Əbülfət MƏDƏTOĞLU: SƏNƏ
Sən vuran ilmələri
Yuxu kimi yozuram...
Yozduqlarımı sonra -
Məktub kimi yazıram -
Sənə...
Sən hörən hörükləri
Gözlərimlə açıram...
Etdiyim şıltaqlıqdan -
Küsən kimi, qaçıram -
Sənə!
Sən qaçıran gözlərə
Baxdıqca üşünürəm...
O sığışmır sözlərə
Deməyi düşünürəm -
Sənə!
Sən göyərdən ümidi
Dodağından dərirəm...
Onun puçurladığı
Ürəyimi verirəm -
Sənə!