adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Oktyabr 2018 10:56
15461
ƏDƏBİYYAT

Əbədiyyətdəki Məmməd Araz ünvanı -Orxan Saffari


14oktyabr kimlər üçünsə adi, kimlər üçünsə tarixə yazılmış bir gündür. Amma bugün əslində, Məmməd Arazın adıyla bağlıdır, onun doğum günü ilə əlamətdardır.Deməli, Məmməd Araz Günüdür.

O Məmməd Araz ki, sağ ikən qazandığı sevgini bu gün də məzarınınbaşında görür. Sabah da görəcək. O Məmməd Araz ki, onu fəxri adlarla,titullarla təqdim etmək istəmirəm. Çünki Məmməd Araz bütün mükafatlardan,adlardan, laueratlardan ən azı bir Araz boyu yuxarıda durur.

Tarixin Məmməd Araz günündə yaxınları, onu sevənlər, oxucular,yazıçılar, şairlər, bir sözlə, Məmməd Arazı bilənlər və sevənlər məzarı başınayığışıb, ləyaqət simvolu bu şairi yad etdilər.

Mən hamıdan əvvəl gəlib, Fəxri xiyabanı gəzdim.

Nədənsə, bura hər gələndə eyni həyəcanı, eyni qürur hissinikeçirirəm. Məzarların yanından keçdikcə bir anlıq o ölməz dahilərin məniizlədiklərini düşünürəm. Onların məzarı belə, insana xoş təsir bağışlayır.

İçəri girən kimi üzbəüz dayanan dahi şair, mübarizə simvolu,Xəlil Rza Ulutürkün büstü gözlərimin önünə mübarizə gətirir.

Ondan solda isə sözün canlı və heykəl formasında bəşəriyyətəqollarını açmış əfsanəvi Rəşid Behbudovun abidəsi dayanır. Həmin an qulağımdada "Küçələrə su səpmişəm”, "Lalələr” musiqisi canlanmağa başlayır. İsmayılŞıxlının, Süleyman Rüstəmin, Üzeyir Hacıbəylinin, Şövkət Ələkbərovanınabidələrilə göz-gözə gəlirəm. Bəşir Səfəroğlu, Cəfər Cabbarlı, Cabir Novruz,Ziya Bünyadov, Fikrət Əmirov, Maqsud İbrahimbəyov... Məzarlarının yanından keçsəmdə, onların əslində, ölmədiklərini, əbədi bir ömür yaşadıqlarını düşünürəm ki,bu, həqiqətən belədir.

Məmməd Arazın məzarına tərəf boylananda artıq adamlarınyavaş-yavaş gəldiyini müşahidə edirəm. O da fiziki ömrünü yaza-yaza başa vurub,ədəbi yaşamaq üçün aramızdan ayrıldı.

Dahilərin məzarlarını ziyarət etmək istəyi məni bir neçə dəqiqədə gəzməyə vadar edir. Yenidən geri qayıdıb, Yusif Səmədoğlu ilə qarşılaşıram.Gözümdə nələr canlanır, nələr...

Hər biri Azərbaycan tarixində, musiqisində, ədəbiyyatında, incəsənətində,ümumiyyətlə, Azərbaycan yolunda iz qoymuş bu dahilərin qəbirüstü abidələri əslainsana məzarlığı xatırlatmır. Əsərlərini sevə-sevə oxuduğun, musiqilərinidinlədiyin bu şəxsiyyətlərin məzarını ziyarət qəribə bir enerjini adamındaxilinə ötürür.

Elə bu dəm bir türkiyəli yaxınlaşıb Müslüm Maqomayev və CəlilMəmmədquluzadənin məzarı ilə yanaşı şəklini çəkməyimi istəyir. Daha sonra isəinsanların nə üçün toplaşdığını soruşur. Məmməd Arazı tanısa da, yaradıcılığıilə dərindən tanış olmadığını bildirir və elə buna görə də anım tədbirinəqatılmaq istədiyini deyir. Məmməd Arazın məzarına qədər olan bu kiçik məsafədədigər dahilər haqqında ona məlumat verə-verə yaxınlaşıram insanların yanına.

Çox keçmir ki, şairin həyat yoldaşı Gülxanım Fətəli qızı, İradəxanım Tuncay, Cəfər Quliyev, Aqil Abbas, Rəşad Məcid, Qardaşxan Əzizxanlı vədaha neçə söz-sənət adamı şairin məzarı önündə bir araya gəlir.

Anım tədbirinin aparıcısı Q.Əzizxanlı Məmməd Arazın həyatından,yaradıcılığından danışır, xatirələrini bölüşür.

Mən isə tez-tez dönüb yanımdakı türk vətəndaşına onun başadüşmədiklərini tərcümə edir, əlavə məlumatlar verirəm. O, heyrətini gizlədəbilmir.

Söz Aqil Abbasa verilsə də, o, öncə ağsaqqalın - Məmməd Arazındostu, həkim Cəfər Quliyevin danışmasını istəyir.

C.Quliyev uzun illər dostluq etdiyi şairlə bağlı xatirələrinidilə gətirir, onunla keçən zamandan söz açır. O danışarkən, nitqindəki həyəcandiqqətimdən qaçmır.

Rəşad Məcid çıxışının əvvəlində şairin yaradıcılığına istinadedir, sonra Məmməd Araz şəxsiyyəti və irsindən söz açır, onu şəxsən tanıdığınagörə özünü xoşbəxt saydığını deyir.

Şairin məzarı başına toplaşan digər insanlar da Məmməd Arazhaqqında düşüncələrini, xatirələrini paylaşırlar.

Gözlərimi şairin məzarına düzülmüş güllərə zilləyib, dodağımın altındaonun öz şeirini pıçıldayıram:

Nə çiçək, nə sancaq oldum yaxanda,
Bir ömür yaşadım -əkinçi ömrü.
Qalır sel ağzında, çayqırağında
İkinci həyatım, ikinciömrüm...


525.az