Ədalət Həsənov: “Kütləvi məzarlıqda aşkarlanan qalıqlar Azərbaycan hərbçilərinə məxsusdur”

Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan 12 insanın qalıqlarının hamısı Azərbaycan hərbçilərinə məxsusdur.
Adalet.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov deyib.
O bildirib ki, aşkarlanan meyitlər üzərində işgəncə faktları da var:
“Qazıntı işləri aparılıb, 12 şəxsin meyiti aşkarlanıb, bu 12 şəxs ilk baxışdan da aydın olduğu kimi Azərbaycan hərbi qulluqçularının meyitləridir. Onlar hamısı paltarla dəfn olunub. Onlardan aşağıda meyit var, ya yoxdur, hələlik məlum deyil. Amma hələlik üzdə olan 12 meyitdir”,- Ə.Həsənov deyib.
O bildirib ki, aşkar edilən meyitlərin dişlərinin quruluşundan aydın olur ki, onlar cavan və orta yaşlı hərbi qulluqçular olublar:
“O dişlər və digər sümüklərdən nümunələr götürülərək məhkəmə genetik ekspertizası aparılaraq şəxsiyyətləri aydınlaşdırılacaq. Məhkəmə tibb ekspertizası 15, genetik ekspertiza isə 15 gün çəkəcək.
Bundan əvvəl aşkarlanan meyitlərin isə ekspertizası hələ başa çatmayıb, iş gedir. Meyitlərin ekspertizası başa çatdırıldıqca nəticə Hərbi Prokurorluğa təqdim edilir”.(trend)
Digər Xəbərlər
30 Oktyabr 2025 10:07 Kəlbəcərdə azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO
30 Oktyabr 2025 10:06 17 yaşlı Əfsanənin toyundan görüntülər - VİDEO
29 Oktyabr 2025 17:10 Azərbaycanda zəlzələ oldu
29 Oktyabr 2025 15:29 Bir yaşlı körpə su quyusuna düşərək öldü
29 Oktyabr 2025 14:16 17 yaşlı hamilə gəlinin ölüm səbəbi MƏLUM OLDU
29 Oktyabr 2025 11:00 17 yaşlı qız toy gecəsi öldü
27 Oktyabr 2025 09:11 "Ölüm var, Allah rəhmət eləsin, dahilər də ölür" - Qəza törədən "Range Rover" sürücüsü - VİDEO
27 Oktyabr 2025 08:48 

Bakı -°C 






