adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Iyul 2020 18:07
65335
ƏDƏBİYYAT

Əbədi və ədəbi ehtiyac - Pərvanə Bayramqızı yazır

Seçdiyi sənətin dərinliklərindən xəbərdar olub,yaratdığı işlərlə tanınan kəslərə öz adıyla deyil, "ay usta” deyə müraciətedirlər. Onların adları da, soyadları da "usta” olur. İş görən hər adama da usta deməzlər. Usta gərək ustaolsun. (Allah naşısından saxlasın.) Ədəbiyyatın da "söz ustaları” var.Hazırcavablığı ilə seçilənə, məntiqli fikir söyləyənəxalq özü verir bu adı. Yazıçı da söz ustasıdır. Daş kimi sözlərlə işləməkelə də asan deyil, gərək onları daşyonan balta ilə (redaktə) elə düzəldə ki, ürəyəyata.

Yazmaq özünütəqdimetmə deməkdir. Digər tərəfini nəzərəalanda da başqasının həyatına ədəbi müdaxilədir. Onda yazıçıları "ədəbi vəkillər”də adlandırmaq olar. Onlar da insanların problemlərini çözməyə çalışırlar. Ağırmövzuların "yükünü daşıyır” üstəlik başqalarını da buna sövq edirlər. Dost-tanışın,yad insanların həyatında baş verənlər yazıçı aləti ilə yonulub müxtəlif"fiqurlara” salınır.

Yazan şəxsin sirri olmur. Ürəyində nəyinsə yığılıbqalmasına özü imkan vermir. Duyğu, arzu, təxəyyül, müşahidə, nə olsa çəkib qələməgətirir. Onlara "bel bağlayıb” başına gələni söyləmək "riskdir”. Özlərinin hərşeyini sözə çevirən özgəninkinə dastan qoşar. Bir də gördün danışdıqların odurey el-aləmin dilində oba-oba, ölkə-ölkə gəzir.Özü dəmüxtəlif dillərə çevrilərək.

Yazıçıya yazmağı qadağan etmək bilirsinizmi nəyə bənzəyir?

Bunu dərindən hiss etmək üçün ya empati hissingüclü olmalıdır, ya da gərək özün yaşayasan. Primitiv nümunə sayılsa da müqayisəüçün əlverişli olduğundan deyim ki, bu suda yaşamaq üçün yaradılmış balıqlarınquruya buraxılıb çabalamasına tamaşa etməklə eynidir.

Çabalamışam illərlə... yazmaq mənim üçün asanolmayıb. İstedadla iş bitmir. Heç zəhmətin də bəzən rolu olmur. Yazmaq üçün ən əsasyanlış məkandan, yanlış insanlardan uzaq durmaq vacib imiş.

Deyirlər Emil Zolya yazanda özünü stula bağlayırmış. Bunun hansı zərurətdənirəli gəlməsini düşünməyə, təhlil etməyə gərək yoxdur. Yazıçı hər cür qeyri-adikeyfiyyətə malik olur və olmalıdır. Əslində yazıçılara xas olan cəhətlərqeyri-adi hesab edilməməlidir. Bu onlar üçün adi davranış qaydalarıdır. Biryazıçı hamının şənləndiyi məclisdə qanıqara olur və qəfildən çıxıb gedirsə, demək,ətrafındakılardan fərqli olaraq o özüdür. Ona xoş olmayan nələrsə var, hissedir ki, həmin an vaxtını düzgün dəyərləndirməyib, yanlış məkandadır. Bu "səhvini”düzəltmək onun üçün asandır. Olduğu yeri tərk etməklə hər şeyi qaydasına salır.Təbii ki, üz tutacağı ünvan yazı masasıdır. Onu görəcək, toxunacaq, özünü o məclisdəkindəndə gözəl yerdə hiss edəcək. Bəlkə, lap elə stulun altında yazan yazıçı da var.Bütün bunlar könlünü sözə vermişlər üçün adi şeylərdir. Ən gözəl dünya sənətkarlarındünyasıdır, istər şair, rəssam, istərsə də yazıçı, musiqiçi olsun. O dünyayaonların özlərindən başqa milyon insan şərik olur, hətta əllərindən də alırlar,sevənlər də, tənqid edənlər də olur. Bütün bunlar yazarkən, çəkərkən, bəstələyərkənonların ağıllarından keçmir. Bilmirlər əsərlərinə görə onları sevəcəklər, yoxsalənətləyəcəklər. Bildikləri bircə şey var – yaratmaq.

Vladimir Nabokov deyir: "Mənimyaradıcılığımda əhvali-ruhiyyə ön planda durur. Kefim var, yazıram, yoxdur,yazmıram. Romanlarımın ideyası gözlənilmədən doğulur. Bir dəqiqənin içində. Qələmialıram əlimə, hər şey başlayır vərəqə axmağa. Roman əvvəlcə beynimdə yazılır,qalır texniki prosesi yerinə yetirib, onu vərəqə köçürmək. Zənnimcə, yazıçı qəhrəmanınıaddımbaaddım izləyib özünü onun vəziyyətinə gətirirsə, uduzur. Qəhrəmanı rahatburaxmaq lazımdır. Qoy öz bildiyini eləsin. Elə yazıçılar var ki, bu işə sənətkimi baxırlar, hər gün əyləşib 5-10 vərəq yazmağı borc bilirlər özlərinə. Məsələn,mən bəzən 12 saat oturub yazıram, bəzən də aylarla yazdıqlarımı düzəldirəm. Biraz tənbəlliyim də var”.

Bu da bir üslubdur.

Böyük ingilis şairi Con Milton (1608-1674) başını arxa tərəfə əyməmişşeir yaza bilməzmiş.

Heminquey - ayaq üzrə duraraq, Bethoven - otaqda gəzişərək düşünüb,ideyanı formalaşdırıb yalnız ondan sonra kağıza köçürərmiş.

Çarlz Dikkens yazı masasının arxasında əyləşərkən üzünü şimal tərəfəçevirərdi. O belə zənn edirdi ki, Şimal qütbünün maqnit sahəsi yaradıcılığamüsbət təsir edir.

("Kayzen” – İlyas Həsənov,Ellada Həziyevanın "Əslində onlar kimdir?” kitabından)

Fərqli üslublardan çox yazmaq olar. Nə qədər yazan varsa bir o qədərdə üslub var. Yazıçının payına dünya malından beş-on kəlmə söz düşüb. Onu necəişlədəcəyi istedadından asılıdır. Ya korlayacaq, ya da sözə həyat verəcək.Onların istədiyi təkcə dinclik və yazmaqdır. O qədər də böyük istək olmayan buməqamı hər dəqiqə tapmaq olmur. Məsələn, mənə hələki istədiyim anda masayayaxınlaşıb yazmaqqismət olmayıb. Nə qədər qəribə görünsə də bu"pis şey”– yazmaq mənim ən böyük qəbahətim olub. "Suçlu-suçlu yaşamışam”. Bu"suçumun” üstündə o qədər danlanmışam ki, sıxıntıdan əksər vaxt yaza bilməmişəm.Müti tərzdə qələmi əlimdən qoymuşam. Yazmamaq üçün Cabir Novruzun təbirincə desəm"otağımda gizlənmişəm”, "qabıq verib dəyişmişəm”. Yaza biləcəyim ən gözəlyazılarım o məqamlarda məhv olub. Yazmağı "tərgiyərkən” bilmədim ki, bu itaətkarlıqbir gün üsyana dönəcək. Bu qədər məhrumiyyətlərlə barışmağın bir üsyanı olacaq.Ana bətnində diri-diri məhv edilən körpələr kimi bütün istəklərim ürəyimdəcə qətləyetirilirdi. Əvvəl-axır o iztirablar etiraz olacaqdı. İyirmi ilə yaxın vaxt ərzindənələr etmək olardı?

"Yazmaq mənim üçün əzabdır, amma bu əzabla yaşamağa, bununla ölməyəhazıram. Hər yazımla birgə yenidən doğulur, tirajlanması həvəsindən ilk qədəmləyeriyir, oxunduqca dil açıram. Mənimçün ən gözəl yer yaza bildiyim məkandır, oyer daşların üstü olsa belə. Yazılarındoğum şəhadətnaməsi olsaydı, ünvan olaraq oraya daha çox "dizimin üstü”, "solovcum” qeyd edilərdi. Təkcə beynim, ürəyim və əlimlə deyil, ömrümlə yazıram.Ömrü ilə yazmaq yaşadığına sevinmədən, ölmədiyinə şad olaraq,"suçlu-suçlu” yazmaqdır. Bu suçun nədənibarət olduğunu bilmək istəyirsinizsə...” Bu cümlələr "Yaza bilməyən yazıçı”adlı kitabımın cildində qeyd edilib. Xatırlamaqla yazmağın mənim üçün nə deməkolduğunu diqqətə çatdırıram. Yazmaq mövzusunda xeyli mətnim var. Görünür, istədiyimkimi alınmayıb deyə hələ sakitləşə bilməmişəm. Seyran Səxavət deyir ki, xalqbirləşəndə güclü olur, yazıçı təklənəndə. Elə bilirəm bu fikri mən söyləmişəm.Ürəyimdən xəbər verir. Bu yöndən yanaşanda deyirəm yaxşı ki, məni təklədilər.Bu dəfə alınacaq.

Emil Zolyanın yazarkənapardığı əməliyyatı mən ətrafımdakıların üzərində tətbiq etmək istəyirəm. Bunuetməyə o qədər səbəbim var ki. Hələ ürəyimdən ağızlarına yapışqan vurmaq dakeçir. Qəddar sanmayın, yazmamaq üçün mənə törədilən maneələri bilsəydiniz beləyüngül cəza növü istədiyim üçün təəccüblənərdiniz.

Bircə səhifə yazı üçün bəzən HenriToro kimi meşəyə yollanmaq da istəmişəm. Hara olur-olsun, necə olur-olsun təkiyaza bilim. Bu qədər sıxıntı içində Nitsşenin "öləndən sonra doğulmaq” fikrinə arxalanaraqyazıb-yaradıram. Bəlkə də, özüm haqqında yüksək fikir oldu, amma ümiddir də kimənə zərəri var ki. Sokrat deyir məqsədsiz və iradəsiz adam sükanı və kompasıolmayan gəmiyə bənzəyir, küləyin səmti dəyişdikcə onun da istiqaməti dəyişər.(Bu məqamda sərf eləmir deyə Oşonun məqsəd haqqında dediyi fikirləri yazmıram.)Bir yaxşı cəhətim var ki, inkişaf etməyə əqidəmi, prinsipimi dəyişmədənçalışıram. Bəzən həddən çox utancaq olduğum, həqiqət axtardığım üçün"dilli-dişli” (daha doğrusu sırtıq) adamlarla sözüm tutmur. Mənim onlara simpatiyamolmayıb, onlar da pis niyyətlərinə mane olacam deyə məndən qaçıblar. Maddi çətinliklərədözümlüyəm, nəyim olsa ona qane oluram, heç kəsdən təmənna güdən deyiləm.Çatışmayan cəhətim insanların pis tərəflərinə dözümsüzlüyümdür. Dərdi yıxmağagücüm çatdığı halda, paxılın, saxtakarın üzündən ruhdan düşürəm. Platonun "Bədəniöldürənlərdən çox ruhu öldürənlərdən qorxun” fikirləri ilə tanış olmadığımvaxtlardan bu cür insanlardan qorxmuşam. Bilmişəm ki, belələri nəyin səni üzəcəyini,ruhdan salacağını bilir və o hərəkətə qəsdlə yol verir ki, istəyinə nail olsun.Mənəvi müharibələrdən keçə-keçə, böyük arzularımı, hisslərimi qurban verə-verəgəlib bu yaşa çatmışam. Bu qədər çətinliyin qarşısında içimdə boğulmayan, məhv olmayan eşq yaşatdım– həyat eşqi, insanlara sevgi. Bir kəsin bircə duyğusunun da öləziməyinəqıymadım. Amma məni öldürməyə cəhd göstərənlər çox oldu. Arzu-arzu,fikir-fikir, söz-söz öldürdülər məni. Son anda məni sevimli yazıçım Cek Londonxilas etdi. "Həyat eşqi”lə. Onu kimi qəlbimi oxuyan yazıçı hələ tapmamışam.

Baxmayaraq ki, Almanlar hər cür müqayisənin nöqsan olduğunu söyləyirlər mən dahilərin talelərindən təsirlənib müqayisəaparacam.

Əli Kərim qısa ömründə bizə bu qədər gözəl poeziyanümunələri qoyub gedib. Ondan az yaşamış C.Cabbarlının, az yaşamaqda Cabbarlınıda geridə qoyan Mikayıl Müşfiqin göz qırpımına bənzər həyatlarındayaratdıqlarını oxuduqca adam öz yoxsul yaradıcılığından utanır. Amma dünya ədəbiyyatınanəzər salanda, Migel de Servantesin yaradıcılığa 38 yaşında başlamasını biləndətəsəlli tapırsan ki, dahi doğulmusansa hər yaşda yazıb-yaradıb onu göstərəcəksən.Daniel Defonu da bu baxımdan enerji mənbəyi kimi qəbul etmək olar. O da yazmağa35 yaşında başlayıb, üstəlik həbsdən qayıtdıqdan sonra. Amma məndə Defo kimiqiyamlarda iştirak etmək cəsarəti artıq ölüb. "Robinzon Kruzo” əsərinin birincihissəsi 1719-cu ildə nəşr olunanda D.Defo 59 yaşında olub. Və bu əsər ona ölməzlikqazandıraraq bu vaxtədək yaşadıb. Ömrə etibar etməsəm də bunlar mənə stimulverir. Belə götürəndə mən də mənəvi tərəfdən məhbəs həyatı yaşamışam. OskarUayldla da oxşar məqamlar tapmışam. İkimizin də ilk dəfə şeirlər kitabımız, özüdə eyni yaşda (onun 27 mənim 26 yaşımda) çap olunub. Sonralar nəsrdə inkişafetməyimizdə də uyğunluq var. Amma mən həmin kitabdan sonra məhsuldar olmadım. Ovaxtdan indiyədək hələ təzədən başlayıram.

"Ziyalıların sevimli məşğuliyyətietirazlarını ifadə etməkdir: teatr qapadılıbsa, qəzet bağlanıbsa, kilsədağıdılıbsa – etiraz. Qan azlığının düzgün əlaməti: deməli, öz qəzetinizi və özkilsənizi güclü sevməmisiniz”.

Gəlin, Aleksandr Blokun "Ziyalı və İnqilab”məqaləsindən götürülən bu sözlərin bolşevizmin lehinə yazıldığını unudub, başqatərəfdən yanaşaq. Həmin fikirləri əsas götürəndə belə çıxır ki, biz heç nəyimizisevmirik. Çünki hər şeyə lokal düşüncəylə yanaşırıq – mən və mənim ailəmprinsipi bizdə daha qabarıqdır. Qalan kimə nə olursa-olsun, nəyidağılırsa-dağılsın, mənə heç nə olmasın. Əgər məşhur deyimdəki kimi "analar yenəoğul doğacaq amma İstanbul doğulmayacaq” şüurunda olsaq millət kimi dirçələcəyik.Əlbəttə, mübarizə məntiqli, şüurlu, ədalətli aparılmalı, kimlərinsə çirkin niyyətinəkömək etməməlidir. Kiminsə üzündən xalqın balaları qırğına verilməməlidir. Buolacaqsa Vətən üçün olmalıdır.

Dünya yazıçıları savaşlarda, mübarizələrdə, çətinliklərdə ömür sürüb,istəmədikləri məqamlar üçün etiraz edib, istədiklərindən də yazıb-yaradıblar.Bizim yazıçıları isə sovet hakimiyyəti sucuq uşaqlar kimi ələbaxan öyrədib. Hələdə bu "idim” onları tərk etmir. Belə öyrəşiblər. Onların aləmlərində dövlətyazıçıların ehtiyaclarını ödəməli, həryerdə başa çəkilməlidır, mötəbər yerlərdə onlar əyləşməlidirlər. Dünya ədəbiyyatınınnümayəndələrisə sadəcə, yaxşı yazıroxucu da, nəşriyyatlar da onları özləri axtarıb tapırlar. Oxuduqlarımaistinadən yazım ki, faşizmə qarşı mübarizə aparmaqda Alman yazıçıları içindəTomas Manna çatan yoxdur. Henrix Mann da yaradıcılığında Almaniyanın siyasi vəmənəvi atmosferini tənqid etmiş, Hitler diktaturasına qarşı mübarizəaparmışdır. Deni Didro burjuaziyanın rəhbərliyi altında dvoryanlar və kralhakimiyyəti əleyhinə çevrilmiş xalq hərəkatına qoşulmuşdur. "Qaçaqlar” pyesiniFridrix Şiller həbsxanada yazıb, azadlıq, ləyaqət naminə insanları üsyana səsləyib.Jan-Jak Russo feodal-silki münasibətləri, istibdad rejimini kəskin tənqidetmişdir. Burjua demokratiyası, bütün insanların azadlığı tərəfdarı olmuş, xalqıninqilab etmək hüququna haqq qazandırmışdır. "1918-ci ilin yayında tikanlı məftillərinhər iki tərəfində düşmən ordularını qan aparanda Pol Elüar icazəsiz olaraq "Sülh üçün şeirlər”vərəqəsi buraxmışdır”.

Fransua Volter isə feodal qaydalarına, katolik kilsəsinə qarşıçıxışlarıyla şöhrət qazanmışdır. Volter köhnəlmiş qaydaların dəyişdirilməsiniAleksandr Blokdan, Şillerdən fərqli olaraq inqilabda deyil, "maariflənmiş monarxdan”gözləyirdi. O, Hersoq Filipp Orleanskiyə yazdığı həcvə görə Bastiliya həbsxanasınasalınmışdır.Yaradıcılığının əsas məqsədi maarifi yaymaq olub. Beyinlərininqilabı ən gözəl inqilabdır. Sərvətini insan tələfatına xidmət edən müharibəyəyardım üçün sərf etdiyinə görə Corc Bayrona haqq qazandıra bilməsəm də o qədərsərvətlə yalnız özü üçün rahat yaşamağa üstünlük vermədən çətinliyi seçdiyinəgörə ona rəğbətim var. Bəlkə də, bizimkilərin çoxu o qədər sərvətə malikolsaydılar, ilk növbədə öz komfortlarını seçərdilər. Ziddiyyətli Knut Hamsun daMilli Məclisdə yatan deputatlarla, laqeyd yazıçılarla müqayisədə fərqli fəaliyyətgöstərib. Demək istəyirəm ki, cəmiyyət həmişə öz ziyalılarına ümid bəsləyir, hərşeyi onlardan umur. Ziyalı millətinin təəssübünü çəkməli, onların deyə bilmədiklərinisöyləməlidir. Əlimizə qələm almışıqsa, deməli, narahatlığımıza səbəb problemlərimizvar. Bu narahatlığı açıq-açığına söyləyəcək, həqiqət uğrunda çalışacağıqsa ədəbiyyatxəritəsinin künclərindən birində "yerləşdiyimiz məkan” nə vaxtsa təsvir ediləcək.Mən də bacardığımı əsirgəməmişəm. Təhsildəki çatışmazlıqlara, ana dilininqorunmasına, mütaliəyə və digər sosial problemlərə laqeyd qalmamışam. Həminmövzularda yazılan mətnlərdən ən azı ikisi: "o da U.Şekspirlə eyni vaxtda,aprelin 23-də anadan olub. Həmin gün Dünya Kitab və Müəlliflik Hüququ Günü kimiqeyd olunur” dedirdəcəyinə inanıram. Çünki özüm olub, öz istədiyimi yazmışam.Diqtəsiz, təmənnasız. Bu qədər çətinliklərin içində yazmaq həvəsim ölmədisə, buqədər yazarların içində tapşırıqsız, şəxsi münasibətlərsiz imzam tanındısayaxşı ki, "təklənmişəm”. Daha yazmaqdan "qorxmuram”. Yazılarımı maraqla izləyən,hər yazımı oxuyub təhlil edən ziyalılara, oxuculara ömrüm boyu minnətdaram.Onlar məni sözə qaytardılar.

Yazmaq mənim üçün ehtiyacdır – əbədi və ədəbi ehtiyac!

Yenə heç kəsi stula bağlamamış yazırmışam...