Əbülfət Mədətoğludan yeni şeir: DUYĞUSAL NOTLU ŞEİR
Eh... nə deyim , nə danışım - bilmirəm
Kipriyimlə kipriyini silmirəm...
Düşünməki dərdlərimlə dilbirəm -
gecələri gündüzlərə qatıram...
Yazdıqlarım pıçıltıdı . hənirdi
İçdən gələn . səsdi , həm də səmirdi...
Elə bilmə ürəyimdə təmirdi -
köhnələri çıxarıram , atıram...
Özəl sayıb , duymamışam mən , əlbət -
Düşmür ona nə güzəşt , nə mərhəmət...
Bağışlanmaz cinayətdi - MƏHƏBBƏT !-
sevgi üstə tutulmuşam - yatıram...
İstəmirdim dilə alıb mən yayım...
Bundan sonra həftə sayım , gün sayım...
Titaniqdi sevgi payım , din payım -
ləngərlənə . ləngərlənə batıram!..
Bu gördüyün - əlimdəki ürəkdi ,
Bu ürəkdə bu əllərim gül əkdi...
Sən bir söz de , biz son dəfə gülək ki -
bu ürəyi mən havayı satıram!..