adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
20 Iyul 2020 09:53
43605
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: KÖYNƏYİMDƏ

Dərd, burax yaxamı, daha qırılıb
Düymədə qalmayıb . dar köynəyimdə...
Həsrət ilan kimi elə qıvrılıb -
İzin görə bilər , yar göynəyimdə!..

Sükut caynağında bağrı yarılmış
Göz yaşı - kədərə . demə yarımış!
Bu anlar mən ruham - sənə sarılmış -
Duydunmu , hərarət var köynəyimdə...

Nə bulud toqquşub, nə şimşək çaxıb
Göy üzü boyunca bir kədər axıb!
Tala ləpələnib - lalələr yağıb -
Qalıbdı qan rəngli qar, köynəyimdə!..

Gör necə qəm didir oxsuz yayımı
Ağaca , ya quşa çatdır hayımı!..
Bayatı üstündə vida payımı -
Köklənib gözləyir, tar, köynəyində...