adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 May 2020 16:39
41784
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: SƏNSİZLİYƏ

Hər anımı, günümü
Ayaqlarına səpdim...
Səni mən, işıq kimi -
Səssiz gözümə təpdim!..

İçimin köynəyini
Söküb atdım çox uzaq...
İstədim, bu yol ilə -
Həsrətimi qorxuzaq!..

Amma əlim boşluqda ...
Ümid kiprikdən düşdü...
İllər xoşa-xoşluqla -
Olmasa da sürüşdü...

Neynək... həyat...deyim bil -
Gözü yolda duracam...
Bir sirri də açsın dil -
Sənsizliyə orucam!