adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 May 2019 09:04
12373
ƏDƏBİYYAT

Əbülfət Mədətoğlu: BU SƏHƏRİN ŞEİRİ

Mən bu yaz səhərini
Yuxu kimi hiss etdim...
Kirpiyimin ucunda -
Bir içimlik sis getdim...

Nə gerçəyi saxladım
Nə də yuxunu yozdum...
İçin - için ağladım -
Mən Orucumu pozdum...

Tənhalığın ovcunda -
Qəlb oldu sıxılan nar...
Bu səhərki ovsunda -
İnan ki, möcüzə var!..

Bir az yağış çilənir ...
Bir az da Günəş nuru...
Bu səhərdən çıxıram -
Bir az yaş , bir az quru...

... Mən bu yaz səhərini
Sənli anlardan saydım...
Ona görə tərifin -
Bütün dünyaya yaydım!..