Azərbaycanda bir çox avtomobil BAHALAŞDI
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin aprel ayı üzrə avtomobil bazarında qiymət indekslərini açıqlayıb.
Palatadan Adalet.az-a bildirilib ki, bahalaşma davam etsə də, əvvəlki aylarla müqayisədə artım tempində zəifləmə müşahidə olunub.
Hesabata əsasən, 2025-ci ilin dekabr ayının baza dövrü kimi qəbul edildiyi indeks üzrə ümumi bazar göstəricisi aprel ayında 105.8 bəndə yüksələrək baza dövrü ilə müqayisədə 5.8%, mart ayı ilə müqayisədə isə 1.3% artıb. Bu isə bazarda yüksəliş trendinin davam etdiyini, lakin qiymət artımının daha sabit mərhələyə keçdiyini göstərir.
Palatanın təhlillərinə görə, bazarda əsas hərəkətverici qüvvə yenə də ikinci əl avtomobillər seqmenti olub. İkinci əl avtomobillər üzrə indeks aprel ayında 108.2 bənd təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 8.2%, mart ayı ilə müqayisədə isə 2.1% artım deməkdir. Yeni avtomobillər seqmentində isə artım daha zəif olub. Belə ki, yeni avtomobillər indeksi baza dövrü ilə müqayisədə 3.5%, mart ayı ilə müqayisədə isə 0.8% yüksəlib.
Digər Xəbərlər
16 Iyun 2026 10:29
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
16 Iyun 2026 10:02
“Azeri Light”ın qiyməti 86 dollara düşdü
15 Iyun 2026 15:15
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
15 Iyun 2026 10:02
"Brent"in qiyməti martdan bəri ilk dəfə 84 dollardan aşağı düşdü
12 Iyun 2026 13:26
"İqtisadi siyasətdə yüksək artım tempi hər zaman inkişaf göstəricisi sayılmır" - Deputat
12 Iyun 2026 12:57
“Azərsun Holdinq” BBQ Fest-in baş sponsorudur
12 Iyun 2026 12:53
"Burada həqiqət var, amma yarımçıq həqiqətdir" - Deputat
12 Iyun 2026 12:49


Bakı -°C

