adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Fevral 2018 14:40
16445
ƏDƏBİYYAT

ƏDƏBİ ADLAR: Edvard Bulver-Litton

Edvard Bulver-Litton. Azərbaycan vikipediyasında və ya başqa yerliqaynaqlarda axtarmaqla özünüzə əziyyət verməyin. Tapmayacaqsınız. Çünki Azərbaycanoxucusuna tanış deyil, heç ədəbi cameasında da bu yazıçını tanıyanların sayıbarmaq hesabını keçməz. Deyəsən, sual eşitdim axı: "Bəs sən hardantanıyırsan?”, deyə... Onun ən mükəmməl əsərlərindən birini tərcümə etmişəm.Qurdalamaq şakərim yenə baş qaldırdığı üçün tənbəllik etmədən rus və ingilis mənbələrindənmüəllifin kimliyini araşdırdım. Sevindim ki, bizdə olmasa da qonşu ölkələrdəyaxşı tanınırmış və hər yerdə olduğu kimi qonşularımız da bu kişiyə lağedirmiş. Səbəb isə yazıçının başıbəlalı cümləsidir. Belə ki Edvard-Litton nəsrəbaşlayarkən bütün əsərlərini bu cümlə ilə yazırmış: "Qaranlıq və tufanlı gecə idi”.Diqqətli oxucular məhz bu cümlədən baron rütbəli yazıçını tanıya bilərlər. Digərləriüçün kiçik bioqrafik məlumat verim. Əslində bu da "Ədəbi adlar”da bir ilkdir.Çünki bu rubrikada mümkün qədər bioqrafik məlumatlardan sıyrılıb diqqəti başqasəmtə çəkmişik.

İngilis yazarı Edvar Corc Bulver 1803-cü ildə Londonda doğulub.Litton əlavəsi sonradan soyadına artırılıb. Çünki o, 41 yaşında Litton baronurütbəsini alıb. 1866-cı ildə Litton baronu sülaləsindən tək baron olaraq ölkəparlamentinin yuxarı palatasına seçilib. Edvardın evliliyi heç də uğurluolmayıb. Onun xanımı da özü kimi yazıçı idi. Hətta zamanında ərindən daha məşhurolub. Edvard yalnız vəzifəsinə görə bu qadından boşana bilməyib. Parlamentdəxüsusi xidməti ilə yadda qalmasa da ədəbiyyatda özünə yer edib. Amma xeyli müddətsonra... Çünki onun ilk əsərləri gülüş hədəfinə çevrilirdi. Gülünc, süjetsizbulvar romanları (diqqət, yazıçının adı da Bulverdir. Bəlkə də bulvar romanlarıda onun adından qaynaqlanıb?!) hər kəsin lağlağısı olmuşdu. Elə günü bu gün dəkomediya seriallarında və ya filmlərində yazıçılığı ələ salmaq istəyənlər"Qaranlıq və tufanlı gecə idi” cümləsini bayraq edirlər. (Məsələn, "Cocuklarduymasın” türk serialı). İllərdir ABŞ-dakı San Xose Universitetinin Ədəbiyyatfakültəsinin təşkilatçılığı ilə mütəmadi olaraq "Ən pis əsər başlanğıcı” adlımüsabiqə keçirilir. Qalib 250 dollarlıq pul mükafatı alır. Ancaq kimin ağlına gələrdiki, baron bir gün alimlərin stolüstü kitabına çevriləcək əsər dünyaya bəxş edəcək.

Bu arada Edvard Bulver-Litton sonralar okkultizmə meyl göstərib. HəttaRozenkreyserlər adlı mistik təşkilata da üzv olub. Bu təşkilata üzvlükdən sonradəhşət saçan əsərlər yazmağa üstünlük verib ki, artıq qələmini püxtələşmişhesab etmək olardı. Ən azından, Avropada səs sala bilib. Xüsusilə "Zanoni”romanı ilə. Əsərdə Zanoni adlı bir cadugərdən söhbət açılır. Tənqidçilər zəngin,gənc, yaraşıqlı cadugərin real tarixi şəxs qraf Sen Jermenin olduğu qənaətindədirlər.Bu adam vaxtilə öz qəsrinə çəkilərək laboratoriyasında müxtəlif zəhərlərhazırlayır, şeytana xidmət etdiyini bildirirmiş. Bunun üçün hətta 20-yə yaxınazyaşlı uşağı öldürərək qanından istifadə edib. Yeri gəlmişkən, "Zanoni”romanının sonundakı cümlə də xeyli məşhur olub ("Salam olsun öz ölümü iləölümsüzləşənlərə!). Həmin cümlə, XIX əsrdə baş tutmuş əksər üsyanlarda şüarkimi istifadə olunurdu. Əsər rus dilinə ilk dəfə 1879-cu ildə "Kabus” adı ilə tərcüməedilib.

Hə, gəldik söhbətin ən şirin yerinə! Edvard Bulver-Littonu yazıçıkimi dünyaya tanıdan, hətta ən sərt tənqidçiləri təəccübləndirən əsəri "Gələcəkirq”dir. (Elə mən də məhz bu romanını böyük həvəslə Azərbaycan dilinə tərcüməetmişəm). Çoxları bu əsərin müəllifinin Edvard olmadığını düşünür. Niyəsi budurki, nə qədər püxtələşmiş olursa-olsun Edvard belə bir mükəmməl, gələcəyə xitabedən əsər yaza bilməzdi. Ya kiməsə yazdırıb öz adından çap etdirib, ya da...bir çox dahilər kimi ona da şeytan yazdırıb (Mistikaya meyilli olanlarPaqanini, Vivaldi, Motsart kimi bəstəkarların, Dante Aliqyeri, Höte və b. dahiyazar və şairlərin məhz şeytanın diktəsi ilə yazdığını deyirlər). Nəzərə alaqki, Edvard da mistikaya meyilli idi. Nəyəsə eyham vurmuram, sadəcə nəzərinizəçatdırdım, şərh və təxəyyül xanasını özünüz doldurarsınız.

