adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Dekabr 2018 10:52
29915
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU – 60

"Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun şəxsiyyətindəifadə olunan poetik ruhundadır, buna görə də, onun əsərlərinin poetik ruhunun vəxarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır” (BelinskiV.Q.)

Əbülfət Mədətoğlubir fikir və qələm əhli kimi əlində qələm, ağ kağızla üzbəsurat qalan vaxtdaninsanlığın məsumiyyəti – günahsız olmağı, saflığı, paklığı, mənən təmizliyiuğrunda qələm çalıb, fəaliyyət göstəribdir. Əbülfətin ədəbi yaradıcılığı çoxşaxəlidir– şairdir, jurnalistdir, publisistdir, esseistdir, jurnalist-tədqiqatçıdır...Lakin o bütün parametrlərdə ruhunun dərinliklərinəsığınaraq qələmə əl atıb, sözü müqəddəs hesab edərək meharab qarşısındadayanırmış kimi sözə müqəddəs yanaşıb, "ədəbi-bədii” sözlə dualarpıçıldayıbdır... Onun sözləri oxucunun gözünü qamaşdırmır, mirvari dənələrikimi işım-işım işıldayaraq, cümlələrdən süzülən şəffaflığı ilə duruluğunuqoruyub saxlayır, daxilə, iç dünyaya süzülür...

Əbülfətinpoeziyası romantik çalarlarla süslənmiş reallıqdan, həyat həqiqətindənyoğrulmuş poeziyadır. Onu oxuduqca Ulu Şəhriyarın bir ifadəsi yadıma düşür,hadisələr "sinemaya” dönüb gözüm önündə canlanır... Onu oxuyanda sanki film izləyirsən, hər şey gözlərininqarşısından keçir, elə bil hadisələri, hissləri, duyğuları (bunlar da maddiləşir)ekran qarşısında oturub izləyirsən...Çünki onun poeziyası – şeirləri görümlüdür, duyumludur...


Əbülfətinyaradıcılığı ilə təmasda olanda Qarabağın lacivərd vadilərinədüşürsən, tarixinə toxunur, kültürünə boylanırsan... Araz qırağından,Xudafərindən tutmuş Qırxqıza, Murova, Keytiyə, Salvartıya, Dəlidağa, Gəlinqayasına əlin çatmadığına görə yanıb-yaxılırsan, dodaqların dərddən çatlayıbqanayır, sanki, ayağın Pəri çınqılının daşlarına dəyib əzilir... Dağlarına qalxır, yaylağında gəzir, çayındaüzürsən... Onun şeirlərini oxuduqca adama elə gəlir ki, gözünün önündə cərəyanedən bu hadisələrin iştirakçısısan və ya bu obrazlardan biri, yaxud lirik qəhrəman elə özünsən...

Əbülfətözünü yazır, özünü yaza-yaza eləcə də bizim hamımızı yazır... Əbülfət həyatındanbəhs edir, gizli dünyasını, duyğularını, uşaqlığının bir hissəsini, gəncliyininehtiraslarını, ahıllığının düşüncələrini bizlərlə bölüşür, insan duyğularının ucsuz-bucaqsız çəmənzarlığındagəşt edir, məğrur, məsum, saf, gözəl, özünə güvənən, heç kimdən sözünü əsirgəməyən,güclü, hər işdən baş açmağı bacaran, azərbaycanlı xislətli lirik qəhrəmana şevrilir... Elə bilirəm ki,Əbülfət Mədətoğlunun bir qələm əhli kimi 60 illik ömrünün zəfəri də budur!..

Mənə elə gəlirki, Əbülfət bir insan kimi də, bir şair kimi də qəlbən ətrafına, mühitinə,elinə-obasına, yurduna-yuvasına vurğun adamdır.Onun məhəbbəti bambaşqadır, böyük məhəbbətdir... Bu sevginin aşkar ünvanını o, şeirlərində gizlədir, amma bu sevginin şeir adlananehramında yaşayır... Onun şeirinin istehzası da, avazı da, ağrısı da, əzabı da,sevinci də, qayğısı da, ehtirası da bu sevgiyə bağlıdır... Laqeydlik tamamilə,kökündən ona yaddır... Laqeyd adamın bu cür həssaslıqla yoğrulmuş yaradıcılığıolmazdı...

