adalet.az header logo
  • Bakı -°C
06 May 2026 12:38
185
SİYASƏT
A- A+

“Pezeşkian mümkün beynəlxalq reaksiyadan dərin narahatlıq keçirir”

“İranda hakimiyyət dəyişikliyi baş verib. SEPAH komandanı Əhməd Vahidi seçilmiş siyasi rəhbərliyi saymır, İMuctəba isə proseslərə nəzarət etmir və ya edə bilmir. Belə bir xaos İranı məhvə aparır. İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) zərbələrlə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərəkətlərindən kəskin narazılığını ifadə edərək, onları “tamamilə məsuliyyətsiz” adlandırıb”. 

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. 

“İslam Respublikasının prezidenti bu hərəkətlərin ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan və koordinasiyasız həyata keçirildiyini diqqətə çatdırıb.Pezeşkian region ölkələri ilə gərginliyin artması halında “potensial olaraq geridönüşü olmayan nəticələr” barədə xəbərdarlıq edib.İkinci müharibə riski səbəbindən İran prezidenti SEPAH-ın Fars körfəzi dövlətlərinə hücumlarına dərhal son qoymaq və eskalasiyanın davam etməsinin qarşısını almaq üçün ali lider Müctəba Xamenei ilə təcili görüş istəyib. Pezeşkian mümkün beynəlxalq reaksiyadan dərin narahatlıq keçirir və hesab edir ki, ölkə daha bir tammiqyaslı müharibəyə tab gətirə bilməz”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN