adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Iyul 2019 10:13
33726
ƏDƏBİYYAT

Əclaf Dantes! - Ulucay Akif yazır

Peterburq, Nevski prospekti, Moyka çayının sahili, mənzil 12.

Puşkinin ömrününson iki ilini yaşadığı və öldüyü, uzun illərdir onun ev muzeyi kimi fəaliyyətgöstərən mənzilin həyətinə daxil oluram.

Elə həyətdəPuşkinin heykəli ilə qarşılaşanda yadıma Lermontovun Puşkinə həsr etdiyi"Şairin ölümü" poemasından ilk misra düşür:

"Şairöldü…"

Ardınıxatırlamağa gərək də duymuram.

Kassadanbilet alıb elə həyətdə bir siqaret yandırıram. Çox həyəcanlıyam. Bu həyəcanısizə təsvir etmək istəsəm, onu deyə bilərəm ki, insan adətən sevəndə belə həyəcanlanır.Həyəcanı mədəndə hiss edirsən və ayaqlarıma nəzarəti itirdiyini düşünürsən.

Siqaretimiçəkdikdən sonra özümü toparlayıb içəri keçirəm. Yaşlı bir qadın məni təbəssümləqarşılayır. Sonradan özü ilə söhbət edəndə, adının İrina Borisovna olduğunu öyrəndim.İrina Borisovna biletimə baxır və hələ vaxtıma10 dəqiqə qaldığı üçün məni gözləmə otağında əyləşdirir.

Gözləməotağına keçəndə nə qədər vacib yerdə olduğumu daha da yaxşı anlamağabaşlayıram. Bizdə heç diri şairlərin gözləmə otağında adam olmur, amma Puşkiningözləmə otağı tam doludur, hətta ayaq üstə gözləyənlər də var. Puşkin öldükdən sonra belə insanları qəbuledir. Onunla görüşmək istəyənlər gözləməli olurlar, amma gözləyən adamların heçbiri narazı deyil, hər birinin simasında məmnunluq hissi var.

Yavaş-yavaşiçimdəki həyəcan daha da böyüyür və nəfəsimin çatmadığını hiss edirəm. Bu mənziloksigen ilə yox, poeziya ilə doludur. OtaqdaPuşkinin şeirləri bir-biri ilə rəqs edir, quş kimi uçaraq otaqları gəzirlər vəoksigeni əvəz edən bu şeirlər adamın nəfəsini kəsir.

Gözlərimi yumubiçimdə bir-bir Puşkinin misralarını səsləndirirəmvə qəfil beynimdə XIXəsr pistoletindən çıxanatəş səsi sədalanır. Əclaf Dantes! Əclaf!

Növbəm çatır vəaudio-rəhbər ilə otaqlara gəzməyə başlayıram. Bir-bir otaqlara daxil oluram. Ekskursiya zamanı məniaddım səslərinin müşayiət etdiyini hiss edirəm. Sanki Puşkinin ruhu da mənimyanımca addımlayır. Onun ayaq səsləri asta-asta arxamca gəlir. Məncə bu addım səslərinimuzeyi gəzən hər kəs hiss edir. Və Puşkinin addımları da sillabo-tonik tonda atılır. Sanki həraddım səsi onun misralarındakı vurğuları təkrarlayır.

Birincimərtəbədə Puşkinin fərqli rəssamlar tərəfindən çəkilmiş portretləri, xanımınınbəyaz gecəliyi və ayaqqabıları diqqətimi çəkir. İkinci mərtəbədə isə birzamanlar küçəyə açılan və Puşkinin sonuncu dəfə bu evdən çıxdığı qapı ilə üzbəüzdayanıram.


Qapınınəsaləti ilə yanaşı, kədərli olması diqqətimi çəkir. Qapı "Bacarsaydım həmingün heç açılmazdım" deyirmiş kimi peşman baxışlarla baxır ziyarətçilərə. Bəli,Puşkin ölümünə səbəb olacaq o duelə buqapıdan çıxaraq yollanmışdı. Əclaf Dantes! Əclaf!

İkincimərtəbədə Puşkinin xanımı Natalya Nikolayevnanın otağında ayaqsaxlayıram. Puşkinin dueldəölümcül yaralanma xəbəri məhz bu otaqda Natalyaya deyilir və ölümə hazırlıq daelə bu otaqdan başlayır.

