adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Oktyabr 2018 12:54
10058
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: SÖNƏN İŞIĞIN AĞISI

Sönür içimdəki şam...
Qaranlığa çökürəm...
Günahları bu axşam -
Dizim üstə tökürəm...

Çeşidləmək istəyim -
Bircə anda daş olur...
Günahların üstünə -
Kirpik damır - yaş olur...

Acıların dadını
Dil -damağım hiss edir...
Nəmdi deyə günahlar -
Yanmır ürək! - his edir...