adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Sentyabr 2019 17:00
25186
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM...

Adətənsöz adamı hər hansı bir səfərdən geri dönəndə gördüklərini, yaşadıqlarını, necədeyərlər, gözünə, könlünə yazdıqlarını oxucuları ilə, dostları ilə bölüşməkdəmaraqlı olurlar. Bu, adi bir haldı. Doğrusu, böyük düha sahibləri, tanınmışimza daşıyıcıları bu işdə necə deyərlər, möhür vurublar. Bir xatırlatma etməkistəyirəm. Yəqin ki, dəyərli oxucular Radışevin "Peterburqdan Moskvaya səyahət”, Qəzənfər Paşayevin "Yeddi il Dəclə Fəradsahillərində”, Nəbi Xəzrinin "Getdim, gördüm, düşündüm”, Məmməd Aslanın"Ərzurumun gədiyinə varanda”, Novruz Nəcəfoğlunun "Sinqapur – böyük dünya şəhəri,iddialı ölkə”, Hüseynbala Mirələmovun Çin, Yaponiya, Avropa təəssüratları, İradəTuncayın "Yol” romanı və digər əsərlərlə tanışdılar. Bax, bütün bunlar məhz həmino gözün öz yaddaşına köçürdüyü, ürəyin öz səhifələrinə qeyd etdiyi anların ifadəsidi.

Bir azpafoslu səslənsə də mən özüm də bir neçə dəfə Naxçıvan və Türkiyə səfərlərimləbağlı qeydlərimi oxucularıma təqdim etmişəm. Onların necə alınıb, necəqarşılandığını az-çox bilsəm də, ən çox içimdən gəlib keçən vaxtını o yazılarıoxumağa sərf edənlərə minnətdarlıq hissidir. Elə bu gün də onlara üz tutmağım məhzhəmin minnətdarlıqdan qaynaqlanır. Düşünürəm ki, imzamı izləyən oxucular bu dəfədə sözümün işığana üz tutacaq, bu dəfə dəmənimlə birlikdə Bakı Beynəlxalq Avtovağzalından başladığım yolçuluqda məni tək buraxmayacaq. Çünki mən həmsöhbətimolanda yola "körpü” salındığını hiss edirəm. Yolun ağırlığı, uzaqlığı məniyormur, qorxutmur. Kəsəsi, yolun damarını üzən söhbətdi. Elə mən də sizinlə buyolun söhbətini etmək istəyirəm...

***

Bəli,Bakı Beynəlxalq Avtovağzalından hər gün səhər saatlarında Bakıdan Türkiyəyəxeyli sayda müasir tipli avtobuslar çıxır. Ona görə müasir tipli deyirəmki, tutumu da, rahatlığı da, yol boyugöstərilən xidmət də yolçuları qane edir. Təbii ki, nöqsanları da,çatışmazlıqları da var bu avtobusların, yəni xidmət göstərən şirkətlərin. Təbiiki,bu başqa mövzudur. Əsas odur ki, mən sizinlə birlikdə bu gün "Lüks Azərbaycan”avtobusu ilə Türkiyəyə gedirəm...

Sərnişinləryerlərini tutan kimi sürücünün yardımçısı olan cavan bir oğlan gur səslə elanedir:

- Hamıeşitsin, bir azdan avtobusun internet xidməti işə başlayacaq, oturacaqlarınönündə yerləşdirilmiş ekrandan və yaxud mobil telefonunuzdan istifadə edə bilərsiniz.Sadəcə olaraq, youtuba girmək məsləhət deyil. Onda xidmət zəifləyəcək.

Hər səfərimdəeşitdiyim buna bənzər və eləcə də indieşitdiyim elanı dinləyə-dinləyə ekranın düyməsini basıram. Birdən yadıma düşürki, qulaqcıq yoxdu. Həmin cavan oğlanı əvvəllər sərnişinlərə istifadə üçünverilən qulaqcıqların indi olmadığı barədə sorğu-suala tuturam. O da təmkinləbildirir ki, "artıq qulaqcıq məsələsi aradan qaldırılıb”. Tibbi baxımdan budüzgün sayılmayıb. Ona görə də qulaqcığı hər kəs özü ilə götürməlidir!

Təbiiki, bizim sağlamlıqlarımızı düşündüklərinə görə təşəkkür edirəm. Amma ənazından bunun müştərilərə bilet satılankassalardan elan edilməsinin vacibliyini də ona çatdırıram. Yoxsa az qala ikigündən artıq davam edən bu uzun yolususmaqla, ya da səninlə yanaşı əyləşmişsərnişinlə söhbətlə vaxtı "öldürməli” olacaqsan. Hələ yanındakının danecə həmsöhbət olması özü də bir sualdı.

Bu dəfəbəxtim gətirməmişdi. Yanımda yer almışcavan oğlan Yevlaxda avtobusa əyləşdi. Oturan kimi də "əti acılığını”büruzə verdi. Çünki hamının normal oturduğu oturacaqda dərhal özünü elə "yaydı”ki, arxadakı xanım dillənməli oldu:

- Ayoğul, indi yatmaq vaxtı deyil. Bəlkə söykənəcəyi bir az qaldırasan?

- Ayxanım, mən öz yerimdə necə istəyirəm, elə də otururam.

