adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Fevral 2019 17:01
5592
MƏMLƏKƏT

“EcoArt” layihəsi başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi Aytac Məmmədovanın "EcoArt” adlı fərdi layihəsi başa çatıb. Həmçinin layihənin təşkilati tərəfdaşı qismində "İrəli” İctimai Birliyi çıxış edir.

Layihənin əsas məqsədi dünyada və Azərbaycanda aktual ekoloji problemlərdən olan tullantıların törətdiyi fəsadlara cəmiyyətin diqqətini cəlb etmək, ekoloji incənətlə bağlı gəncləri maarifləndirmək, plastik və kağız tullantılardan yararlı istifadə etmənin mümkün yollarını gənclərə aşılamaq və oriqami incəsənətini gənclər arasında təbliğ etməkdir.

"EcoArt” layihəsinin üçüncü günündə peşəkar təlimçi tərəfindən tullantılardan incəsənət nümunələrinin hazırlanması ilə bağlı təlim keçirilib. Günün ikinci hissəsində iştirakçılar komandlara bölünərək tullantılardan müxtəlif incəsənət nümunələri hazırlayıblar. Daha sonra iştirakçılar komandalar şəklində workshop-larda iştirak edərək tullantılardan səmərəli istifadə edilməsi istiqamətində ideyalarını təqdim ediblər. Layihənin son günündə iştirakçıların əl işlərindən ibarət sərgi təşkil olunub. Sonda bütün iştirakçılar şəhadətnamə, birinci yeri tutmuş komanda və ən yaxşı əl işlərinin müəllifləri isə fərqləndirilmiş diplom və hədiyyə ilə təltif ediliblər