəlmək üçün bir ümid olub?!

Sadəcə olaraq, Murakami zəmanənin və dünyanınaxınına üzməyi bacaran yazıçıdır. O, dünyanın diqqətinin yönəldiyi səmti tutubvə dünya oxucusunu nəylə maraqlandıracağını yaxşı bilir. Təkcə bədii ədəbiyyatladeyil, məsələn görür kü, bu günkü insan sağlam həyat tərzini səhərlər qaçmaqlabaşlayaraq sürdürür. İlin bütün fəsillərində səhər qaçışı hətta kübar həyat tərzinəçevrilib, filmlərin, serialların bəzəyi olub. Niyə də bunu kitaba gətirməsin?Özünün "Qaçarkən mən nə düşünürəm” əsərində bu cür həyat tərzi seçmiş insanlarıçoxsaylı oxucu ordusuna cəlb edə bilib. Elə özü də 33 yaşından bəri qaçmaqlapis vərdişlərdən xilas olmağı bacarıb.

Qeyd olunduğu kimi, Murakami oxucunun diqqətini çəkəbilən yazıçıdır, o maraqlı və parlaq obrazlar yarada bilir. Müasir insanınarahat edən problemlərə toxunur. Gənclərin dəb marağı, hərdəmxəyallılığı,ekstravaqantlığı, azadlıq eşqiylə və ya müasirlik adı ilə həddən artıq sərbəstliyimüasir insana yaxşı tanışdır. Bir sözlə, müasir insan Murakami əsərlərindəözünü tapır. Onun qəhrəmanları uzaqgörən deyil, heç buna cəhd də etmir. Bu günüyaşayır, axınla üzür. Amma o da var ki, Murakami detallarda ya çox qurdalanır,ya da onlardan tamamilə qaçır. Məsələn, hansısa əsərində qəfil peyda olan biradamı sonrakı səhifələrdə tapmaq olmur. İstər-istəməz oxucunun gözü onu axtarırvə ya hansısa hadisədən danışır, sonrakı məqamlarda o hadisə ilə bağlılığıkökündən kəsir. Oxucuya elə gəlir ki, yazıçı əvvəlki səhifələrdə nə yazdığınıunudub. Bəzən isə sanki sonra nə yazacağını bilmədiyindən adi gündəlik işləriniuzadır. Məsələn: qəhrəman ayaqqabısının bağını bağlayır. Murakami adamınayaqqabısında neçə dəliyin olduğunu, iplərin o dəliklərdən neçə dəfəgirib-çıxdığını, sonda necə düyün vurduğunu dəqiqliklə yazır. Oxucu ya bunalıbkitabı bağlayacaq, ya da durub ayaqqabı bağlamağa həvəslənəcək.

Tənqidçilərin ən çox irad tutduğu məqamlardan biridə Murakami əsərlərində süjet çatışmamazlığıdır. Buna görə də onu ya şair kimi,ya da tərcüməçi kimi yazan bir müəllif hesab edirlər. Şair kimi gördüyü anıyaxalayaraq yazdığını, tərcüməçi kimi isə başqalarından çox təsirləndiyini iradtuturlar. Yeri gəlmişkən, Murakami özü ən çox Kobo Abedən təsirləndiyini etirafedir. Amma nədənsə ən çox Frans Kafkadan yazır. "Kafka sahildədir” kitabına görəhətta yazıçının adına təsis olunmuş mükafat və pul da alıb.

Qərb tənqidçiləri hələ də ayırd edə bilmirlər –Murakami hansı janrda yazır? Psixoloji triller, antiutopiya, motivasiya, yagizli dedektiv? Məsələ burasındadır ki, onun əsərlərində bunlardan hamısı var.Yəni dedektivdən tutmuş, depressiyada olan insanlara motivasiyaya qədər. Şəxsənmən "Leksinqton qəsrinin ruhları”nı oxuyanda (həm də Azərbaycan dilinə tərcüməedəndə) inana bilmirdim ki, bu hekayənin müəllifi həqiqətən də Murakamidir.Paralel dünyaların mistikası və Murakami? Deyəsən özü də özünə inanmırmış. Onagörə də hekayənin başında dönə-dönə izah edir ki, "uzun illərdir bu hadisəniyazıb-yazmamağı düşünürdüm. Bilirdim ki inanmayacaqsınız. Amma olub, olubsa niyədə yazmayım? İnanın ki, mən özüm ruhlara-zada inanmıram. Ancaq gördüyümü yazmaqqərarına gəldim”.

Bildiyiniz kimi, Murakami həm də tərcüməçidir (Bəlkədə bu üzdən onu özümə daha yaxın hiss edirəm). Onun "Tərcümə olunan tərcüməçi”essesi var, deyir vaxt vardı mən dünya yazıçılarını tərcümə edirdim, indi dünyatərcüməçiləri məni tərcümə edir. Əlbəttə maraqlıdır (və bəndeyi-həqirinizdə dədoğan arzudur). Buna görə də tənqidçilər hesan edirlər ki, Murakami sanki əsərlərinirahat tərcümə olunsun deyə ümumi yazıb; oxuculardan çox, tərcüməçiləri nəzərə alıb. Rus yazıçısı, tənqidçi və şərqşünasDmitri Kovalenin deyir ki, "Murakaminin əsərlərində konkret şəhər, ölkə adlarınadir halda verilir. Burada dünyəvi dəbdən, zövqdən, musiqidən danışılır. Onagörə də onun əsərlərini hansı ölkəyə desən aid etmək olar. Bircə Yaponiyayayox. Məhz buna görə də Murakamini tərcümə etmək daha asandır”.

Amma bütün ədəbi tənqidçilərin tək ortaq məxrəcə gəldiyibir qənaət var: Haruki Murakaminin əsərlərində musiqi var. Ola bilər ki, bumusiqi kimlər üçünsə cazdır, kiminə folk musiqi, kiminə rok-n-rol. Əsas odurki, sətirlərdən musiqi axır. Bəlkə də Murakaminin ən böyük uğuru elə budur,oxutmaqla yanaşı, dinlədə bilir. Görünür 40 minlik caz vallarını boşunakolleksiya etməyibmiş...


Şəfiqə ŞƏFA