“Ermənistanda dini rəhbərliyə normal adam gətirilməlidir ki...” - İlahiyyatçı
“İndiki Ermənistan ərazisində tarixi araşdırmalara görə 500-ə yaxın məscid olmuşdur. Bu məscidlər böyük cümə məscidləri və kiçik məhəllə məscidlərindən ibarət idi. Demək olar ki, hamısı dağıdılsa da arxeoloji qazıntılar aparılarsa məscidlərin əksəriyyətinin qalıqlarını tapmaq, yerini müəyyən etmək olar”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
O, bildirib ki, ilk növbədə İrəvanda mövcud olmuş böyük məscidlərin təcili bərpa olunmasına, fəaliyyətdə olanların da Azərbaycanın müvafiq dini idarəsinin idarəetməsinə verilməsinə nail olmaq lazımdır:
“İran rejimi indiyədək İrəvandakı Göy məscidi öz adına çıxıb, hətta məscidin restovrasiyasına xələl gətirilib. Ermənilər torpağı işğal edərkən farslar da məscidləri zəbt etməyə çalışıb. Sülh prosesinin tərkib hissəsi olaraq baş din xadimlərinin münasibətləri, qarşılıqlı təmasları olmalıdır. Amma hazırda Ermənistanda dövlət - din münasibətləri səhman deyil. Qareginin həbs olunmaq ehtimalı var. Ona cinayət işi açıblar. Yayılan məlumatlara görə bir çox keşiş mütəmadi olaraq Rusiya da daxil olmaqla xarici xüsusi xidmət orqanlarına xidmət edib. Hər bir halda Ermənistanda dini rəhbərliyə normal adam gətirilməlidir ki, sülhün tələblərinə uyğun, tolerant şəraitdə din məsələləri də həllini tapsın. Qafqaz Müsəlmanları İdarəsinin İrəvan qazılığı bərpa olunub, fəaliyyət göstərir. Ermənistanda dövlət - din məsələsi nizama salındıqdan sonra ali din xadimlərimizin İrəvana səfərini, Göy məscidi ziyarətini təmin etmək üçün təşəbbüs olmalıdır. Bu mərhələdə Qərbi Azərbaycandakı bütün ibadət yerləri, məscid və ziyarətgahların idarəsi İrəvan qazılığına verilməlidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Mart 2026 11:06
İrana göndərilən yardım Qaradağa çatdı
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

