adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Avqust 2019 09:51
24652
ƏDƏBİYYAT

Əbülfət Mədətoğlundan yeni şeir: GÖZÜNDƏN

Yanaşı üzsək də qəmdə
Görünə bilmədik cəmdə...
Sözüm yaddaşından, həm də -
Köçəcək nota gözündən...

Ruhumun için də ağart
Nə varsa topala, yığ , at!
Şəklimi səssizcə çıxart -
At onu oda , gözündən!

Ürəyimi yaraladın
Bilə - bilə paraladın...
Sən ümidi qaraladın -
Tay düşdü o da gözündən!

İlik donduran sazaqda
Əbülfət adlı yazıq da
Dönsün , dünyaca uzaqda -
Ağaca, ota gözündə,,,