Əbülfət Mədətoğludan yeni şeir: XATIRLAMA...
Ürəyi yar -bax istəyin
Saralan yarpaq istəyin
Göyərməz torpaq istəyin -
Xatırlama...
Ağa düşsə qara ləkə
Adam gərək fikir çəkə...
Qoyma sən ürəyi çökə -
xatırlama...
Daş tuşlanan kürəyi ov
Al əlinə - ürəyi ov!..
Kipriyinlə diləyi ov -
xatırlama...
Ümid tay qarıdı, getdi
Əridi!- qar idi, getdi...
Əbülfət var idi , getdi -
xatırlama!..