adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Oktyabr 2019 15:10
90758
MÜSAHİBƏ

"Ədalət" qəzetinin jurnalisti kikboksçu ilə döyüşdü

Azərbaycan idmançıları fərqliidman sahələrində uğurlar qazanmağa davam edir. Bu uğurların hər yaşkateqoriyasında olması sevindirici haldır.

Uğurları iləbizi sevindirənlərdən biri də Elnur Mustafayevdir. Dəfələrlə Respublika çempionuolmuş Elnur avqust ayında Macarıstanda təşkil olunan kikboks üzrə Avropaçempionatında bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb.

Əslən Ağcabədirayonundan olan Elnur çox söhbətcil olmasa da onunla sual-cavab rinqinə çıxdıq.

Birinci raund

-Kikboksilə neçə yaşından məşğul olursan?

-6yaşımdan.

-Buhəvəs necə yarandı səndə? Öz istəyinlə, yoxsa valideynlərinin istəyinlə seçdinbu növü?

-Həmözüm istədim, həm də valideynlərimin qərarı ilə.

-Analarövladlarına qarşı daha həssas olurlar. Birdən yarışlarda əzilərsən, nəsə olardeyə buna qarşı çıxdı?

-Yox,heç vaxt elə söhbət olmayıb. Anam da məni dəstəkləyir.


Birinci raund qarşılıqlı zərbələrilə yekunlaşır.

İkinci raundda rəqibə daha sərtsuallar verməyə çalışacam. Görək bir təsiri olacaqmı.

İkinci raund

-Uğurlarınhaqqında özün danış bir az.

-Azərbaycankubokunu qazanmışam, Respublika çempionluğum var, ən böyük nailiyyətim dəAvropa çempionu titulunu qazanmaq oldu.

-Həminyarış haqqında danışa bilərsən biraz? Kimləri döyüb çempion oldun?

-YarışMacarıstanın Dyor şəhərində keçirilirdi. Birinci döyüşdə rusla mübarizəapardım, nakautla qalib gəldim. Sonra yenə Rusiyanı təmsil edən dağışstanlıyaqalib gəldim nvə çempion oldum.


-Mükafatancaq kubok və medal oldu, yoxsa pul mükafatı da var idi?

-Xeyr,pul mükafatı hələ olmayıb.

İkinciraund bu sualla yekunlaşır. Artıq dahaaçıq oyun gedir və mən üçüncü raunda daha ürəkli çıxıram.

Üçüncüraund

-Elnur,yaşını soruşmaq yadımdan çıxdı. Neçə yaşın var?

-14.

-Küçədədalaşırsan heç?

-Xeyr,dalaşmıram.

-Heçolmayıb ki gücünü göstərmək istəyəsən?

-Xeyr,olmayıb.

Bu"zərbə” ilə heç nə edə bilməyib başqa zərbə endirməyə çalışıram.

-Təhsilinnecə gedir?

-Oqədər də yaxşı deyil, amma gedir.

Vədaha bir cəhd!

-Bəsuniversitet oxumaq fikrin yoxdu?

-Var.İdman Akademiyasında oxuyacam – deyir və gülərək masanın üzərindəki kubok vəmedallarını göstərir.

Əks fəndə düşürəm və qızıl meddalların biri-birinə dəyərəkçıxartdığı səs döyüşü yekunlaşdıran "qonq” səsi kimi qulağımda cingildəyir.

Bu cür suallarla Elnuru nakautedə bilməyəcəyimi görüb bu sual-cavab döyüşünü sülhlə yekunlaşdırmağaçalışıram.

-Sirrdeyilsə məşq rejimin haqqında məlumatverə bilərsən?

-Gündə iki dəfə məşq edirik. Saat 9-dan 11-ə və 5-dən7-ə kimi. Məşqçim isə Respublikanın əməkdar məşqçisi Hakim Hacıyevdir. Lap əvvəldənmənə o məşqçilik edib və bu səviyyəyə çatmağımda ən böyük rolu o oynayıb.

Federasiyamızınprezidenti millət vəkili Adil Əliyev də bizə çox qayğı və diqqət göstərir, onagörə belə uğurlar qazana bilirik.


-Nəkimi məsqədlərin var kikboksda?

-YaydaDünya Çempionatında iştirak edəcəm. İnşallah orada qalib olub Olimpiyaoyunlarına vəsiqə qazanmaq və orada da çempion olmaq istəyirəm.

-Ümidedirik ki, bacaracaqsan! Uğur olsun!

Və döyüş başa çatır.

Budöyüşün qalibi kiçik yaşlarından qarşısına məqsəd qoyan və o məqsədə çatmaqüçün inamla addımlayan, çalışan Elnur oldu.

Onuvə onun timsalında bütün Azərbaycanı həmişə qalib görmək ümidilə!