Ən çətin mənəviaşırımları aşan, öz müqəddəs, saf, məsum istəklərinin, duyğularının,arzularının arxasınca gedən şair-publisist, 60 yaşının dolaylarından boylananƏbülfət Mədətoğlunun yaradıcılıq, vətəndaşlıq əzmi oxucusunu qanadlandırır.Onun oxucusu kimin nə xoşbəxt edəcəyini, bağlı qalmış ürəyin açarının harada,kimdə olduğunun səmtini tapır, küt beyinli, düşünmək bacarığını itirmiş , biganəlikgirdabındakı insanların kütlə təsəvvüründən uzaqlaşır, yaxşının ardıncaqoşur... Ən gözəl mənəviyyat və əxlaq libasını geyinib, yaxşılığın əlindən tutaraq arxasına baxmadan Yaxşılığıniqliminə - qitəsinə doğru gedir. Onun poeziyasında zərrə qədər pafos yoxdur, təlaşdan uzaq həlim, isti,duyğulu lirizm Səkili bulağın şirin, Zəm-zəm suyuna dönüb təşnələrə ruh-canverir...


Əbülfət Mədətoğlunun məsuliyyət ruhlu, vətandaşlıq döyüntülüyaradıcılığı ilə tanış olduqca görürsən ki, onun üçün ən böyük mövzu insandır,parçalanmış Vətəndir, düşmən yesiri olan torpaqlarımızdır!.. Təbii odur ki,Əbülfət insanın düşüncələrini, istəklərini, xoşbəxtliyini, sevincini, kədərinihər şeydən üstün sayır, insanları suçlamır, yarğılamır. Sosial dünyanınbasqısının, misgin mühafizəkarlığıninsandan aşağı olduğunu gözlər önünə gətirir! Onun poeziyasının estetikası da,ab-havasınındakı fərqliliyi və fərdiliyidə ilk öncə diqqəti çəkən amillərdəndir.

Bunlarpoetik keyfiyyət kimi qarşılıqlı vəhdətdə, nəfəs-nəfəsə yaşayırlar... Onunpoeziyası həm estetik zövq verir, həm də yeni duyğu, yeni ovqat, bunlarla bahəmyeni fikir yaradır... Həm gündəlik qayğıları, həm ictimai-sosial bəlaları yadasalır, həm də bunlardan qurtulmaq hissini də yaratmağa müvəffəq olur... Ənbaşlıcası, emosional poeziya ilə rasional poeziyanın sintezində oxucusuna aktiv, eləcə də pozitiv, potensial enerjiötürə bilir, fərqli əhval atmosferi yaradır, az qala yaralara məlhəmə dönür...

XXXXXX XXX

Əbülfət Mədətoğluyaradıcılığının məqsəd və ideyasının məğzi, bizcə onun milli, azərbaycançılıqlaçuğlaşan türkçülük qayəsininardıcıllığında, xalqın mədəni irsinin müxtəlifsahələrini, bütövlükdə həyat tərzini təcəssüm etdirmək istəyindədir və bizə eləgəlir ki, o, bu istəyinə öz yaradıcılıq imkanları siferasında nail ola bilir...

Yaxşı cəhətinmühüm olanı budur ki, Əbülfət Mədətoğlunun poeziyası heyrətləndirir, güc verir,cəsarət yaradır, sosial boyunduruqdan çıxmağın heç vaxt gec olmadığını,arzuladığın həyatı yaşamaq üçün heç kimin əngəl yarada bilməyəcəyini, Azərbaycanadlanan məmləkətin bütövləşəcəyinə inamı aksiomaya çevirir!..

Maraqlı cəhətlərdənbiridə budur ki, Əbülfət ənənəvi mövzulara yeni gözlə baxa bilir, mühit və onunstatik qanunlarına, yaşam qaydalarına rəğmən, müxalif olaraq bunların novator estetikyozumunu tapır, təzə bədii ifadə vasitələri ilə süsləyə bilir ki, bu da onun təkrarsız fərdi üslubunu səciyyələndirir... Başqa sözlə, Əbülfət Mədətoğlu Allahdan gələn qığılcımı sözün-şeirin alovunaçevirmək cəhdində bulunur... Zənginpoetik material, min illik genlərimizi,yaddaşımızı oyatmağa qabil sözqığlcımları ilə idarə olunan ifadə vəibarələr bir qədər də, yandırıcı səviyyədə təsirli olur.

