adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
19 Iyun 2020 09:08
62619
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: ÜRƏYİM GÖYNƏYƏN AN...

Qəribsəmişdi gözlərin...
Mən dibində xiffət gördüm...
Bizi ayrı salanlara -
Əsəb gördüm, nifrət gördüm...

Ürəyim kökdən titrədi,
Sandım ki, zəlzələ oldu...
Sıxdım dilimi dişimə -
İçimə bir ağrı doldu...

Susub ...baxmaqla toxdadım
Çəkdiyimi duydun yəqin...
Gəldim ... halını yoxladım -
Həsrətimdən doydun yəqin?!

Qəribsəyən gözlərinin
Xiffətin götürüb getdim...
Ümidi - əzizin kimi -
Evinə ötürüb...getdim...