adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
08 Fevral 2019 10:04
11874
ƏDƏBİYYAT

Əbülfət Mədətoğludan yeni şeir: MƏCNUNLAR

Bir yuxu minnətim var -
gecələrin boynunda...
Səhərləri açıram -
xəyalların qoynunda...

Ulduzların düzümü -
görürəm , şəhanədi...
Aydan , asmaq özümü -
uğursuz bəhanədi...

Nə yer məni bəyənib ,
nə də ki . göyün üzü...
Bir baxış qurbanıdı -
mənim kiminin yüzü...

Bir də nə etmək olar
qədəri ki . seçmirlər...
Məcnunlar - dəli onlar -
baxıb , susub . keçmirlər...

... Nə Ay yadına düşür,
nə ulduzlar , nə də mən...
Başımı bir söz deşir -
Sənə ruhsuz bədənəm!..