Əslində,Əbülfət Mədətoğlunun illər boyuyaradıcılıq fəaliyyətində sənət fədakarlığının bariz nümunəsini görürük... Belə bir ömrü yaşamaq sadə məsələ deyil, illərləzəhmət çəkərək, sənətin incəliklərini öyrənərək mümkün olur və bu zəhmətəyalnız əsl sənətsevərlər qatlaşa bilərlər...

Əziz qələmdostumuz, tanınmış şair, tədqiqatçı-jurnalist, publisist Əbülfət Mədətoğluna 60 yaşından da sonra 70-də də, 90-da dayeni-yeni sənət fədakarlığı və uğurları arzulayırıq!!!


Bir də onubilirəm ki, Əbülfət bəy uzun illərdir ki, fasiləsiz olaraq "Ədalət” qəzetindəlazımlı və nəcib bir işlə - jurnalist işi ilə məşğul olur!.. Amma, nəolur-olsun. Əbülfət Mədətoğlu ədəbiyyat məkanının adamıdır... Müasir ədəbiprosesi səciyyələndirən şəxsiyyətdir... Mən onda hədsiz impulsiv və emosional, ədəbigəncliyimizin əksəriyyətinə xas birenerji müşahidə edirəm... "Ədalət”qəzetinin elə bir sayı yoxdur ki, imzalı-imzasız onun qələminin təndirindənçıxan sözün bərəkətini görməyəsən... Bu "bərəkət” onun sözə sevgisindən və yüksəksəmimiyyətindən, nikbin ovqatından mayalanır... Onun, demək olar ki, hərşeirinin sonunda həyatsevər bir intonasiya səslənir... Əbülfətin əksərşeirləri mahiyyətcə, bu mürəkkəb, anlaşılmaz dünyada əsil insan axtarmağa həsrolunub... O, hər şeydən əvvəl İNSANIN – ÖZÜNÜN ruh halını, hiss və həyəcanlarınıəks edir, insanın əzab və sınaq dolu həyat yollarından bəhs edir...

XXXXXX XXX

Əbülfətin şeirləri həyatın əsasını təşkil edənreal məhəbbətin himnidir. Lirik qəhrəmanın dilindən bu himn paradoksal səslənsədə, sən bu paradoksallığın yaratdığıpoetik fəlsəfəni daxilən qəbul edir vəbütün bunlara öz həyat fəlsəfən kimi şərik olursan...

Bir mühüm cəhəti də qeyd edim, Əbülfət Mədətoğlu özədəbi "eqo”su olan ədibdir. O, bir çox hallarda eksiztensial çıxılmazlıqdan, həməsrininbulunduğu dərin stressli, gərgin emosional və psixoloji durumdan xilas yoluaxtarır. Mühitin sıxıntıları, insanın düşdüyü xaotik situasiya və daxili təlatümlərdüyünündən xilas yollarını arayır, axtarır... Uğurlu səmt, xilasedici kəmərtapmayanda dərdə, qəmə qərq olur...Bunu, patetikadan kənar, ənənədən bəhrələnən, amma tamamilə yeni lirizmləortaya qoyur...


Yeri gəlmişkən, Əbülfətin lirik qəhrəmanıdüşdüyü situasiyalarda təkcə kədərlənibağrımır, özünə əzab vermir, o həm də özünü fövqəlməqamda görməyi, lazımlılıqmissiyası daşıdığını dərk məqamında dayanır və hər iki psixoloji halda o,işıqlı və mərhəmətlidir...

Onun təsvir etdiyi, inandığı İNSAN ehkamdan uzaqdır, illuziyalarlayaşamır və onun xarakteri dərin məna və məzmuna, təbiətin bəxş etdiyi sağlam düşüncəyə, doğru mühakimə qabiliyyətinəmalikdir... Onun orjinal poetik təhkiyə ilə təsvir etdiyi obraz həzz üçünyaşamır, zövqə daha çox meyllidir... Olsa-olsa onun poetik qəhrəmanı mükəmməlliyinxiffətini çəkir, ətrafında kamillik və mükəmməllik yoxsulluğu onu qəmləndirir...