Tələsirəm!Puşkinin övladlarının otaqları, oyuncaqları, rəsmləri, onun yemək yediyi otaq,qonaq otağı… Bütün otaqları və dəyərli əşyaları sürətlə geridə qoyub görmək üçün səbirsizləndiyim Puşkinin yazıotağına daxil oluram. 4000-dən çox kitab olan şəxsi kitabxana, yazı masası,stulu, əlyazmaları, kreslosu, əsası, qəlyanı… Və… Dünyanın ən xoşbəxt və eynianda ən kədərli əşyası…

Həyatında düz 21dəfə duelə çağırılan Puşkin, 15 dəfə isə özü rəqiblərini duelə dəvət etmişdiki, bunlardan sadəcə dördü baş tutmuş,digərləri isə tərəflərin barışığı nəticəsində ləğv olunmuşdu. Bu barışıqların əksəriyyətiPuşkinin dostlarının səyi nəticəsində əldə olunmuşdu.

"Yox, məni bezdirməyib həyat,

Mən həyatı sevirəmvə yaşamaq istəyirəm" - deyənşair həyatı ilə "Rus ruleti" oynayırmış kimi davranırdı. O, yaşamaqistəyirdi, amma şərəfi ilə yaşamaq.

Puşkininotağındayam və onun bu otaqda var-gəl edib öz şeirlərini ucadan səsləndirməsinitəsəvvür edirəm. Onun səsini təsəvvür edə bilirəm. Məncə, hamı onun səsinin necəolduğunu öz içində hiss edə bilir.


Rusiyapoeziyasının digər nəhəng şairlərinin onun haqqında dediyi fikirlər, ona həsretdikləri şeirlər, poemalar yadımadüşür…

Düşünürəm ki,rus şairlərinin hamısının ən böyük arzusu və məqsədi Puşkin olmaq idi. Bəli,istisnasız, hamısının! Puşkindən 100 il əvvəl yaşamış şairlərdən tutmuş, ondan100 il sonra yaşayan və bundan hələ yüz illər sonra da yaşayacaq bütün şairlərinarzusu Puşkin olmaq idi və olacaq.

Bəlkə də nəvaxtsa rus dilində "puşkin" sözü"şair" sözünə sinonim kimilüğətlərə əlavə ediləcək. Bəli,lüğətlərə əlavə ediləcək, çünkixalqın dilində bu ad (soyad) artıq uzunzamandır ki, elə "şair" sözünə sinonim kimi istifadə olunur.

Yəqin şairlərinqəzəblənmədiyi yeganə tənqid də elə"Sən Puşkin deyilsən!"cümləsi idi.

Yadıma bir əhvalatdüşdü…

YeseninBalaxanıda qayıq ilə kiçik dəniz səyahətinəçıxır. Səyahət boyu azərbaycanlı qayıqçıya şeirlərini oxuyur və şeirləriçox bəyənərək dinləyən qayıqçı sonda sadəcə bir cümlə ilə yekun fikrinibildirir:

"Nə qədəryaxşı olsa da, yenə də Puşkin deyilsən!".

Hə, əclafDantes! Sən isə tarixin yaddaşında sadəcəPuşkinin qatili kimiqalacaqsan! VəPuşkin və şeirsevərlərin sayı artdıqca, sənə nifrət edənlərin sayı da hər dəfəartacaq. Puşkinin gözəl, sehirli şeirləri təkcə sənin üçün lənətə çevriləcək!

Puşkininotağındayam… Və… Dünyanın ən xoşbəxt və eyni anda ən kədərli əşyası ilə üzbəüz dayanmışam. Onun həmişədincəlmək üçün uzandığı və sonda isə öldüyühəmin divan… Bu divan ona görə xoşbəxtdir ki, Puşkin məhz bu divandauzanaraq çoxlu şeirlər yazmışdı. Bu divan ona görə kədərlidir ki, Puşkin məhzbu divanda ölümcül vəziyyətdə iki gün yatmış və ölmədən əvvəl kitablarına baxıb"Əlvida, dostlar!" demişdi.

Əlvida, şair!Bir zamanlar sənin də at çapdığın Qafqaz dağlarının ətəyindən gənc bir şair sənigörməyə gəlmişdi.

Ulucay AKİF