adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Aprel 2014 12:18
17394
MƏDƏNİYYƏT

Əbülfəs Qarayev: “Abidələrə nəzarət edə bilmirik”

"Dağlıq Qarabağ ərazisində olan tarixiabidələrin taleyi bu gün də əsas müzakirə mövzusudur. Həmin ərazidə olan tarixiabidələrə bizim nəzarətimiz mövcud deyil”.

Adalet.az-ınməlumatına görə, bunu bu gün Bakıda keçirilən Beynəlxalq Abidələr və TarixiYerlər Günü münasibəti ilə İCOMOS Azərbaycan Milli Komitəsinin təsisi üzrəTəşəbbüs Toplantısında Azərbaycanın mədəniyyət və turizm naziri ƏbülfəsQarayev deyib. Nazirin sözlərinə görə, beynəlxalq ictimaiyyət həmin tarixi abidələrintaleyindən xəbərdardır: "Azərbaycan qeyri-maddi mənəvi irsin qorunmasındaYUNESKO, Avropa Şurası və başqa beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Birneçə dəfə Azərbaycana işğal olunmuş torpaqlarda tarixi abidələrin vəziyyəti iləməşğul olan beynəlxalq qurumu dəvət etmişdik. Lakin işğalçı dövlət olanErmənistanın qeyri-konstruktiv mövqeyinə görə bu planlar həyata keçmədi. HəmBirləşmiş Millətlər Təşkilatı, həm də YUNESKO səviyyəsində işğal olunmuştorpaqlarda tarixi abidələrin vəziyyəti problemi daim qaldırılır. Bu, aktualməsələdir və daim bizim gündəliyimizdədir. Mətbuatda yayılan məlumatlardangörürük ki, işğal olunmuş torpaqlarda olan tarixi abidələrin vəziyyəti nəinkiAzərbaycanı, həm də dünya ictimaiyyətini narahat edir”.