Poetikyaradıcılığının istər ideya-məzmun, istərsə də bədii forma axtarışları imkan verir ki, Əbülfət Mədətoğlubir Azərbaycan ziyalısı kimi ədəbi camedəki yerini bilsin və cəmiyyətqarşısında daşıdığı tarixi məsuliyyətini tərəddüdsüz, dərindən-dərin dərk etsin... Və bu cəhətdən onun öz fenomenologiyası var...

Bir şair-ziyalı kimi Əbülfət Mədətoğlu Azərbaycanın müstəqilliyini, bumüstəqilliyin get-gedə daha da möhkəmlənməsini, ölkənin əzmlə addımladığı demokratikinkişaf yolunu tərənnüm etdiyi kimi, müstəqilliyimizi, inkişafımızı gözü götürməyənləridə qınayır... Dünyaya gəldiyi diyarın – Qarabağın qeyri-adi gözəlliyindən, eşq-məhəbbət hisslərininmüqəddəsliyindən, dostluğa sədaqətdən, insanın mənəvi qüdrətindən yazanda daƏbülfət həmişə səmimidir. Və bu səmimiyyət onun şeirlərindəki poetexnoloji mükəməllikləehtiva olmasına imkan verir.


Heç şübhəsiz, poeziyada ənənəvi janrların"dil"i ilə həsbi-hal etmək zahirən adama asan gəlir, ancaq mahiyyətəvaranda görürsən ki, bunun da öz çətinliyi var. Ənənəvi və ya klassik janramüraciət tələb edir ki, mövcud poetexnoloji imkanlar sadəcə təkrarlanmasın, həmdə yeni əhval-ruhiyyə ifadə etsin, yeni söz deyilsin. Əbülfət Mədətoğlunun klassik şeirformalarında qələmə aldığı əsərlər üçün səciyyəvi əlamətdir ki, müəllif ümumən,"köhnə" janrı öz düşüncələrinin, ovqatının "dil"indədanışdıra bilir, orjinal bədii nümunələr yaradır.

XXX XXXXXX

Faktların dili ilə tanıtım lövhəsi – arayış:Əliyev ƏbülfətMədət oğlu- şair, yazıçı-publisist. 1959-cu il yanvarın 1-də DağlıqQarabağın Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur. Burada kənd orta məktəbinibitirdikdən sonra bir müddət fəhlə (1976-1980), "Təşviqatçı"jurnalında korrektor işləmişdir (1980-1981). Azərbaycan Dövlət Universitetinintarix fakültəsində təhsil almışdır (1981-1986). Eyni zamanda jurnalist sənətkarlığıkursunu bitirmişdir (1982-1984).

"Araz" qəzetində şöbə müdiri(1986-1988), "Qarabağ" qəzetində (1988-1990) və "Azərbaycanordusu" qəzetində (1990-1992) müxbir vəzifələrində işləmişdir. Hazırda"Ədalət" qəzetinin baş redaktor müavinidir (1992-ci ildən). AzərbaycanRespublikası Prezidentinin 21.07.2010-cu il tarixli Sərəncamı ilə Əliyev ƏbülfətMədət oğlunaAzərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə"ƏməkdarJurnalist”fəxri adı verilmişdir.

Bədii yaradıcılığa orta məktəb illərindənbaşlamışdır. İlk mətbu şeri "Kəndim" "Araz" Füzuli rayon qəzetindəçap olunmuşdur. Bundan sonra "Azərbaycan", "Ulduz", "Təşviqatçı"jurnallarında, "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi","Azərbaycan pioneri" qəzetlərində vaxtaşırı çıxış etmişdir. "Səməninəğməsi", "Nilufər çiçəyi", "Dərdini danışan adam","Nişanə", "Ehtiyacın elçi daşı", "Döymək istədiyimqapılar", "Allah, məni unutma", "Ürəyimdəki sənsən","Yananməktub”,"Ağacların şarkısını yapraklar okuyor","Hərgörüşbirümiddir","Sevgipıçıltıları", "Yananməktublar", "Mənimkimisevəbilsən","Gözləyənimvar", "Ürəyim sənlə danışır" şeirkitablarıvə"Qəhrəmanİbad", "Zəhmlipolkovnik","Üfüqdəgörünənadam"sənədlipovestləri və digərkitabları işıq üzü görüb. Türkiyədə - Ankarada, İstanbulda kitabları nəşrolunub... Yazdığı şeirlərə tanınmış bəstəkarRazim Paşayevmusiqilər bəstələyib...


