adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
10 Mart 2020 15:17
30277
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: SARALAN YARPAQLARDAN BİRİ

marşurut avtobusunda

yanaşı oturmuşuq
düz orta sırada...

və mənə
elə gəlir ki,
bizdən başqa
kimsə
yoxdu burada...

nəfəsimizdən tərləmiş
pəncərə şüşəsində
bir
ürək şəkli çəkirəm.
Bu günümüzdən
xatirə kimi...

istəyirəm
onu götürəm
və bağışlayam
sənə...

Amma...
düşüncələrimi
elə bil oxuyub
əlimi sıxmaqla
güldüyünü
göstətmək istəmirsən -
marşurut avtobusunda
orta sırada...