adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Avqust 2019 17:56
57630
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: “GÜLÜNÜN ŞEİRLƏRİ”

Yaxıngünlərin söhbətidir, imzasını tanıdığım, yazılarını mətbuatda, o cümlədən "Ədalət”qəzetində oxuduğum Zaur Ustacın kitablarını həmkarım şair Qələndər Xaçınçaylı mənəverib tanış olmağımı istədi. Onsuz da az qala hər gün yeni kitab almağa, yeniimzayla tanış olmağa adət etdiyimdən kitabları heç bir təəccübsüz və tərəddüdsüzqəbul etdim. Özünəməxsus adam olan Qələndər Xaçınçaylı sözarası onu davurğuladı ki, Zaur yerlimizdi və onun da qohumudu.

Təbiiki, mən yerliliyə də, qohumluğa da laqeyd deyiləm. Amma dəyərli sözün dəyərinidə bilməyi, onu oxucu olaraq qiymətləndirməyi də az-çox bacarıram. Ona görə dəşair Qələndər Xaçınçaylının təqdimatı mənə kitab barəsində bilgi verməkdən dahaçox müəllifi tanıtmaq təsiri bağışladı. Və mən də elə onun yanında sallofan kisədəolan kitabları çıxardım və düzdüm yazı masamın üstünə.

Kitablarmüxtəlif mövzuları əhatə edir. Onlardan biri Milli Qəhrəman Mübariz İbrahimovhaqqında povestdi, digəri məşhur Şamaxılı rəssam barəsində poemadı, üçüncüsü isə "Gülününşeirləri”di. Nədənsə "Gülünün şeirləri”daha çox məni özünə çəkdi. Ola bilsin ki, bu öncə kitabın sadə tərtibatınınyatardığı ovqat idi və yaxud da kitabın balacalara- uşaqlara ünvanlanmasının təsiriburda güclü rol oynadı. Çünki mən bu ildən ibtidai sinfin hazırlıq mərhələsinibaşlayan nəvəm Nigar üçün bu cür kitabları toplamaqda maraqlıyam. Və...

ZaurUstacın "Gülünün şeirləri”kitabı müəllifin özünün də qeyd etdiyi kimi, əlavə tədris vəsaitidi. Zaur Ustackitabın ilk səhifəsində vurğulıayır ki, "əsasən orta məktəb-liseylərin birincisinifləri üçün sinifdən xaric oxu vəsaiti kimi nəzərdə tutulduğundan şeir vətapmacaların düzülüşü hərf və rəqəmlərin proqramla keçirilmə ardıcıllığınauyğun gəlir”.


Bəli, həqiqətəndə kitabın məsləhətçiləri Bakı şəhərindəki məktəblərin tanınmış orta ibtidaisinif müəllimləri olduğundan mən şeirləri və tapmacaları oxuyanda onlarınazyaşlılar üçün maraq doğuracağına şübhə etmədim. Məsələn, "A” ilə bağlaı ZaurUstac yazır:


A iləAna deyə

Aləmə səssalırıq.

Azərbaycansözünə

A iləbaşlayırıq.


Ata, anatək sözlər

A-nın nəfisilməsi

A-danZ-yə hərflər

Allahınbir töhfəsi.


Bu şeirdəA hərfi ilə başlı səslənən fikirlər, edilən təqdimatlar uşaq üçün də anlaşılandı,həm də maraqlıdı. Məsələn, G hərfi ilə bağlı:


Hər Günəşindoğması

Yenigünü başlayır.

Günəşqürub edəndə

Demək,gün başa çatır.


Günəşözü möcüzə

Sirrdolu varlığıyla

"Birgün” isə mesajdır

Dünyaya,insanlığa.

Mən bukitabdakı bütün hərflərlə bağlı şair, yəni Zaur Ustac fikirlərini geniş şərhetmirəm. Çünki onun şərhi hər bir oxucunun öz üzərinə düşür. Daha doğrusu,onları necə qəbul edəcəyindən asılıdır. Elə bu kitaba görə müəllifi təbrik etməkləona və oxuculara uğurlar diləyirəm. Düşünürəm ki, kitab azyaşlıları sevindirəcək.