Onun poeziyası vaxtaşırı diqqətdə olub. Görkəmli,tanınmış qələm dostları, tənqidçilər, oxucular onu yaradıcılığı haqqındasamballı məqalələr yazıblar, qiymətli fikirlər söyləyiblər. BəxtiyarVahabzadə, Nizami Cəfərov, Rüstəm Kamal, Nizami Tağısoy, Vaqif Yusiflinin, eləcədə, Aqil Abbas, Ramiz Rövşən, Tofiq Abdin, Seyran Səxavət, Vaqif Bəhmənli, QəribMehdi, Barat Vüsal, Bahar Bərdəlin, Flora Xəlilzadənin və digərlərinin fikirlərinəsöykənib bu qənaəti dilə gətirirəm və ədəbicamedə onun qayim-qədim birmissiyanın daşıyıcısı kimi xətir-hörməti, dəyərverilən məqamı var...

XXXXXX XXX

Beləliklə,bu arayışı ümumiləşdirsək, görərik ki, Əbülfət Mədətoğlu keçən əsrin 80-ci illər ədəbi nəslinə mənsubdur.70-ciillərdə ali təhsil alıb, ara-sıra şeirlər yazsa da dövrü mətbuatda ilk şeiri1981-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunub. İlk kitabıisə 1989-cu ildə "Yazıçı" nəşriyyatında işıq üzü görüb. Müstəqillikilləri dövründə isə "özünü təstiq” və "özünü dərk” mərhələsini fəth edərək,poeziya məkanında öz ləyaqətliyaradıcılıq imkanları ilə qərarlaşıb, ədəbi camemizdə öz yurd-yuvasınıqurubdur...

Bu faktlardan da göründüyü kimi, Əbülfət Mədətoğlumaraqlı bir ömürlüyə və yardıcılıq yoluna malikdir...

İllərin ələyində
Əridi getdi ömür.
Bir ağrı bələyində -
Kiridi, getdi ömür!

Əli ələ yetməmiş,
Üzündən su getməmiş,
Uşaqlığı bitməmiş -
Yeridi, getdi ömür!

Yar dilin öyrənəndə
Özünə öyrədəndə,
Sevgisin göyərdəndə -
Çürüdü getdi ömür!

Haradasa oxumuşdum ki, insanda nələr həyəcan yaradır? Və bu sualın təxminəncavabı belə idi ki, həyəcan anlayışı özündə müxtəlif mənaları ehtiva edə bilər.Məsələn, həyatın mənasını bilməmək həyəcanı, anlaşılmamaq, başa düşülməmək həyəcanı,istedadlı olub-olmadığını müəyyən edə bilməmək həyəcanı, düzgün seçim etmək,doğru qərar vermək həyəcanı, yadlaşma, unudulma, uğur qazana bilməmə həyəcanı,sevincin, kədərin doğurduğu həyəcan və ən dəhşətlisi ölüm həyəcanı... Bütün buhəyəcanlar daim, yaşadığımız, nəfəs aldığımız, düşündüyümüz hər an bizi təqibedir. Biz özümüz öz təqibimizə məruz qalırıq və poeziya bu həyəcanlar silsiləsiniizləyərək bizləri ovundurur. Əbülfətinpoeziyası, əslində, insan yaşantılarının – həyəcanlarının poetik ifadəsininsilsiləsidir…

Nə kəndimvar, nə evim
Hansı qapını döyüm?!
Neçə günlük qonağam-
Nə bilim, necə deyim?!


Dərt içimdə çayırdı
Dörd yanıma yayıldı...
Günlər ömür sayıldı-
Ağ yuyum, qara geyim!..


DilimdəVətən şüar
Dar olubdu, dünyam dar!
Bir loxma şor-çörək var-
Durum, zəhəri yeyim...

