Əbülfət MƏDƏTOĞLU: Çətirli düşüncələr
Bir çətir altıdı bizim dünyamız
Orda qolqoladı yar, nəfəsimiz...
Çətir tavanına yüksəlir ancaq -
Orda pıçıltımız - ürək səsimiz...
Atılan addımlar, deyilən sözlər
Bir ahəng yaradır -musiqi kimi...
Eyni mənzərəni geyinən gözlər -
Dolubdu, titrəyir ruhların simi...
Şıltaqlıq eyləyib, arada hərdən
Üzümə toxunan tel öpür məni...
Elə yapışmışam,mən bu çətirdən -
İstəmirəm onu, heç götürməni!
Bir çətir altında, bir göy üzündə
Bizi Tanrı görür -ovcu içində!..
Çətirsiz qalırıq fikir düzündə -
Sevgi divanəsi bəndə gücündə!..