Heç bir ədəbqaydalarına sığmayan bu kobud etiraz nə xanımın, nə də digər sərnişinlərin, eləcədə mənim xoşuma gəlmədi. Hamını qınağını hiss edən həmin cavan oğlan üzünü pəncərədənbayıra çevirməklə qulacıqları işə saldı. Atalar yaxşı deyib ki, hər kəsin əməligec-tez qarşısına çıxır. Onun bu sayğısızlığı dövlət sərhəddinə qədər davametdi. Bir az önə gedib deyim ki, sərhəddi keçəndən sonra gürcü gömrükçüləri özdövlətlərinin qanunlarını şərəfləndirdilər. Siqareti çəkib kötüyünü göz görətiyerə atan və gürcü polisinə qarşı sayğısızlıq göstərən bu cavan oğlanı dərhalgeriyə, Azərbaycana qaytardılar. Mən bu halı ürəkağrısı ilə izləsəm də, ancaqqanunlarını sivil bir şəkildə, heç bir güzəşt etmədən tətbiq edən gürcünün əməlinəetiraz edə bilmədim. Həmin cavan oğlan bizimlə yolçuluğunu davam etdirə bilmədi.Elə ona etiraz etmiş xanım da yolda bir neçə dəfə ürəkağrısıyla cavan oğlanıngeri qaytarılmasına təəssüfləndiyini ifadə etdi...

İndi mənimhəmsöhbətim müalicəyə gedən gənc ailənin bir üzvü idi. Bu uşaqla söhbətləşməkmaraqlı idi. Çünki 7-8 yaşlı bu qızcığazmələk-şeytan idi. Hazırcavablığı, şirinliyi mənə nəvələrimixatırladırdı. Nigar adlı uşağın səhhətindəkiproblem yol boyu məni düşündürdü. Və eləyolboyu da Allahımdan dua etdim ki, məmləkətimizdə müalicəsi alınmayan bu uşağaAllahım qardaş ölkədə şəfa versin...

***

Bakıdanyolçuluğa başlayanda özümə söz vermişdim ki, bir sərnişin olaraq gördüyüm heç nəyidiqqətimdən yayındırmayım. Çalışım ki, yaddaş kartıma daha çox maraqlı olan məqamlariz salsın. Deyəsən, bu istəyimə nail ola bilirdim. Çünki budəfəki yolyoldaşların əksəriyyəti Türkiyədə təhsil alan və taxud da təhsil almağa gedən tələbələridi. Gənclərlə yol-yoldaşı olmaq, onların səsli-küylü söhbətlərini dinləməkmaraqlı idi. Çünki bundan öncəki səfərlərimdə daha çox alverə gedən"xanımların” şit hərəkətlərindən, duzsuz söhbətlərindən onsuz da iyrənmişdim. Məniqınamayın, bu cür sifətləri görəndə özümə də nifrət edirəm, həyata da, elədurumun özünə də!..

Kürdəmirdə10-15 dəqiqə dayanıb yolçulara istirahət verən sürücülərimiz onu da elan etdilərki, yol boyu təmizliyə diqqət yetirmək, həmçinin körpə uşaqlara nəzarət etməkvacibdir. Çünki bu avtobus artıq hamımızın bir növü "evidi”. Evin də qayğısınaqalmaq hamımızın borcudu. O ki, qaldı yemək məsələlərinə, onun üçün Qazaxdavaxtımız olacaqdı...

Bəli,insafən maşını idarə edən sürücü çox məharətli idi. Ona görə də onun yola ayırdığı diqqət mənibir az razı salmışdı. Çünki iki dəfə kəndarası yolda magistrala çıxanavtomobillərin yaratdığı təhlükədən çox ustalıqla sovuşduq. Və anladım ki,"Lüks Azərbaycan” şirkətinin sahibləri sürücü seçməkdə məsuliyyətlidilər. Deməli,onlar həm öz imiclərini, həm də sərnişinləri düşünməyi bacarırlar. Bu daqazanclarının halal olmasına müştəri duasının davamlı olması deməkdi...

Bu daQazax rayonu. Daha doğrusu, rayon mərkəzindən keçib dövlət sərhəddində gəlibçatdığımız yer. Avtobus yoldan xüsusi ayrılmış əraziyə çevrilib dayanır.Sürücünün yardımçısı öncədən etdiyi elanı təkrarlayır:

-Hamı avtobusun içərisindəki çantaları, əşyalarıözü ilə götürsün. Onların itməsinə biz məsuliyyət daşımırıq. Avtobus yanacaqehtiyatını götürdükdən sonrabaqajlarınızı da ala biləcəksiniz. Gömrük xidmətini keçəndən sonra dövlətbayrağımızın altında dayanıb avtobusu gözləyərsiniz!

Hər kəs,yəni sərnişinlər edilmiş elana uyğun olaraq salondakı çantalarını, əşyalarınıgötürür. Mən də kiçik əl çantamı götürərək hamının üz tutduğu kafe-yeməkxanayagedirəm. Çay sifariş verib avtobusun gəlişini gözləyirəm...

Buradaözüm də hiss etmədən kökləndiyim duyğular misralara çevrilir. Və mən bumisraların təsiri altında elə təkcə bu yolçuluğu deyil, həm də ürəyimdə birsızıltıya çevrilən həmin anı təkrar düşünürəm.O anı ki, Sən o anın həm içindəsən, həm də kənarında dayanıb müşahidəedirsən. Mən isə yazıram:

Vağzalda...

perronda

dayanmışam...

qayğılı,

tüstülənənsiqaretimlə tək...

bunuyazmıram ki,

oxusunlar,

ya da

sən oxu–

fikir çək...

sadəcə,

istəyirəm

özümümöhkəm tutum

və qəhəriudum!

çünki

yola salanyoxdursa

qarşılayanda

olmayacaqdemək...

görünür

elə bu səbəbdəndə

ürəyim

tənhalığımüçün

hər an,hər gün

şumlanıblək, lək...

son: -

sevgisizlikvə fələk!..


(Ardınövbəti nömrəmizdə)