Əbülfət "Mən çıxıb gedəcəm” (2015) essesindəyazır: "Bütün yazı boyu müxtəlif yanaşmalara söykənib ifadə etməyə çalışdığımfikrin əsas qayəsi insanın arzu olunan və yaxud olunmayan durumudu. Bu da səbəbsizdeyil. Təbii ki, mən bütün səbəbləri öncə hər kəsin özündə, öz əxlaqında,davranışında, həyat tərzində, dünyaya baxışında, xüsusilə adamlara münasibətindəgörüb, anlayıb, dəyərləndirməyə çalışmışam. Mən istəmişəm ki, özüm özümüolduğum kimi təqdim etməklə qarşı tərəfin münasibətini qazana bilim, nəyə layiqəmsəonu alım.”


O, bu istəyinənail olur və bu istəyinə nail olmaq üçünƏbülfət orjinal obrazlar, ifadələrtapır, folklor motivlərindən bəhrələnir və ona yeni məna çaları verir. Eləmisal gətirdiyimiz essesində yaradıcılığının bu mahiyyətini belə etiraf edir: "Mən zaman-zaman yazılarımın əksəriyyətində xalqdan gələn deyimlərə,inanclara, hətta atalar sözlərinə belə çox böyük önəm vermişəm. Onlardan yerindəistifadəyə məqamında yararlanmağa çalışmışam və bunu da özümə mən bir mənəvi, əxlaqibir borc saymışam, həm də bu mənim üçün bir stimul olubdu. Bilmirəm, bu qənaətimdənə qədər haqlıyam, amma bildiyim bir məqam var ki, o da yazdıqlarımın hamısınınöqtə-vergülünə qədər ürəyimdən qidalanmasıdı. Yəni mən ürəyimin dedikləriniyazmışam. Elə indi də onları yazıram...”Əbülfət sözdən şeir pətəyinə bal, ürəyini kirkirə edib dərd dənindən fikir çəkir:

Gülüb sevinmə, dedin ki,
Arıyam, şirə çəkirəm.
Bilmədin ki, ürəyimdə
Hər gün kirkirə çəkirəm!

Təkcəbircə şeirindəki bir poetik detala diqqət yetirək... Məlum məsələdir ki, yaylığı günə sərərlər, günü isəharasa sərmək olmaz. Amma bu ifadəni Əbülfət Günəş mənasında yox, yaşadığımızgün mənasında işlədir, hər iki mənanın qovuşuğundan "Günü hədər yaşadıq” ifadəsini"Günü sərib hədərə” təkin orjinal ifadə-obraz yaradır, "Qədərə boyun əymək”fikri də inancımızdan gəlir, sonra nağıllrımızda olan "Yeddi qardaşın birbacısı” olmaq xoşbəxtliyini "kədər”i ipək tülünə bürüyərək "Əbülfəti yaşatmaq əlacı” olan sevginin"yeddi qardaş (yeddi təbəqə) kədərə bir bacı olan sevgisinin bitdiyini – qurtardığını sözün bədii-poetik məqamında belə təqdim edir:

Günü sərib hədərə
Boyun əydi qədərə...
Yeddi qardaş kədərə -
Bir bacı - sevgi bitdi...

Ümumiyyətlə,Əbülfət Mədətoğlunun bu ahıl yaşa qədəm qoyduğu illərdə belə, bir gənclik eşqi,ehtirası ilə, heç bir ərgənin yaşayabilmədiyi sevgi, məhəbbət hisslərini, duyğularını orjinal, təp-təzə, olduqca təsirli,oxucusunu həyəcanlandıran poetik faktaçevirməsi heyrətlə bərabər, xüsusi rəğbət doğurur. O sanki, XXI əsrdə sevginin,məhəbbətin yeni ladda, yeni müstəvidə məna çələngini yaradır, onun fəlsəfəsiniaçır, sanki, müasir gənclərə sirayət etdirmək istəyir ki, əsil məhəbbət budur vəsevirsənsə belə sev, belə sevin, belə əzab çək, kədərdən cild-cild "Ümid” kitabı yarat, məhəbbətdən yaranan kədəri "qana düşsəndə” müqəddəs kədər kimi yaşa:

Sən bütün ümidlərin
Qapısın kilidlədin.
Qopmuş vərəqlərini
Topladın, cilidlədin -
kədərin...

