adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Yanvar 2018 10:43
16422
ƏDƏBİYYAT

Əbülfət Mədətoğludan yeni şeir: İYNƏ UCU İSTƏK


Mən üzülmüş yarpağam
Çeşmədə nov edərsən...
Suyu yaxşı süzməsəm -
Bir az söz-sov edərsən...

Təki gözün önündə
Kiprik ucunda olum!..
Yolun üstümdən keçsin ...
Yolunda bitsin yolum!

Böyük istəklərim yox
Səni çətinə salsın!
Bircə qəlbim ağlında,
Ağlım qəlbində qalsın!