29 Dekabr 2019 16:05
41062
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: RUHUMUN UMACAĞI...

Sən imkanın olanda
ya da ki, elə-belə
qoy telefonum səksənsin -
hərdən mənə zəng elə...

istəyirsən, danışma,
təki hənirin gəlsin.
mənə rişxənd edənlər -
bir-birindən şəklənsin...

mənsə sıxıb köksümə
o telefona "can!" deyim.
səninlə birlikdəyəm -
hər zaman, hər an, deyim.

bəlkədə çox gülüncdü
arzum da , əməlim də.
inan, varlığım durur -
sevgimin təməlində!