Əbülfət MƏDƏTOĞLU: GÖRÜNMƏYƏN SEVGİ
İlahi , bir sevginin
Şamı kimi yanıram...
Yandığım bu sevgiyə -
Tanrım tək inanıram!..
Sevdiyimi səssizcə
Ürəyimə köçürüb...
İçimdə aparıram -
Hətta, sərhəd keçirib!..
Nə sərhədçilər görür
Nə ən güclü cihazlar...
Həsrətə qarşı çönür
İçimdəki cihadlar!..
Gedirəm xatirələr
Gözləyən bir məkana...
Səni alıb gətirər -
Xatirəm bir təkana!..
Uzanlar bir - birinə
Ümidlərin qolları...
Sevgilər birləşdirsin -
Ayrı düşən yolları!..