Əbülfət Mədətoğlu: Xankəndinə Sancılan BAYRAĞIMA SƏCDƏLƏRLƏ
Bu payız ömrümün Baharı oldu,
Gözü aydın olsun torpağın, daşın!..
QƏLƏBƏ!- əbədi vüqarı oldu -
Sildi Qarabağım, gözünün yaşın!..
Səksəndi bu yurdun kövrək ürəyi,
Açdıq müjdə ilə nurlu sabahı!
Çıxardıb əynindən işğal köynəyin -
Xanın kəndi oldu İLHAM şəhəri!
Axır ki, duruldu yurdun səması -
Dualar selləndi şəhid adına!
Əsgər oğulların Vətən anası -
Təbəssüm sarıdı yaralarına!
Qürura bələndi Vətən büstbütün ,
Ürəyim fərəhdən dalğa yarırdı...
Bayraq da yerinə qayıtdığıyçün -
Sonsuz fəxarətlə dalğalanırdı!!!
15 oktyabr 2023
Digər Xəbərlər
11 Sentyabr 2026 16:21
Rafiq ƏLƏKBƏR: Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadənin dastanı
11 Sentyabr 2026 13:34
Əbülfət Mədətoğlu: "Həyatımın ən böyük riskini etdim"
10 Sentyabr 2026 12:05
“Səbəb uşaqların evdə kitabla deyil, smartfonla böyüməsidir”
10 Sentyabr 2026 10:57


Bakı -°C