...Bu sevginin hər anı
Məni aldı qoynuna.
Yerdə qoyma bu qanı
Sən onu yıx boynuna -
kədərin...
XXX XXX XXX
Əbülfəti "Sevgi planetinin şairi”adlandırıblar (Barat Vüsal). Əbülfətin məhəbbət lirikası təsirlidir, yeniovqatdadır, Füzuli babasının məhəbbət lirikasının XXI əsrdəyeni janrda, yeni təşbeh və bənzətmələrdə yeni təzahürüdür. (Deyəsən,"yeni” sözünü çox işlətdim və bu mənlik olmadı...).

Əbülfətin bu janrda yazdığı şeirlərin heçbirindən yan keçmək olmur, hansına göz yetirirsən, hansına əl uzadırsan səni ovsunlayır... İstəyirsən iki misra, bir bənd misal gətirəsən,bu da mümkün olmur, gərək şeiri bütöv gətirəsən, bu da məqaləyə sığmır...

Əbülfətin məhəbbət elçisi ürəyi olduğu kimi ("Halım, günümortadadı, Gün verəydin, gün görəydim. ...Ürəyim ki, elçin olub, Özgə kimi göndərəydim?!)mən də onun məhəbbət lirikasının oxuculara elçiliyini edirəm, yaxşısı budur,özünüz oxuyun... Onun poeziyasının pərdəsini qaldırıb, özü dediyi kimi, ruhunungözünə baxın:

Pərdəsinqaldırıb cismin
Ruhunun gözünə baxdım...
Kirpiyində damla idim -
Yanağın aşağı axdım...

Oxucular, əsasəndə gənclər Əbülfətin "Cəzayam sevdiyim qıza” (2017) şeirlərkitabını oxusalar, güman edirəm ki, mənə haqq qazandırarlar... Necə ki, bukitab barəsində məqalə yazan, tanınmış yazıçı-jurnalistFlora Xəlilzadənin bu fikirlərinə mən haqq qazandırıram və Əbülfətin şeirlərinioxuyanda təxminən, yox, eləcə eyni hissləri mən də keçirirəm: "Həmişəki kimi şair qardaşımməni yenə kövrəldə-kövrəldə heyrətləndirdi. Onsuz da bilirdim ki, Əbülfətinşeirləri yenə ruhumu titrədəcək. Nə gizlədim, Əbülfətin şeirlərini sakit ürəkləoxuduğum yadıma gəlmir. Onun şeirlərində həmişə ruhumun çırpıntısını eşitmişəm.”Bəli, Əbülfətin şeirləri eləcə, öz yazdığı bu bənddəki obrazkimidir, təmiz, məsum və "yaxasını yel belə açmayan” bakirə:

Hələmürgülüdü bu qız,
Hələ yuxusu qaçmayıb.
Hələ kirpiyi şehlidi,
Meh də yaxasın açmayıb.

Onun bir şoxşeirləri, elə məhəbbət mövzulu, təbiət mövzulu şeirləri də, ictimai məzmun kəsbedir, şairin poetik üzüntülərinə çevrilir, yaşadığı acıların, müşahidə etdiyihaqsızlıqların əzabını daşıyır:

Yoruldum ürəyimin

Qarşısındadurmaqdan.

And içib sağəlimi–

Mən üzümə vurmaqdan.

Yoruldum bağışlanıb

Güzəştlərdənsınmaqdan...

Yoruldumsevilməyib–

İçimdə qırılmaqdan!

Yoruldum arzuları

Özümlə daşımaqdan...

Puç olan xəyalyüklü–

Həyatı yaşamaqdan.

Əbülfət həyata,dünyaya, insanlara, mühitə, ətrafına, ürəyindəki "ismi pünhana” sevgi şairidir,məhəbbət şairidir. Düşündürən saf duyğular şairidir. Mərhum xalq şairi Zəlimxan Yaqub onun şeirlərinin bucəhətini belə mənalandırmışdı: "Uca tanrı sevgini insanlara dünyanı dərk etmək üçün göndərib, göndəribki, insan həmişə diri və duru, pak və təmiz, zərif və həssas olmağı, öz gəlişiylədünyanı gözəlləşdirməyi bacarsın. "Min Əbülfət qəlpələnsin ki, bir məhəbbət varola bilsin.” Yer üstə möhkəm dayanmaq üçün də, göy üzünün qapısını açmaq üçün dəinsana-xüsusən də şairə böyük sevgi gərəkdi.”

