adalet.az header logo
  • Bakı -°C
09 Dekabr 2025 19:12
77
MƏMLƏKƏT
A- A+

Kələm sahələrdə qalıb...

Elə fermerlər var ki, onların "çörəkləri " kələmdən çıxır. Ona görə də, kələm əkməyə böyük önəm verirlər. Bu ildə müxtəlif rayonlarda fermerlər  yüzlərlə hektar sahədə kələm əkiblər və bol da məhsul var.

Təəssüf ki, bol və keyfiyyətli məhsulun alıcısı yoxdur. Bax bu günlər Bərdə fermerlərinin becərdikləri kələm sahələrdə qalıb. Fermer Akif Əhmədov deyir ki, on hektar sahədə kələm əkimişəm və məhsul da boldur, amma alıcı gəlmir.Hətta kələmin kilosunu 15 qəpiyə versək də yenə onu alan tapılmır. İndi tonlarla kələm sahələrdə qalıb xarab olur.

Belə getsə, məhsulumuz satılmayacaq, məhv olacaq və ziyana düşəcəyik! Hansı ki , keçən il bundan yaxşıydı. Amma bu il hər şey əlimizdən gedir.      Kəndlinin məhsulu sahələrdə qalıb çürüyür, ancaq Bakı bazarlarında  və marketlərdə  kələmin  kiloqramı 1 manatdan aşağı düşmür.

Bəs məhsulu məhv olan kəndliyə kim kömək etmidir? Əlbəttə, onlara lazımi köməkliyi Kənd Təsərrüfatı Nazirliyi kömək edə bilər! Bu kömək olsa, fermerlərin məhsulu satılar, onlar ziyana düşməz və " çörək' pulun qazanarlar!!!

Emil Faiqoğlu