O ki qaldı "Gələcək irq”ə, əsər doğrudan da ağılalmaz süjet xətti iləyazılıb. Təsəvvür edin, iki şaxtaçı yerin dibinə enir və onların orda gördükləriinanılmaz olur. Daha doğrusu görmək birinə nəsib olur, digərini əcaib biryırtıcı yeyir. Əsərin qəhrəmanı isə gözəl salınmış, hər tərəfi işığa qərq olunmuş,abad bir ölkəyə qədəm qoyur. Qanadlı insanlar – anaxanlığı üsul-idarəçiliyiolan, qadınların kişilərdən daha nüfuzlu, söz sahibi və bədəncə nəhəng olduğubir ölkə. Yaxud utopiya... Bütün ölkədə zənginlik, dinclik, əmin-amanlıq hökmsürür. Ölkədə heç kim bir-birinin işinə burnunu soxmur, oğurluq, rüşvət yox,hamı öz işi ilə məşğuldur. Amma qorxulu olan bir şey var ki, bu ölkənin əsas sərvətiVril adlı maddədir. Ölkə onunla işıqlandırılır, onunla zəngindir, o həm də çoxgüclü silahdır. Dağı saniyədə parçalaya bilər, insanı göz qırpımında kül edər. Əgərbu maddə bir gün bitər və ya kənar şəxs tərəfindən oğurlanarsa, ölkə qaranlığaqərq olar və yerin altındakı insanlar başlanğıca dönərlər. Bəs bu insanlar yeraltına necə öyrəşiblər, hardan gəliblər? Belə ki, Böyük Daşqınlardan sonrayalnız bir qrup insan Nuhun gəmisi ilə xilas olur, yerdə qalanlar isə suyundibinə qərq olurlar. Təbii ki, çoxu boğulub ölür. Amma bəziləri isə dənizlərin,okeanların dibindəki su tutmayan mağaralarda gizlənə bilirlər. Mağaradakıheyvan və həşəratlarla qidalanırlar və beləcə əsrlər keçir yeni kəşflərləutopik həyat yarada bilirlər. Edvarda görə okean və dənizlərdən də aşağıda olanbir qat var. Həmin qat yaşayış üçün münasibdir, sadəcə gur işıqlara ehtiyacvar. Edvarda görə dedim, amma bunu ondan öncə Jül Vern də demişdi.Fantastikanın atası sayılan Jül Vern ilk dəfə su tutmayan mağaralardan,okeanaltı təbəqələrdən özünün "Yerin mərkəzinə doğru” romanında bəhs edib. İşbununla bitmir. Hələ XX əsrin ortalarında bir qrup okeanoloq bildirmişdi ki,Jül Vern haqlı ola bilər. Okeanların altında dünya mövcuddur və onun sakinləri vaxtaşırıyerin üstünə çıxa bilirlər. Yəni yerdənkənar sivilizasiya düşündüyümüz kimi təkcəgöydən gəlmir. Elə Edvard da əsərində həmin insan irqinin gələcəkdə Yerinüstünü işğal edəcəyi təhlükəsini xəbərdarlıq edir. Qəribədir, amma bütünfantast yazarların gələcəkdən xəbər verdiyini unutmasaq, buna təəccüblənmərik.

Rusiyalı tədqiqatçılar da bu əsrin əvvəllərində Antarktidada buz təbəqəsininən dərin qatlarına xüsusi cihaz yollayaraq orada yaşıl bitkilərin olduğunu, buzqatından aşağıda başqa bir dünyanın mövcud ola biləcəyi gümanını irəlisürmüşdülər. Amma onların fikrincə, həmin dünya Yer üstündəki kimi düz deyil, tərsistiqamətdədir. Yəni ağaclar və digər cisimlər üzüyuxarı yox, üzüaşağı meyillənib.Alimlər bununla da Yerin qatlarının düşündüyümüz kimi yer qabığı, mantiya, nüvədənolmasını şübhə altına salırlar. Burda dini mülahizələr dövriyyəyə girir. Səmavidinlərdə belə bir fikir var ki, əməli-saleh insanlar xüsusi dini günlərdə budünyaya tərs istiqamətdə başqa bir gözəl təbiətli dünya görə bilərlər. İslamdabunun, Ramazan ayının Əhya gecələrində baş verdiyi ehtimal edilir.

Elmi və ya dini mülahizələrimi əsas götürüb, bilinmir. Hər haldayazıçının vaxtında bu elmi kəşflər olunmamışdı. "Gələcək irq” baronun iddiaetdiyi kimi gələcəkmi, o da bəlli deyil.Hər halda 1871-ci ildə yazılmış bu roman özündən təxminən 150 il sonrakı kəşflərəeyham vurur. Elə əsərin təəccübləndirici tərəfi də budur. Başqa sözlə, baron təkbir romanı ilə yaratdığı ədəbiyyatı lağlağıdan xilas edə bildi.


Şəfiqə ŞƏFA