Əbülfət Mədətoğluböyük sevginin qədrini bilən, onu yaşayan, onu müqəddəsləşdirən real, həyatdannəşvü-nüma tapan sevginin, məhəbbətin poetik tərcümanıdır. Əbülfət müasirdövrün məhəbbətinin Məcnun qəhrəmanıdır – Məcnunudur və bunu onun məhəbbətlirikası da, özü də təsdiq edir:

Özümü Məcnunbildim, –
Bitməyən dərdə dözümdə…
Bir şair gözümdə öldü –
Bir sevən isə özümdə!..

Birdən də Şeyx Sənan tipinə dönür:

Batıb aha, günaha,
Əlin açıb Allaha…
Dinindən dönüb daha –
Bax, keşişdi ürəyim.

Əbülfət "Ürəyim sevgi kitabı”dır - deyir… Həqiqətəndə bu belədir!! Məhəbbət, istək,vurğunluq, səmimiyyət onun şəxsiyyətinin və poeziyasının canıdır, qanıdır,"içindəki səsdir”, "aldığı nəfəsdir”, "sabaha həvəsi”dir:

İçimdəki səsdi O,
Aldığım nəfəsdi O…
Sabaha həvəsdi O –
Ruhumda, canımdadı…


Əbülfət Mədətoğlu"Zaman yükü”(2018) – esse-məqaləsində yazır: "Hər zamanın öz yükü var. Bu yük zamanın boynunda olmur... ovcundaolmur.. Heç onun harda yerləşdiyini, harda əyləşdiyini də bilmək mümkün deyil.Bircə o bəllidir ki, zaman öz yükünü bizlərə yükləyir. Və biz də bu zamanın içərisindəolduğumuzdan o yükü daşıyıb aparmaq zorundayıq nəfəsimiz çatan yerə qədər...”Əbülfət də, zamanın – poeziyanın yükünü bir Sizif inadkarlığı ilə çiynində, yəniki, qələmində daşıyan, ələm üstünə cəsarətlə gedən şairdir:

Mənçırpıb tökürəm fikir yükümü

Kağızüzərinə, qələm üstünə...

Hərgün də gedirəm gözüyümülü -

Fərqinəvarmadan ələm üstünə!..

XXXXXX XXX

Əbülfətinşeirləri, dediyimiz kimi, assosiativ lirikadır, yəni hər bir oxucusunda uyğun ruh, əhval, yozum oyadan lirikadır…Oxucuya da, tənqidçiyə də fikri-hissi improvizə imkanları açan lirikadır… O SÖZƏ səcdə edir, SÖZÜ Tanrı məqamında görür:

Gedim sözündalınca
Nökər kimi, şah kimi.
Səcdəsində dayanım,
Sözün də Allah kimi!

Və yaxud,SÖZün əbədiyyət funksiyasını İmadəddin Nəsimi babası sayağı, o ritmdə, o avazdabelə dərk edir:

... İçimdə söz, sözdə mənəm,

"OL", oldan əvvəlki sözdənəm,

Söz ölməsə mən ölmərəm,

Gəldim sözlə sağ qalmağa.

Elə bu keyfiyyətinə görə Əbülfət Mədətoğlununson mərhələ poeziyası həmişə oxucu diqqətində olur və Əbülfət bir çox qeyrilərikimi, düşünürəm ki, oxucu qıtlığı çəkmir, oxucuların kumirinə çevrilən sənətadamıdır…

Dan yeri ləng sökülür

Mən necə görüm səni...

Günəş yatanda Ay ol -

Mən gecə görüm səni...

Məsələn, bu bəndin (təkcə bu bənddəmi?!)min-bir oxucusunda min bir yozum, min bir çözüm, duyğu, hiss yarana bilər… Və yəqinki, yaxşı şeirin magik yükü, enerjisi də buradadır… Poetik sözün sonsuz, sərhədsizyozumunun, çözümünün sirri də buradadır… Əbülfət üçün poeziya, şeir Tanrıpıçıltılarıdır: