adalet.az header logo
  • Bakı -°C
12 May 2026 11:03
95
İQTİSADİYYAT
A- A+

“Yaponiya Azərbaycandan neft idxal edir”

“Təxminən on gün əvvəl Yaponiyanın Baş naziri Sanae Takaiti enerji böhranı fonunda maraqlı bir mesaj vermişdi. Başqa ölkələr, qənaət çağırışı edəndə o, deyirdi ki, iqtisadi həyat zəifləməməlidir, hökumət yeni çıxış yolları tapmalıdır. Bu gün həmin yanaşmanın nəticəsi görünür.Fevral ayına qədər Yaponiya idxal etdiyi neftin təxminən 95 faizini Yaxın Şərqdən alırdı”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, Hörmüz boğazında risklər artandan sonra Tokio yeni istiqamətlərə üz tutdu açmağa başladı:

“Əvvəlcə ABŞ nefti, sonra Rusiyaya sanksiyalar yumşalan kimi Saxalın-2 layihəsindən hasil oıan neft və indi də Azərbaycan bu siyahıya daxil oldu.Ən maraqlısı budur ki, Yaponiya hazırda 205 günlük neft ehtiyatına malikdir. Bunun 121 günü dövlət ehtiyatlarında, 83 günü özəl sektorda saxlanılır.İndi isə Yaxın Şərqdə gərginlik başlayandan sonra ilk dəfə Azərbaycan nefti Yaponiya bazarına daxil olur.Bu halda azad iqtisadi sistem üçün təbiidir. Çünki, azad bazarlar neftin haradan çıxmasına yox, kimin etibarlı tərəfdaş olmasına baxır. Hazırda Azərbaycan məhz bu etimad qazanan ölkələr sırasında mövqe tutur.Və düşünürəm ki, bu gələcəkdə Azərbaycanın Şərqi Asiyada enerji tərəfdaşı kimi mövqeyini gücləndirə, yeni investisiya əlaqələri, uzunmüddətli tədarük müqavilələri və logistika əməkdaşlığı üçün əlavə imkanlar aça bilər”.

Vasif ƏLİHÜSEYN