adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Iyul 2019 15:18
21634
ƏDƏBİYYAT

Əbülfət Mədətoğlu: CÜMƏ GÜNÜ OVQATLI ŞEİR

Göz dağı eyləyirsən
mənə, olub - keçəni...
Sevdiyin yağış ilə -
bölüşürsən , gecəni!..

Mən qeyibdə tək ağac
Ruh adına ək , ağac!..
Lap kağıza çək ağac -
Andır, vaxtsız köçəni...

Yoxluğumu yayma heç
Tələsmə, hayıma heç...
Damcını da sayma heç!-
Qəbul et heç - heçəni...