Əbülfət Mədətoğlu: Etiraf...
"Özümdən özümə" silsiləsindən
Daha dizim titrəyir,
Çənəm, üzüm ...
Yolda izim titrəyir -
Yüküm,güc gəlir mənə...
Gözlərimi yaş aldı,
De hanı Tuğ, Daşaltı?!
Başımdakı beş, altı -
Tüküm, güc gəlir mənə...
Şux, ütülü geyirdim
Mənəm, mənəm! - deyirdim...
Bir fətiri yeyirdim -
Büküm - güc gəlir mənə.
Nə zaman ki, tər idim
Buğum, buğum əridim!
Geri dönən şərikim -
Hürküm, güc gəlir mənə...